Binənin tarixi barədə ətraflı məlumat

Bazar 2 Aprel 2023 - 23:35
https://az.iswnews.com/?p=20464

Binə ərazisinə görə Bakının Maştağadan sonra ən böyük ikinci qəsəbəsidir. Məskunlaşma baxımından Abşeronun ən cavan yaşayış məntəqələrindən biri sayılır.

Burada XVII əsrin ortalarından etibarən əhali daimi olaraq məskunlaşmağa başlamışdır.

Bakı şəhəri Xəzər rayonunun inzibati ərazi vahidliyinə daxil olan Binə qəsəbəsinin ərazisi 3150 kv.km olub, bu əraziyə Bolluq və Savxoz yaşayış məntəqələri də daxildir.

Hazırkı Binə kəndinin yerli əhalisi yaşamaq üçün bura köç etmiş nardaranlılar olmuşdur.

Binə sözü ərəb dilindən bizim dilə keçmişdir, tikilib, ucaldılan ev, məkan mənasını verir.

1989-cu ildə SSRİ-də keçirilən əhalinin siyahıyaalmasına əsasən Binə əhalisinin sayı 22.809 nəfər idi.

Binənin etnik tərkibini, əsasən, Nardaran, Kürkənd əhalisi təşkil etsə də, cənub (Lerik, Lənkəran, Naxçıvan və s.) və aran rayonlarından təsərrüfat məqsədilə bura köçüb gələn insanlar da var.

Maştağa kəndinin əhalisinin də bir qismi Binədə məskunlaşıb.

1917-ci ildə bu kəndin adı Binə-Kürkənd şəklində qeydə alınmışdı.

Kürkənd toponimi kürd-kənd kəlmələrindən yaranmışdır.

Kəndin görməli yerləri arasında “Mövsüm Səlim oğlu məscidi” (XX əsrin əvvəlləri), “Məşədi Kazım məscidi” (Hacı Ərəb) və XVIII-XIX əsrlərə aid hamamlar xüsusi yer tutur.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir