İordaniya - İslam Dünyası Xəbərləri

Çərşənbə 27 Sentyabr 2023 - 22:06

İordaniya ordusu tərəfindən narkotik daşıyan dron vurulub

İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığındakı hərbi mənbə deyib: “Sərhəd mühafizə qüvvələri Narkotiklərlə Mübarizə İdarəsi və digər təhlükəsizlik qurumları ilə koordinasiyada Suriyadan İordaniyaya qeyri-qanuni olaraq iki dronun daxil olmasını müşahidə edib və vurub. Bu dronlar kristal narkotik daşıyırdılar”.

Çərşənbə axşamı 20 İyun 2023 - 08:59

İordaniya ordusuna məxsus helikopterin qəzaya uğraması nəticəsində iki nəfər yaralanıb + VİDEO

İordaniyadakı yerli mənbələr İordaniya Hərbi Hava Qüvvələrinə məxsus “Kobra” helikopterinin ölkənin paytaxtı Əmman şəhəri yaxınlığındakı Əl-Buqəə bölgəsində qəzaya uğradığını bildirib. Bu helikopterin qəzaya uğraması nəticəsində onun iki pilotu yaralanıb. Yaralı pilotlar müalicə üçün xəstəxanaya aparılıblar. Bu helikopterin qəzası təlim uçuşundan sonra baş verib və əsas səbəb hələ müəyyən edilməyib.

Bazar 5 Fevral 2023 - 12:37

İsrail İordaniyada gizli aviabaza tikib

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İordaniyalı media fəalı ​​İsrailin İordaniya ilə Suriya sərhədi yaxınlığında gizlicə aviabaza tikdiyini bildirib.

Bazar ertəsi 4 Aprel 2022 - 02:32

Hizbullah və Əməl hərəkatlarının Livan hökumətinə xitabən birgə bəyanatları: Amerikanın yalan vədinə inanmayın | İranın elektrik enerjisi təklifini qəbul edin

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi RT TV-ə (ərəbcə) istinadən Livanda Hizbullah və Əməl hərəkatları arasında keçirilən görüşdən xəbər verir:Hizbullah və Əməl hərəkatları Livan hökumətini cəsarətli mövqe tutmağa, ABŞ-ın təzyiqlərinə boyun əyməməyə və Vaşinqtonun Beyrutdakı səfiri Doroti Xiyanın Misir və İordaniyadan enerji təchizatı ilə bağlı yalan vədlərinə inanmamağa çağırıblar.Bu iki hərəkat həmçinin vurğulayıblar ki, Livan hökuməti […]

Ən Çox Müzakirə Olunan