İran - İslam Dünyası Xəbərləri

Çərşənbə axşamı 31 Oktyabr 2023 - 23:58

İranın xarici işlər naziri Qətərə səfər edib

İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian sionist rejimin Qəzza zolağına qarşı cinayətlərinin dayandırılmasına yönəlmiş diplomatik tədbirlərin davamı olaraq bu gün səhər Dohaya gedib. Bu səfər zamanı Əmirabdollahian Qətər əmiri, bu ölkənin baş naziri və xarici işlər naziri ilə görüşüb müzakirələr aparıb.

Bazar ertəsi 23 Oktyabr 2023 - 19:24

31 ildən sonra yenədə Tehran danışıqları!

Azərbaycan prezidenti və Ermənistanın baş naziri iki ölkə arasındakı problemləri 3+3 danışıqları çərçivəsində həll etməyə hazır olduqlarını bəyan ediblər. Bu işçi qrupun ilk iclası tezliklə Tehranda keçiriləcək. Bu danışıqlar Qafqazın gələcəyinin taleyinin müəyyənləşdirilməsi baxımından çox önəmlidir və danışıqlar aparan tərəflərin hər biri tələblərinin nə dərəcədə yerinə yetiriləcəyini müzakirə edəcək.

Çərşənbə axşamı 17 Oktyabr 2023 - 21:47

İnqilabın Rəhbəri: “Əgər sionistlərin cinayətləri davam edərsə, heç kim müsəlmanların və müqavimət qüvvələrinin qarşısını ala bilməyəcək”. + VİDEO

İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei bu gün səhər (çərşənbə axşamı) İranın minə yaxın elitası, o cümlədən qəbul imtahanı qalibləri, olimpiada qalibləri, gənc professorlar, elm və texnologiya mükafatlarının qalibləri və biliyə əsaslanan şirkətlərlər işçiləri ilə görüşündə bəyan etdi: “İlk sözüm odur ki, bu gün ölkənin elmi ictimaiyyəti elitasının yeni hərəkata ehtiyacı var”.

Çərşənbə axşamı 17 Oktyabr 2023 - 21:22

İran İslam İnqilabı Keşikçiləri Korpusu Ali Baş Komandanının müavini: “Sionistlərin strateji məğlubiyyəti onların ağlından heç vaxt çıxmayacaq”.

İran İslam İnqilabı Keşikçiləri Korpusu komandanının müavini, kontr-admiral Əli Fədəvi bu gün səhər İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Qaim Əl-Məhəmmədin (ə) Semnan vilayətində keçirilən vəzifəyə təyinat mərasimində Əl-Əqsa Fırtınası ilə bağlı açıqlama verib.

Ən Çox Müzakirə Olunan