Pakistan - İslam Dünyası Xəbərləri

Çərşənbə 1 Noyabr 2023 - 14:46

Təkfirçilər yenidən Paraçenər şiələrinə hücum edib + FOTO

Korram Agency bölgəsinin mərkəzi olan Paraçenar şəhərinin qərb ətrafında yerləşən Ğuz Qari kəndinə gedən yolda təkfirçi silahlı qrupların şiə sərnişin maşınlarına hücumu nəticəsində azı 6 dinc sakin şəhid olub, 3 nəfər yaralanıb, 2 nəfər itkin düşüb.

Çərşənbə axşamı 10 Oktyabr 2023 - 19:31

Kabil valisi: İran və Pakistan israilsevər və israilsifətdilər!

Talibanın Kabil şəhərinin qubernatoru Moləvi Məhəmməd Qasim Xalid “Yaxşılıqlara Dəvət Və Pisliklərdən Çəkindirmə” toplantısında çıxışı zamanı İran və Pakistan hökumətlərini absurd və təhqiramiz ifadələrlə “israilsevər və israilsifət” adlandırıb. O, həmçinin deyib: “Bu iki ölkədə əfqan mühacirlərin davranışı məqbul deyil. Mühacirlərimiz qonşu ölkələrdə zülm və barbarlıq altındadır. Biz İran və Pakistan alimlərindən və vətəndaşlarından xahiş edirik […]

Cümə 6 Oktyabr 2023 - 13:51

Pakistan ordusu Şimali Vəziristanda Təhrik-e-Talibana qarşı əməliyyat keçirib + FOTO

Pakistan ordusunun Şimali Vəziristanın Kalaçi bölgəsində Təhrik-e-Taliban Pakistan (TTP) silahlılarının sığınacağına qarşı həyata keçirdiyi əməliyyat nəticəsində “Təhrik-e-Taliban Pakistan”ın cəbhə komandirlərindən biri olan Heybət Xan öldürülüb. Heybət Xan Şimali Vəziristanın DI Xan və Deyr İsmayıl Xan rayonlarında Pakistan təhlükəsizlik qüvvələrinə qarşı silahlı terror hücumlarının və məqsədyönlü sui-qəsdlərin planlaşdırılması və həyata keçirilməsinə cavabdeh olub. Qeyd edək ki, […]

Cümə axşamı 5 Oktyabr 2023 - 10:41

Orta Asiyada baş verən son hadisələr, 5 Oktyabr 2023

Çin hökumətinin dəvəti ilə Taliban hökumətinin xarici işlər naziri Moləvi Əmirxan Müttəqi Trans-Himalay Forumunun üçüncü iclasında iştirak etmək üçün iqtisadi nümayəndə heyətinə başçılıq edib.

Bazar 1 Oktyabr 2023 - 14:34

Kəraçidə “Ləşkər-e-Taibə”nin yüksək rütbəli üzvü öldürülüb + VİDEO

Naməlum silahlı şəxslər Pakistanın Kəraçi şəhərinin Sohrab Qus bölgəsində “Ləşkər-e-Taibə” terror qruplaşmasının yüksək rütbəli üzvlərindən biri və bu qruplaşmanın lideri Hafiz Səidə yaxın şəxslərdən biri olan müfti Qeysər Faruku qətlə yetiriblər. Müfti Qeysər Faruk Kəraçinin Sohrab Qus bölgəsindəki Əbu Bəkr Məscidi və Mədrəsəsini ziyarət edərkən motosiklet sürən silahlı şəxslər tərəfindən hədəfə alınıb. Bu hücum zamanı […]

Şənbə 30 Sentyabr 2023 - 07:06

“Təhrik-e-Taliban” Əfqanıstan ərazisindən yenidən Pakistan ordusuna hücum edib

Təhrik-e-Taliban Pakistan (TTP) tərəfindən Bəlucistan əyalətinin Jub məntəqəsindəki Sambaza məhəlləsində Pakistan ordusu qüvvələrinə təşkil edilən hücumda 4 Pakistan Sərhəd Mühafizəsi (FC) əsgəri və 3 Təhrik-e-Taliban silahlısı həlak olub, 5 pakistanlı əsgər isə yaralanıb. Təhrik-e-Taliban silahlıları Jub bölgəsində yerləşən Sambaza sərhədinin sıfır nöqtəsində Əfqanıstan sərhədini keçərək Pakistan ərazisinə daxil olaraq Pakistan Ordusunun sərhəd mühafizə qüvvələrinə hücum […]

Şənbə 30 Sentyabr 2023 - 06:59

Təhrik-e-Taliban Pakistan, Mastunq və Pişavərdəki terror aktlarını pisləyib

Təhrik-e-Taliban Pakistan (TTP) bəyanat yayaraq, Mastunq və Pişavər şəhərlərində dini toplantılara qarşı törədilən terror aktlarını pisləyərək, bu qruplaşma və onun alt qrupları silahlılarının bu hücumlarda iştirakını inkar edib. Təhrik-e-Taliban bu bəyanatında məscid və dini mərasimlər də daxil olmaqla, ictimai yerlərə hücumun bu qruplaşmanın cihad siyasətlərinə zidd olduğunu bildirib.

Şənbə 30 Sentyabr 2023 - 06:47

Pakistanda ikinci terror aktı; Pişavərdə ibadət edənlər qana boyanıblar + VİDEO

Pişavərin Hanqu bölgəsindəki məscidə silahlı hücum və kamikadzenin partlaması nəticəsində 15 mülki şəxs şəhid olub və yaralanıb. Bu terror aktının əvvəlində hücum edənlərdən ikisi Hanqu məscidinə hücum edib, daha sonra üçüncü şəxs kamikadze hücumu edərək namaz qılanların arasında özünü partladıb. Digər iki hücumçu da məscidin təhlükəsizlik qüvvələri ilə toqquşmadan sonra öldürülüb. Bu, dünən Pakistanın müxtəlif […]

Ən Çox Müzakirə Olunan