Yəmənin cənubunda İslah Partiyasının mövqeləri çökdü

Bazar 21 Avqust 2022 - 13:31
https://az.iswnews.com/?p=11984

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İslah Partiyasının silahlıları Şoqra şəhəri və Əbyən əyalətinin sahillərindəki bir neçə başqa əraziyə nəzarəti Yəmənin istefa vermiş hökumətinin qüvvələrinə verib.

“İslah” Partiyasının Şəbvə və Həzərmut vilayətlərində son məğlubiyyətindən sonra bu partiyanın Əbyən əyalətindəki tabeli qüvvələri sahilyanı Şoqra şəhəri və Qərnul-Kəlasi və Əl-Ərqub ərazilərinə nəzarəti Cənub Keçid Şurası silahlı qüvvələrinə təhvil verib. Yəmənin istefa vermiş hökumətinin (Cənub Keçid Şurasına bağlı) silahlı qüvvələrinin səkkizinci briqadasının komandiri Homsan Əl-Əvzəlinin açıqlamalarına görə, Loder, Əl-Vəzi, Mudiyə və Əl-Muhfid şəhərlərinə nəzarət bu gün avqustun 21-də Cənub Keçid Şurasının silahlı qüvvələrinə təhvil veriləcək.

Bununla bağlı Milli Müqavimət Qüvvələrinin komandanı Tariq Saleh İslah Partiyasının silahlıları ilə qarşı-qarşıya gəlmək və Mərib və Təiz şəhərlərini təmizləmək barədə əmr verib və Milli Müqavimət Qüvvələri BƏƏ-nin dəstəyi ilə tezliklə bu şəhərlərdə hücumlara başlayacaqlar.

Həzərmut və Şəbvə cəbhələrində vəziyyət hələ də İslah partiyasının xeyrinə getmir və bu partiyanın silahlıları dünən Əyaz bölgəsi, Əl-Ələm bazası və Əyaz neft yatağına nəzarəti itiriblər. Hazırda Əl-Əqlə neft yataqları ətrafında və Ətəq-Əl-İbər yolu boyunca şiddətli toqquşmalar gedir.

İslah Partiyasının hərbi zəifliyi və Ənsarullahla ittifaq təklifinə məhəl qoymaması, eləcə də BƏƏ-nin istefa vermiş hökumət qüvvələrinə davamlı dəstəyi, onların Həzərmut, Şəbvə əyalətlərində məğlub olma ehtimalını çoxaldır. Lakin Təiz və Mərib şəhərlərində xalq dəstəyinin olması səbəbindən onlarla qarşıdurma daha çətin olacaq.

Daha çox oxuyun:
Yəməndə baş verən son hadisələr, 20 Avqust 2022
BƏƏ “İslah” partiyasının məhv edilməsini əmr edib
BƏƏ Məribə hücuma hazırlaşır!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir