İslah Partiyası - İslam Dünyası Xəbərləri

Bazar ertəsi 15 May 2023 - 22:28

Yəməndə baş verən son hadisələr, 15 May 2023

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmən xalqı Azadələr İntiqamı adı altında baş tutmuş əməliyyatla əlaqədar Qəzzə xalqına və İslami Cihad hərəkatına dəstək aksiyası və yürüş keçirib.

Çərşənbə 11 Yanvar 2023 - 18:55

İslah partiyasının tərəfdarları Yəmənin Əbyən əyalətinin şimalındakı Hizam Əl-Əmni bazasına hücum ediblər + FOTO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, “İslah” partiyasının tərəfdarları və onlara bağlı silahlı qüvvələr Əbyən vilayətinin şimalında yerləşən Lavdar rayonunda Hizam Əl-Əmni qüvvələrinin hərbi bazasına hücum etdikdən sonra onlara aid silah anbarını qarət edib, maşınlarını yandırıblar.

Cümə 6 Yanvar 2023 - 23:59

Yəməndə baş verən son hadisələr, 6 Yanvar 2023

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ənsarullahın nəzarəti altında olan əyalətlərdə Yəmən xalqı Yəmənin blokadasının davam etdirilməsinə, Səudiyyə koalisiyasının atəşkəs müddəalarına sadiq qalmamasına “Əl-Hisaru Hərbun” adlı yürüş keçirtməklə etiraz edib və neft hasilatından ələ gətirilən gəlirlər vasitəsi ilə dövlət işçilərinin maaşlarını ödəməməsinin nəticələri barədə xəbərdarlıq edib.

Bazar 18 Dekabr 2022 - 23:44

Yəmən cəbhələrinin son vəziyyəti; Yəmən müharibəsində iştirak edən tərəflər haqqında ümumi məlumat + AZƏRİ XƏRİTƏ

2 aprel 2022-ci ildə Yəməndə atəşkəs razılaşmasının formalaşması və üç mərhələdə müddətin uzadılması və nəhayət, 3 oktyabr 2022-ci ildə başa çatması ilə eyni vaxtda Səudiyyə koalisiyasının nəzarəti altında olan bölgələrdə məcburi dəyişikliklər, o cümlədən, istefa vermiş hökumətin prezidentinin dəyişdirilməsi (Əbd Rəbə Mənsur Hadinin istefası və Prezident Şurasının yaradılması) kimi məsələlər baş verdi. Bu məsələ müxtəlif qruplaşmalar arasında bir sıra gərginliyə səbəb oldu və nəhayət, Səudiyyə koalisiyasının komandanlığı altında müxtəlif qruplar arasında bir növ siyasi və hərbi dalana dirəndi. Ona görə də tərəflərin hər birinin ərazilər üzərində nəzarəti sabitləşib. Hazırda, Yəməndəki qrupların nəzarətində olan əraziləri daha dəqiqliklə ayırd etmək mümkündür.

Bazar 18 Dekabr 2022 - 23:29

Səğir bin Əziz İslah partiyasına müharibə elan etdi

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Mərib şəhərində İslah partiyası qüvvələri ilə istefa vermiş Yəmən hökumətinin qüvvələri arasında qarşıdurmanın artmasının ardınca general-leytenant Səğir bin Əziz İslah Partiyası silahlıları ilə qarşıdurma əmri verib.

Çərşənbə 7 Dekabr 2022 - 19:51

Əl-Qaidə İslah Partiyasını xilas etmək üçün Yəmənin Həzərmut vilayətinə yollanır

Yerli mənbələr “Əl-Qaidə” terror qruplaşmasının çoxsaylı silahlılarının Sion şəhərinə göndərilməsi barədə məlumat yayıb. Bu xəbərə görə, Həzərmut əyalətində İslah Partiyasının mövqelərini gücləndirmək üçün Mərib şəhərindən çox sayda Əl-Qaidə terrorçuları Vadi Əl-Eyn və Əl-Qotn rayonlarına köçürülüb. Qeyd edək ki, son günlər Əl-Həbbə Əl-Həzrəmiyyə və Əl-Cənub Müqavimət briqadalarının (BƏƏ-yə bağlı) silahlı qüvvələri İslah Partiyasının Sion şəhərindəki silahlı […]

Bazar 30 Oktyabr 2022 - 22:25

Yəməndə baş verən son hadisələr, 30 Oktyabr 2022

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dəhm və Bəkil qəbilələri Səudiyyə Ərəbistanı ilə sərhəd bölgələrində Əl-Covf əyalətində istefa vermiş hökumətin valisi Şeyx Əmin Əl-Əkiminin həbsinə etiraz olaraq nümayiş və hərbi təlim keçirib.

Ən Çox Müzakirə Olunan