Tariq Saleh - İslam Dünyası Xəbərləri

Bazar 10 Sentyabr 2023 - 15:29

Tariq Saleh qüvvələri Əl-Vaziyyə rayonuna hücum edib

Milli Müqavimət qüvvələri Tariq Salehin əmri ilə Təiz əyalətinin Əl-Vaziyyə rayonundakı müxaliflərinin mövqelərinə hücuma keçib. Yerli mənbələrin məlumatına görə, Tariq Saleh qüvvələri Əl-Vaziyyənin qərb kəndlərini mühasirəyə alaraq Əbu Dhiyab Əl-Əlqəmiyə tabe olan silahlı şəxslərin və onu dəstəkləyən şeyxlərin təslim olmasını tələb ediblər. Əl-Vaziyyə qəbilələri Ləhic əyalətinin sahillərində Əl-Şəmeytin və Əl-Sabiha qəbilələrinin idarə olunmasında müttəfiqlərindən kömək […]

Çərşənbə 2 Avqust 2023 - 19:12

Bab Əl-Məndəb; Ənsarullah və Səudiyyə koalisiyası arasında dəniz müharibəsinin əsas meydanı

Ənsarullah müxaliflərinin Yəmənin cənub-qərb sahillərində mövqelərinin gücləndirilməsi Amerika koalisiyasının gələcəkdə dəniz müharibəsi planlaşdırdığını göstərir. Bu plan BƏƏ-nin rolu ilə Yəmənin cənub-qərb bölgəsində həyata keçirilir. Bu plana əsasən, Tariq Saleh qüvvələri His rayonunun Bab Əl-Məndəb boğazına qədər sahillərini, Cənub Keçid Şurasının qüvvələri isə Rəs Əl-Arə bölgəsinin Ədənə qədər olan sahillərini nəzarətə götürəcək. Bu planın həyata keçirilməsinə Əs-Səbihə qəbiləsi mane olub və bu qəbilə bu əraziyə nəzarət etməyə çalışır.

Çərşənbə axşamı 20 İyun 2023 - 05:47

Əl-Xuxa şəhərində Tariq Saleh qüvvələri daxili qarşıdurmadadırlar

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Tariq Saleh qüvvələri ilə Birləşmiş Qüvvələrin (Tariq Saleh tabeliyində) dəstək briqadasının komandiri Əbu Ziyab Əl-Əlqəminin silahlı qüvvələri arasında baş verən qarşıdurma nəticəsində, Yəmənin Əl-Hudəydə əyalətinin cənubunda yerləşən Əl-Xuxa şəhərində ən azı bir neçə nəfər ölüb və yaralanıb.

Bazar ertəsi 27 Mart 2023 - 22:25

Yəmənin istefa vermiş hökumətinin müdafiə nazirinə sui-qəsd uğursuz oldu + FOTO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmənin istefa vermiş hökumətinin müdafiə naziri Möhsün Əl-Daairi və Yəmənin istefa vermiş hökumətinin bir neçə digər yüksək vəzifəli rəsmilərini daşıyan karvan Yəmənin Təiz əyalətindəki Əl-Kədhə cəbhəsində naməlum şəxslərin hücumuna məruz qalıb.

Bazar 18 Dekabr 2022 - 23:44

Yəmən cəbhələrinin son vəziyyəti; Yəmən müharibəsində iştirak edən tərəflər haqqında ümumi məlumat + AZƏRİ XƏRİTƏ

2 aprel 2022-ci ildə Yəməndə atəşkəs razılaşmasının formalaşması və üç mərhələdə müddətin uzadılması və nəhayət, 3 oktyabr 2022-ci ildə başa çatması ilə eyni vaxtda Səudiyyə koalisiyasının nəzarəti altında olan bölgələrdə məcburi dəyişikliklər, o cümlədən, istefa vermiş hökumətin prezidentinin dəyişdirilməsi (Əbd Rəbə Mənsur Hadinin istefası və Prezident Şurasının yaradılması) kimi məsələlər baş verdi. Bu məsələ müxtəlif qruplaşmalar arasında bir sıra gərginliyə səbəb oldu və nəhayət, Səudiyyə koalisiyasının komandanlığı altında müxtəlif qruplar arasında bir növ siyasi və hərbi dalana dirəndi. Ona görə də tərəflərin hər birinin ərazilər üzərində nəzarəti sabitləşib. Hazırda, Yəməndəki qrupların nəzarətində olan əraziləri daha dəqiqliklə ayırd etmək mümkündür.

Bazar 21 Avqust 2022 - 13:31

Yəmənin cənubunda İslah Partiyasının mövqeləri çökdü

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İslah Partiyasının silahlıları Şoqra şəhəri və Əbyən əyalətinin sahillərindəki bir neçə başqa əraziyə nəzarəti Yəmənin istefa vermiş hökumətinin qüvvələrinə verib.

Çərşənbə 17 Avqust 2022 - 15:42

BƏƏ “İslah” partiyasının məhv edilməsini əmr edib

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Səudiyyə koalisiyasının nəzarətində olan qüvvələr “İslah” partiyasının silahlılarını aradan aparmaq üçün Mərib və Həzərmut əyalətlərinin cəbhələrinə yollanıblar.

Bazar 14 Avqust 2022 - 16:09

BƏƏ Məribə hücuma hazırlaşır!

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmənin istefa vermiş hökumətinin İslah partiyası ilə digər fraksiyaları arasında gərginliyin davam etdiyi bir vaxtda Tariq Saleh qüvvələri BƏƏ-nin dəstəyi ilə Mərib şəhərinə hücuma hazırlaşır.

Cümə 22 İyul 2022 - 14:39

Yəməndə baş verən son hadisələr, 21 İyul 2022

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmən Qurtuluş Hökumətinin xarici işlər nazirinin müavini Hüseyn əl-Əzi Ədən şəhərinə səfəri və Səudiyyə koalisiyasının bəzi fraksiyalarının siyasi mövqelərinin Ənsarullaha tərəf yönəldiyini açıqlayıb.

Cümə 10 İyun 2022 - 17:46

Şəbvə valisi İslahatçı partiyasının silahlılarını Ətəqdən qovub

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əl-Əmaləqə və Şəbvə qüvvələri Şəbvə valisi İvəd bin Əl-Vəzir Əl-Avlakinin əmri ilə Ətəq şəhərindəki Xüsusi Təhlükəsizlik Qüvvələrinin bazasına nəzarəti ələ keçirib və İslahatçı partiyasının silahlılarını oradan qovublar.

Bazar 29 May 2022 - 23:52

Yəməndə baş verən son hadisələr, 29 May 2022

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Şəbvə valisi İvad bin Əl-Vəzir Əl-Avlakinin gündəlik hasilat gücü 35 min barrel olan Cenna neft yatağına nəzarəti Əl-Əmaləqə qüvvələrinə (Tariq Salehin nəzarətində olan) verib.

Cümə 13 May 2022 - 16:07

Tariq Saleh və İdrus Əl-Zubaidi arasında hakimiyyət davası yeni mərhələyə çatıb

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Şəbvə və Ədən əyalətlərində Cənub Keçid Şurası və Vətənpərvər Müqavimət Qüvvələri liderləri arasında gərginlik istefa vermiş Yəmən hökumətinin Prezident Şurasının üzvləri arasında hakimiyyət uğrunda gedən mübarizədən sonra artıb.

Ən Çox Müzakirə Olunan