Yəməndə baş verən son hadisələr, 21 İyul 2022

Cümə 22 İyul 2022 - 14:39
https://az.iswnews.com/?p=10523

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmən Qurtuluş Hökumətinin xarici işlər nazirinin müavini Hüseyn əl-Əzi Ədən şəhərinə səfəri və Səudiyyə koalisiyasının bəzi fraksiyalarının siyasi mövqelərinin Ənsarullaha tərəf yönəldiyini açıqlayıb.

1- Ədən:

Yəmənin Qurtuluş Hökumətinin Xarici İşlər Nazirinin müavini Hüseyn əl-Əzi Ədən şəhərinin (ehtimal ki, Cənub Keçid Şurası) səlahiyyətliləri ilə görüşmək və söhbət etmək üçün bu şəhərə səfər edib. Əl-Əzi bu səfəri siyasi bir sürpriz və Ədən liderləri ilə sıx təmas adlandırıb. Əbd-Rabbə Mənsur Hadinin istefasından sonra Səudiyyə koalisiyasına tabe müxtəlif fraksiyalar bir-biri ilə rəqabətə girib və mövqelərini digərlərindən zəif görən Cənub Keçid Şurasının bəzi liderləri Ənsarullahla danışıqlara başlayıb.

2- Şəbvə:

– İyulun 19-da Şəbvə vilayətinin Ataq şəhərində (İslah partiyasına bağlı) xüsusi mühafizə dəstələrinin komandiri briqada generalı Əbd-Rabbə Lakəbə qarşı silahlı sui-qəsd baş tutmayıb. Bu qarşıdurmada onun mühafizəçilərindən biri həlak olub, üçü isə yaralanıb.

– İslah partiyasının tərəfdarları ilə Şəbvə qubernatoru “Əvəz bin əl-Vəzir əl-Əvlaki”nin tabeliyindəki silahlı qüvvələr arasında gərginliyin davam etməsindən sonra İslah partiyasının yardımçı qüvvələrinin konvoyu Marib şəhərindən Ataq şəhərinə göndərilib.

– İslah partiyası yaraqlıları ilə qarşıdurmada Şəbvə qubernatoruna kömək etmək üçün əl-Əmaləqə qüvvələri silahlılarının bir hissəsini Bəyhan istiqamətindən çıxararaq Ataq şəhərinə göndərib.

3- Taiz:

– Naməlum silahlı şəxslər əl-Turbə şəhərində Tariq Salehin qüvvələrinin komandirlərindən biri olan Əbdə Heydər əl-Qudsiyə sui-qəsd təşkil ediblər. Tariq Salehə bağlı media bu sui-qəsdi törətməkdə İslah Partiyası yaraqlılarını ittiham edib.

– Tariq Salehin qüvvələri əl-Muxa şəhərinin bazarında əl-Əmaləqə qüvvələrinin 4 üzvünü birgə qüvvələrin komandanlığına tabe olmamaq ittihamı ilə həbs edib.

– Səudiyyə koalisiyasının qırıcıları Ənsarullahın Məqbənə istiqamətindəki mövqelərini bombalayıb.

– Taiz şəhərinin qərbində yerləşən Cəbəl Əlhanda Ənsarullah ilə istefa vermiş hökumət qüvvələri arasında baş verən qarşıdurma hər iki tərəfin itkisi və tələfatı ilə nəticələnib.

– Tariq Saleh, Taiz şəhərindəki İslah partiyasının komandirləri ilə razılaşaraq, “Taiz vilayətində milli müqavimətin siyasi idarəsi” adı altında nümayəndəliyinin açılışını edib.

4- Əl-Muhra:

Səudiyyə koalisiya qüvvələri əl-Qayzə şəhəri sahillərində 20 balıqçı gəmisini saxlayaraq müsadirə edib. Yerli mənbələrin məlumatına görə, Səudiyyə koalisiya qüvvələri yəmənli balıqçıları yenidən balıq tutmağa cəhd etdikləri təqdirdə, onları həbs və mühakimə edəcəkləri ilə hədələyiblər.

5- Hudəydə:

– Səudiyyə koalisiya qüvvələri son 48 saat ərzində bu əyalətdə atəşkəs rejimini 118 dəfə pozub.

– Səudiyyə koalisiya qüvvələrinin əl-Mərir kəndində mülki avtomobilə hücumu nəticəsində 4 nəfər yaralanıb.

– Səudiyyə koalisiyasının əl-Həvk istiqamətində yerləşdirdiyi minanın partlaması nəticəsində 4 mülki şəxs şəhid olub.

– Səudiyyə koalisiyası 28 min ton dizel yanacağı daşıyan “PSS Energy” gəmisini yoxladıqdan sonra BMT-dən giriş icazəsi almasına baxmayaraq, ələ keçirib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir