Şağanın tarixi barədə ətraflı məlumat

Çərşənbə axşamı 23 May 2023 - 22:11
https://az.iswnews.com/?p=22183

Abşeron yarımadasının ən qədim yaşayış məskənlərindən biri də Şağandır. Arxeoloji qazıntıların nəticələrindən məlum olmuşdur ki, hələ e.ə.3000 il əvvəl bu ərazidə əhali məskunlaşmışdır. Qəsəbədə tunc dövrünə aid qayaüstü Günəş, Ay, təsərrüfat və məişət əşyalarının təsvirləri kəndin qədim yaşayış yeri olduğunu sübut edir.

Qəsəbənin tarixi-memarlıq abidələrinə məscid, pir və ovdanlar və XII əsrin sonu XIII əsrin əvvəllərində inşa edilmiş 24 metr hündürlükdə olmuş dördbürclü qala da daxildir. Lakin təəssüf ki, hazırda qalanın yalnız bir bürcü salamatdır.

Şağan coğrafi məfhumunun bir neçə izahı var. Bəzi etnoqrafların fikrincə, toponim şah – böyük sözündən və fars dilindəki an məkan şəkilçisindən əmələ gəlib.

Xalq etimologiyasına görə, vaxtilə burada Şahxan adlı bir nəfər yaşayıb və qəsəbə də onun şərəfinə belə adlandırılıb.

Q.Qeybullayev bu toponimi iranəsilli «sak» tayfaları ilə əlaqələndirir və Şağan sözünü «Sakan» adlı tayfanın adının təhrif olunmuş forması kimi izah edir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir