Lökbatanın tarixi barədə ətraflı məlumat
Lökbatan şəhər tipli qəsəbə olaraq Qaradağ rayonunun mərkəzidir. Qəsəbə ərazisində xeyli palçıq vulkanı vardır. Bilinən tarixdə 18 güclü vulkan püskürməsi olmuşdur. Son dəfə vulkan oyanması 2001-ci ildə qeydə alınıb.
1992–1993-cü illərdə xeyli sayda məcburi köçkün bu qəsəbədə məskunlaşmışdır. Lökbatan adının yaranma tarixi Xocahəsən və Səngəçal arasında olan karvan yolu ilə bağlıdır.
İndiki qəsəbə olan ərazi karvan dayanacağı olub, burada dəvələr tez-tez bataqlığa düşdüyünə görə məskənə Lök-batan (“lök” farsca “dəvə” deməkdir) adı veriblər.
Qəsəbənin adındakı defis sonradan çıxarılaraq Lökbatan kimi yazılmışdır. Qəsəbənin ərazisi 1931–32-ci illərdə 45 saylı neft quyusunun fontanı (1934) ilə əlaqədar salınıb.
Həmin dövrdə neftlə əlaqədar indiki Seymur Orucov küçəsində olan qamış evlərdən ibarət yaşayış massivinin əsası qoyulub.
Ölkənin müxtəlif yerlərində neft mədəninə işləmək üçün müxtəlif millətlərin nümayəndələri gəlib burada məskunlaşmışlar
Rəy