İnfoqrafik: İsrail rejiminin 2022-ci ildə Suriyaya etdiyi hava və raket hücumları

Bazar ertəsi 16 Yanvar 2023 - 22:12
https://az.iswnews.com/?p=17915

İsrail rejimi 2022-ci ildə Suriyanın müxtəlif bölgələrində Suriya ordusunun mövqe və bazalarına qarşı 28 hücum həyata keçirib.

Bu hücumların təfərrüatları aşağıdakılardır:

1- İsrail qırıcı təyyarələri Dəməşq ətrafında yerləşən hədəflərə bir neçə raket zərbəsi endirib. Tarix: 31 yanvar

2- İsrail qırıcı təyyarələri Dəməşq ətrafında hədəflərə bir neçə raket zərbəsi endirib, bu zaman bir Suriya əsgəri şəhid olub, beş əsgər isə yaralanıb. Tarix: 9 fevral

3- İsrail rejimi işğal altındakı Qolandan Dəməşq ətrafında yerləşən “Zakiyə” qəsəbəsi ətrafındakı hədəflərə bir neçə “yer-yer” raketi atıb və bu, maddi itkilərlə nəticələnib. Tarix: 16 fevral

4- İsrail rejimi işğal altındakı Qolandan Quneytərə ətrafındakı hədəflərə bir neçə “yer-yer” raketi atıb ki, bu da maddi ziyanla nəticələnib. Tarix: 23 fevral

5- İsrail qırıcı təyyarələri Dəməşq şəhəri ətrafındakı hədəflərə bir neçə raketlə hava zərbələri endirib, nəticədə 3 nəfər şəhid olub. Tarix: 24 fevral

6- İsrail qırıcı təyyarələri Dəməşq ətrafında yerləşən hədəflərə bir neçə raket zərbəsi endirib, bu zaman iki mülki şəxs şəhid olub. Tarix: 7 mart

7- İsrail qırıcı təyyarələri Suriyanın Həma əyalətindəki hədəflərə bir neçə raket zərbəsi endirib. Tarix: 9 aprel

8- İsrail qırıcı təyyarələri Suriyanın Dəməşq əyalətindəki hədəflərə bir neçə raket zərbəsi endirib. Tarix: 14 aprel

9- İsrail qırıcı təyyarələri Dəməşqin kənarındakı hədəflərə bir neçə raket zərbəsi endirib. Suriya ordusunun 4 əsgəri şəhid olub, daha 3-ü yaralanıb. Tarix: 27 aprel

10- İsrail rejimi Quneytərə vilayətinin şimalında yerləşən Hadar və Cabasa Əl-Xəşəbi raket və artilleriya hücumları ilə hədəfə alıb. Tarix: 11 may

11- İsrail qırıcı təyyarələrinin Suriyanın mərkəzi bölgələrindəki hədəflərə bir neçə raket atması nəticəsində 4 hərbçi və bir mülki şəxs şəhid olub, 7 nəfər yaralanıb. Tarix: 13 may

12- İsrail ordusu işğal altındakı Qolandan Dəməşqin cənubundakı bölgələrə bir neçə yer-yer raketi ilə hücum etdi və bu zaman 3 Suriya əsgəri şəhid oldu. Tarix: 20 may

13- İsrail qırıcı təyyarələri Dəməşqin cənub ətrafında yerləşən hədəflərə bir neçə raket zərbəsi endirib. Tarix: 6 iyun

14- Sionist rejimin Dəməşqin cənubundakı hədəflərə raket hücumu bir mülki şəxsin yaralanması və maddi ziyanın baş verməsi ilə nəticələndi. Tarix: 10 iyun

15- İsrail qırıcı təyyarələri Tərtusun cənubunda yerləşən Əl-Həmidiyyə qəsəbəsinin kənarındakı hədəflərə bir neçə raket zərbəsi endirib. Nəticədə, iki mülki şəxs yaralanıb. Tarix: 2 iyul

16- İsrail dronları Quneytərə əyalətində yerləşən Hədər qəsəbəsinə hücum edib. Suriya ordusunun bir hərbçisi şəhid olub. Tarix: 6 iyul

17- İsrail qırıcı təyyarələri Dəməşq ətrafında yerləşən hədəflərə bir neçə raket zərbəsi endirib. Nəticədə 3 suriyalı hərbçi şəhid olub, 7 nəfər mülki şəxs yaralanıb və maddi ziyan dəyib. Tarix: 22 iyul

18- İsrail qırıcı təyyarələri Dəməşq ətrafı və Tərtus limanındakı hədəflərə bir neçə raket zərbəsi endirib. Suriya ordusunun 3 hərbçisi şəhid olub, daha 3-ü isə yaralanıb. Tarix: 14 avqust

19- İsrail qırıcı təyyarələri Suriyanın Həma və Tərtus əyalətlərindəki hədəflərə bir neçə raket zərbəsi endirib, nəticədə iki mülki şəxs yaralanıb. Tarix: 25 avqust

20- İsrail qırıcı təyyarələri Hələb və Dəməşq əyalətlərindəki hədəflərə bir neçə raket zərbəsi endirib. Tarix: 31 avqust

21- İsrail qırıcı təyyarələri Aralıq dənizindən Hələb hava limanına doğru bir neçə raket atıb. Tarix: 6 sentyabr

22- İsrail qırıcı təyyarələri Dəməşqin kənarındakı hədəflərə bir neçə raket zərbəsi endirib. Beş Suriya əsgəri şəhid olub. Tarix: 17 sentyabr

23- İsrail qırıcı təyyarələri Dəməşq ətrafındakı hədəflərə bir neçə raket zərbəsi endirib. Tarix: 21 oktyabr

24- İsrail qırıcı təyyarələri Dəməşq əyalətindəki hədəflərə bir neçə raket zərbəsi endirib, nəticədə bir Suriya əsgəri yaralanıb. Tarix: 24 oktyabr

25- İsrail qırıcı təyyarələri Dəməşq şəhəri və ətrafdakı hədəflərə bir neçə raket zərbəsi endirib. Tarix: 27 oktyabr

26- İsrail qırıcı təyyarələri Homs əyalətindəki Şəirat hava bazasına bir neçə raket zərbəsi endirib, bu zaman Suriya ordusunun iki əsgəri şəhid olub. Tarix: 13 noyabr

27- İsrail qırıcı təyyarələri Suriyanın mərkəzi və sahil bölgələrinə bir neçə raket zərbəsi endirib, bu zaman Suriya ordusunun 4 hərbçisi şəhid olub. Tarix: 19 noyabr

28- İsrail qırıcı təyyarələri Dəməşq ətrafındakı hədəflərə bir neçə raket zərbəsi endirib. Tarix: 20 dekabr

Tam ölçüdə baxmaq üçün klikləyin

Daha çox oxuyun: İnfoqrafik: 2021-ci ildə İsrailin Suriyaya hava və raket hücumları

Sosial şəbəkələrdə paylaşmaq üçün ərəb, kürd, fars, rus və ingilis dillərində “İsrail rejiminin 2022-ci ildə Suriyaya etdiyi hava və raket hücumları” posterləri toplusu:

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir