İsrailin Suriyaya hava hücumu

Şənbə 19 Noyabr 2022 - 10:16
https://az.iswnews.com/?p=15619

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim qırıcıları Aralıq dənizindən Suriyanın mərkəzi və sahilyanı rayonlarına doğru bir neçə raket atıblar və bu hücumlar zamanı Suriya ordusunun 4 üzvü şəhid olub.

Suriya hərbi mənbəsinin məlumatına görə, şənbə günü yerli vaxtla saat 06:30 radələrində düşmən İsrail, Aralıq dənizi istiqamətindən bir neçə raket ataraq Suriyanın mərkəzi və sahilyanı rayonlarını hədəfə alıb. Raketlərlə mübarizə aparmaq üçün müdafiə sistemləri işə salınıb və onların bir neçəsini məhv edib. Bu hücum Suriya ordusunun 4 üzvünün şəhid olmasına, daha bir nəfərin yaralanmasına və maddi ziyanların baş verməsinə səbəb olub.

Həmçinin, bu il noyabrın 13-də İsrail qırıcıları Suriyanın Homs əyalətində yerləşən Şayrat aviabazasına bir neçə raket zərbələri endirmiş və bu zaman Suriya ordusunun iki əsgəri şəhid olmuşdur.

Daha çox oxuyun: Sionist rejimi Suriyanın Homs vilayətinə hava zərbələri endirib + VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam