Sionist rejimin Suriyaya raket hücumu

Çərşənbə, 23 Fevral 2022 - 10:56
https://az.iswnews.com/?p=1602

Suriyadakı hərbi mənbələr bildiriblər ki, sionist rejim bu gün (çərşənbə günü) səhər Quneytərə yaxınlığında yerləşən bəzi hədəflərə raket hücumu edib.

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi Əl-Aləm-ə istinadən xəbər verir ki, hücum bu gün (çərşənbə günü) səhər erkən saatlarda işğal altındakı Suriyanın Qolan təpələrindən Quneytərə yaxınlığındakı hədəflərə bir sıra yer-yer tipli raketlərlə həyata keçirilib.

Hücumların maddi ziyan vurduğu bildirilir.

Hücumla bağlı əlavə məlumat verilməyib.

Bu, son iki həftə ərzində İsrailin Suriya ərazisinə üçüncü hücumudur. Rejim ötən həftə Dəməşq və Homs bölgələrini hədəfə almışdır.

Suriya ordusunun hava hücumundan müdafiə sistemləri son aylar ərzində dəfələrlə ölkənin müxtəlif bölgələrində İsrailin hücumlarını dəf edib.

Qeyd edək ki, İraqın kütləvi qırğın silahları araşdırma komissiyasının keçmiş üzvü Skott Ritter bir neçə ay bundan öncə İsrailin Suriyaya davam edən hücumlarının regional münaqişəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdir.

Sionist rejim dəfələrlə Suriya ərazisinə raketlərlə hücum edib və Suriya müdafiə qüvvələri bu hücumları dəf ediblər.

Daha çox oxuyun:

İsrailin Dəməşq ətrafı hədəflərə hücumu

İsrailin Dəməşq ətrafına hava və raket zərbələri + Şəkillər

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.