BƏƏ Məribə hücuma hazırlaşır!

Bazar 14 Avqust 2022 - 16:09
https://az.iswnews.com/?p=11675

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmənin istefa vermiş hökumətinin İslah partiyası ilə digər fraksiyaları arasında gərginliyin davam etdiyi bir vaxtda Tariq Saleh qüvvələri BƏƏ-nin dəstəyi ilə Mərib şəhərinə hücuma hazırlaşır.

Şəbvə əyalətində İslah partiyası ilə Yəmənin istefa vermiş hökuməti arasında baş verən toqquşmalardan sonra Əl-Məxa şəhərində yerli mənbələr Tariq Salehin Mərib əyalətindəki İslah partiyası mövqelərinə qarşı hərbi əməliyyatlar aparmaq üçün milli müqavimət qüvvələrini toplamaq və hərbi texnikanı köçürmək əmrini təsdiqləyib.

Digər tərəfdən, Zəmar valisi və Ənsarullahın cəbhə komandirlərindən olan Məhəmməd Əl-Buxeyti İslah Partiyasının liderlərinə ünvanladığı mesajda bu partiyanın Yəmənin Qurtuluş hökumətinə qoşulmasını və tam dəstək almasını istəyib. Ənsarullahın düşmənə qarşı mübarizə aparmasına baxmayaraq, İslah Partiyasının liderləri bu təklifə hələ dəqiq cavab verməyiblər.

İslah Partiyası ilə istefa vermiş hökumət arasında qarşıdurma Ətəq şəhərində İslah partiyası komandirlərinin işdən çıxarılması ilə daha da böyüyüb və bu günə qədər Şəbvə, Mərib və Həzərmutda hökumət mövqelərinin təhvil verilməsinə çatıb. Qeyd edək ki, ötən günlərdə Səudiyyə Ərəbistanı koalisiyası Səudiyyə Ərəbistanının Yəməndəki səfiri Məhəmməd Aali-Cabir vasitəsilə Mərib valisi və İslah partiyası liderlərindən olan Sultan Əl-Əradədən vəzifəsindən uzaqlaşmasını tələb etmişdi. Lakin o, bu tələbi rədd etdi.

Daha çox oxuyun:
Şəbvə qubernatoru BƏƏ-nin köməyi ilə İslah Partiyasını məğlub etdi + FOTO və VİDEO
Ətəq şəhəri İslah Partiyasının nəzarətinə keçmək ərəfəsindədir
Səudiyyə koalisiyası Marib qubernatorunu istefaya göndərir!


Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir