Məhəmməd Tahir Züheyr Talibana təslim olub + FOTO

Şənbə 13 May 2023 - 19:14
https://az.iswnews.com/?p=21761

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əfqanıstanın əvvəlki hökumətində informasiya və mədəniyyət naziri olmuş və mərkəzi bölgələrdə Taliban əleyhinə komandirlərdən biri olan Tahir Züheyr Taliban silahlı qüvvələrinə bir neçə yerli ağsaqqal vasitəçiliyi ilə təslim olub.

Əfqanıstanın əvvəlki hökumətində informasiya və mədəniyyət naziri və Bamyan qubernatoru olan Məhəmməd Tahir Züheyr iki illik anti-Taliban fəaliyyətindən sonra öz mübarizəsini dayandırıb və mayın 11-də Samanqan əyalətinin Dara Suf Bala rayonunda Taliban silahlı qüvvələrinə təslim olub. Yerli mənbələr də Talibanın Samanqan əyalətinin informasiya və mədəniyyət rəhbəri Firuziddin Munib-ə istinadən bu xəbəri təsdiqləyib və əlavə edib ki, Məhəmməd Tahir Züheyr yaxın günlərdə Kabilə köçürüləcək.

Qeyd edək ki, Taliban kəşfiyyat idarəsi martın 1-də Tahir Züheyrə təzyiq etmək üçün onun ailəsinin 5 üzvünü, o cümlədən 3 qardaşını Bamyan vilayətində həbs etmişdi. Həmçinin, əvvəlki hökumətdə millət vəkili olmuş doktor Cəfər Məhdəvi, Talibanın Yollar və Şəhərsalma Nazirliyinin rəhbəri cənab Mədar Əli Kərimi və Seyid Sufi Qardizinin vasitəçiliyidə ailə üzvlərinin həyatını xilas etmək və Talibana qarşı silahlı müqaviməti dayandırması üçün Tahir Züheyrin təslim olmasında təsirli olub.

Məhəmməd Tahir Züheyr Əfqanıstanın əvvəlki hökumətində informasiya və mədəniyyət naziri və Bamyanın qubernatoru olub. Əşrəf Qəni hökumətinin süqutundan və Talibanın güclənməsindən sonra yerli anti-Taliban komandirləri ilə birlikdə çalışıb. Moləvi Mehdi Mücahidin Talibanla münaqişəsindən sonra onun köməyinə gedib və məğlubiyyətdən sonra Bamyan və Samanqan əyalətlərinin dağlıq ərazilərinə qaçıb. Onun Bamyan valiliyi dövründə Sərdar Qaani ilə mübahisəli görüşünün şəkillərinin yayılması 2019-cu ildə diqqət çəkən xəbərlərdən biri idi.

Sərdar Qaani ilə Məhəmməd Tahir Züheyrin Bamyandakı 2019-cu ildə baş tutmuş görüşdən
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir