Taliban - İslam Dünyası Xəbərləri

Çərşənbə axşamı 31 Oktyabr 2023 - 23:56

Əhməd Məsud qüvvələrinin komandanı Nuristanda öldürülüb + FOTO

Əfqanıstanın Nuristan əyalətinin Doab şəhərində yerləşən Bajqal vadisində Əhməd Məsud qüvvələri ilə Taliban hökumətinin kəşfiyyat departamentinin silahlı qüvvələri arasında baş verən qarşıdurmadan sonra 6 taliban yaraqlısı və Nuristan əyalətinin Doab şəhərində Əhməd Məsud qüvvələrinin komandiri Mohibullah öldürüldü. Mohibullah Əfqanıstanın əvvəlki hökumətində Müdafiə Nazirliyinin zabitlərindən biri olub. Nuristan əyalətinin Doab şəhərində Taliban silahlı qüvvələrinə qarşı bir […]

Çərşənbə axşamı 10 Oktyabr 2023 - 19:31

Kabil valisi: İran və Pakistan israilsevər və israilsifətdilər!

Talibanın Kabil şəhərinin qubernatoru Moləvi Məhəmməd Qasim Xalid “Yaxşılıqlara Dəvət Və Pisliklərdən Çəkindirmə” toplantısında çıxışı zamanı İran və Pakistan hökumətlərini absurd və təhqiramiz ifadələrlə “israilsevər və israilsifət” adlandırıb. O, həmçinin deyib: “Bu iki ölkədə əfqan mühacirlərin davranışı məqbul deyil. Mühacirlərimiz qonşu ölkələrdə zülm və barbarlıq altındadır. Biz İran və Pakistan alimlərindən və vətəndaşlarından xahiş edirik […]

Bazar ertəsi 2 Oktyabr 2023 - 16:03

Paktika əyalətində Talibanın cəbhə komandiri öldürülüb

Naməlum silahlı şəxslər Əfqanıstanın Paktika vilayətində yerləşən Omne şəhərinin Sepina Keli (Ağ qala) kəndində cəbhə komandirlərindən biri və Talibanın Paktika vilayətinin Omne şəhərində təhlükəsizlik komandanlıq departamentlərindən birinin direktoru Moləvi Xalidi qətlə yetiriblər. Hələlik heç bir qruplaşma Moləvi Xalidin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürməyib, lakin bu hücum çox güman ki, İŞİD əməliyyatçıları və ya Əfqanıstan […]

Cümə axşamı 28 Sentyabr 2023 - 12:51

Talibanın kəşfiyyat direktoru Kabilin Şakardara rayonunda öldürülüb

Əhməd Məsud qüvvələrinin Kabilin Şakardara rayonunda yerləşən Muradbeq kəndində Taliban silahlılarını daşıyan avtomobilə qarşı pusqu qurması nəticəsində Şakardara rayonunun kəşfiyyat direktoru Qari Bismillah da daxil olmaqla 3 Taliban silahlısı öldürülüb. Qari Bismillah Talibanın Şakardara rayonunun kəşfiyyat direktoru kimi eyni zamanda Kabil şəhərində Taliban polisinin təhlükəsizlik komandanlığının cinayət axtarış şöbəsinin müavini olub. Talibanın təhlükəsizlik və kəşfiyyat […]

Bazar 24 Sentyabr 2023 - 11:07

Taliban hökumətinin Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərindən biri öldürülüb + FOTO

Sentyabrın 21-də naməlum silahlı şəxslər Əfqanıstanın paytaxtı Kabilin ikinci rayonunda yerləşən Şeş Darq məhəlləsində Müdafiə Nazirliyinin qərargahı yaxınlığında Taliban hökumətinin müdafiə nazirinin müavini general Mali Xanın köməkçisi Qari Hecranı qətlə yetiriblər. Taliban mediası Qari Hecranın ölümünün silah təmizləyərkən səhv atəş nəticəsində baş verdiyini bildirsə də, Əhməd Məsud qüvvələrinin xəbər mənbələri bu şəxsin Kabildəki Mahmud Xan […]

Bazar ertəsi 28 Avqust 2023 - 17:36

Kabilin şimalında Əhməd Məsud qüvvələri ilə Taliban silahlıları arasında toqquşma olub

Əhməd Məsud qüvvələrinin Kabilin Guldara rayonunun mərkəzi Deh No məhəlləsində Talibanın polis komandanlığı və kəşfiyyat idarəsinin binasına hücumu və iki tərəf arasında yarım saatlıq toqquşmanın ardından, adı çəkilən binalara ziyan dəyərkən, bir neçə Taliban silahlısı öldürülüb və yaralanıb. Qeyd edək ki, Əhməd Məsud qüvvələri Guldara rayonunda Talibanın polis komandanlığı və kəşfiyyat idarəsi binasına hücumdan qayıdarkən […]

Çərşənbə 23 Avqust 2023 - 18:45

Taliban təhlükəsizlik qüvvələrinin komandiri Varsajda öldürülüb

Əhməd Məsud qüvvələrinin Əfqanıstanın Təxar vilayətinin Varsaj rayonunda yerləşən Yeskin kəndində Taliban İcra Hakimiyyəti və təhlükəsizlik komandanlığının binalarına raket hücumundan sonra Varsaj rayonunda Taliban təhlükəsizlik komandiri Qari Həmzə öldürülüb, 5 Taliban silahlısı isə yaralanıb. Əhməd Məsud qüvvələri də bu şəhərin Taqab kəndində Taliban silahlılarının forpostuna hücum edib və nəticədə bir sıra digər Taliban silahlısı ölüb […]

Bazar ertəsi 21 Avqust 2023 - 17:42

Bədəxşanda Əhməd Məsud qüvvələri ilə Taliban silahlıları arasında ağır toqquşma olub

Əfqanıstanın Bədəxşan əyalətindəki Şiva sərhəd keçid məntəqəsinə yaxın ərazilərdə o cümlədən, Şiğnan rayonunda və Şəhda rayonunun yüksəkliklərində Taliban silahlıları və Əhməd Məsud qüvvələri arasında baş verən qarşıdurma nəticəsində Əhməd Məsud qüvvələrinin dörd üzvü, o cümlədən Məhəmməd Tahir adlı cəbhə komandirlərindən biri öldürülüb, iki nəfər yaralanıb və üç nəfər Taliban tərəfindən əsir götürülüb. Həmçinin, Əhməd Məsud […]

Ən Çox Müzakirə Olunan