Taliban lideri: Bizə atom bombası atsanız belə, Allahın iradəsinə zidd olaraq sizinlə bir addımda atmayacağıq

Bazar, 3 İyul 2022 - 10:54
https://az.iswnews.com/?p=9828

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Taliban hərəkatının lideri Molla Həbətullah Axundzadə Əfqanıstanın din alimlərinin Kabil şəhərində keçirilən toplantısında iştirak edib və çıxış edib.

Taliban hərəkatının lideri Molla Həbətullah Axundzadə Əfqanıstanın din alimlərinin Kabil şəhərinin 5-ci məntəqəsində yerləşən Xeymə Luye Cərqə adlı toplantının keçirildiyi məkanda bir neçə günlük toplantıda iştirak edib və toplantı zamanı iştirakçılar qarşısında çıxış edib.

Bu çıxışın əvvəlində Taliban lideri Əfqanıstan xalqını İslam Əmirliyinin əvvəlki hökumət üzərində qələbəsi münasibətilə təbrik edib və mücahidlərə, həlak olanların ailələrinə və s. təşəkkür edib. O, daha sonra deyib: “Amerikanın bizimlə müharibəsi quru və hava məkanları uğrunda deyil, bizim nəzəriyyə və ideyalarımız uğrunda idi və bu qarşıdurma qiyamətə qədər davam edəcək”.
Küfrlə İslam arasında heç bir saziş yoxdur, olmayacaq və belə bir şey də mümkün deyil.
Müsəlmanları öldürmək heç vaxt bizim məqsədimiz olmayıb, biz müsəlmanları yalnız qisas üçün öldürürük. Əgər əfqanlar bir əməliyyatda öldürülmüşdüsə, bu, kafirlərin müqabilində qalxana çevrilmələri üçün olub. Biz bir əfqanlını öldürsək, bu, ya böyük məqsəd üçün, ya İslam üçün, ya da Allahın qisas məsələsində icazə verdiyi şəriətin həyata keçirilməsi üçün idi.
İyirmi il əvvəl Əfqanıstanda heç kim şəriətdən danışa bilməzdi, danışsaydı ya həbs edərdilər, ya da işgəncəyə məruz qalardı! Amma bu gün cihadımız nəticəsində Allaha dəvət azad oldu.

Əgər hakimiyyət orqanında təhlükəsizlik yoxdursa, idarələrdə tanışlıq, qohumbazlıq, dəllallıq varsa, bu təhlükəsizlik deyil və bir müddət sonra bu hakimiyyət yox olacaq. Bu işin məqsədi əvvəlki hakimiyyət kimi bəzi şəxslərin şəxsi maraqlarını təmin etməkdir.
İslam sistemində prinsip budur ki, insan nəfsini tərk edib, özünü tamamilə Allahın qanununa təslim etsin. Əgər sən özünü qanuna uyğunlaşdırmırsansa, onda Allahın qanununa uyğunlaşmağın iddiası yalandır!
Əgər alimlərlə dövlət məmurları arasında fasilə yaranarsa, təhlükəsizlik heç vaxt təmin olunmayacaq. Adi insanların cihadı alimlərin hökm və bəyanatlarının həyata keçirilməsindədir.
Növbəti hökümətin qurulmasını başqa bir toplantıda bəyan edəcəyəm və kimin hansı nazirliyə, hansı vilayətə təyin edilməsi barədə alimlərlə məsləhətləşəcəyəm.

Dünyanın heç bir gücü Əfqanıstanda hərbi əməliyyat keçirməyəcək. Amma soyuq müharibə və psixoloji əməliyyatlar davam edəcək. Onlar İslam Əmirliyinin (Taliban) məmurları arasında fasilə salmağa çalışırlar və əgər ixtilaf olarsa, Əmirlik məhv olar. Dünya İslam Əmirliyinin müstəqil olmasını istəmir və onların göstərişləri ilə işlərin görülməsini istəyir və bizim daxili işlərimizə qarışırlar.
Bizə atom bombası atsanız belə, Allahın iradəsinə zidd olaraq sizinlə bir addımda atmayacağıq.

Ölkədə təhlükəsiz olarsa, iqtisadiyyat özü-özünu təmin edər. Xarici yardıma ümid bəsləməyin, birləşin və öz ölkənizi qurun.
İnvestorlar nədən qorxurlar? gəlin bəzi şirkətlər qurun və iqtisadiyyatı yaxşılaşdırın”.

Bu qrupun digər rəsmilərinin keçmiş bəyanatları ilə müqayisədə Taliban liderinin quru və mühafizəkar bəyanatları Taliban rəsmiləri arasında dərin ziddiyyətlər və fikir ayrılıqlarından xəbər verir. Molla Həbatullah hələ də dünyaya və hətta Əfqanıstanın qonşu ölkələrinə eyni qapalı baxışa malikdir və digər Taliban rəsmiləri bu fikrə qarşı addımlar ataraq Amerika və digər şərq ölkələri ilə münasibətlərini bərpa etməyə çalışırlar. Taliban liderinin bəyanatının digər mühüm hissəsi onun “Əfqanıstanın inklüziv dövləti” ideyasını rədd etməsi olub. Bu həll yolu adətən Əfqanıstanın qonşu ölkələri, xüsusilə də İran tərəfindən təklif edilib və Taliban hələlik bu məsələdə öz mövqeyini aydınlaşdırmayıb. Ümumiyyətlə, bütün etnik qrupların və dinlərin hüquqlarının müdafiəsi və iştirakı olmadan Əfqanıstan son əlli ildə eyni yolla gedəcək və yeni Taliban hökuməti də bu qaydadan istisna deyil.

Daha çox oxuyun: Əfqanıstanda və Pakistanda baş verən son hadisələr, 1 İyun 2022

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.