Bəlxdə müharibə qaçqınlarının boğazına Taliban ülgücü dirənib

Cümə axşamı, 30 İyun 2022 - 14:53
https://az.iswnews.com/?p=9624

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Taliban Bəlx vilayətində müharibə və quraqlıqdan didərgin düşmüş yüzlərlə ailəni köçməyə məcbur edib.

İyunun 29-da Taliban silahlıları Dehdadi şəhərinin Kariziha məhəlləsindəki Unit düşərgəsində məskunlaşan 600 köçkün ailənin məcburi köçürülməsinə göstəriş verib. Unit düşərgəsindəki köçkünlərin həyat şəraitinin pis olmasına baxmayaraq, Taliban onların köçürülməsini sürətləndirmək üçün xeyriyyə təşkilatlarının yardımlarını dayandırıb.

Unit düşərgəsi Bəlx vilayətində yerləşən Dehdadi məhəlləsində yerləşir və Sərepol, Cəuzcan, Faryab və Bəğlan əyalətlərindən olan 600-dən çox köçkün ailəsinə ev sahibliyi edir.

Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Taliban silahlıları öz tərəfdarlarına və müttəfiq qəbilələrinə dəstək olmaq naminə Sərepol, Daykendi, Bəğlan, Pəncşir və Qəzni əyalətlərində bir sıra məcburi köçürmələr, torpaq, əmlak və s. müsadirələrə əl atıblar.

Daha çox oxuyun: Türkiyə yüzlərlə əfqan qaçqını deportasiya edib

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.