Bəğlan və Bəlxdə Taliban və Əhməd Məsud qüvvələri arasında qarşıdurmalar davam edir

Cümə axşamı 27 Yanvar 2022 - 04:11
https://az.iswnews.com/?p=474

İslam Dünyası Xəbərləri informasiya mərkəzi xəbər verir ki, Əfqanıstanın Bəğlan və Bəlx əyalətlərində Talibanın Əhməd Məsud qüvvələri və naməlum silahlı şəxslər ilə yaşadığı qarşıdurmalar nəticəsində 16 nəfər ölüb və yaralanıb.

Bəğlan əyalətinin dağlıq ərazilərində Taliban və Əhməd Məsud qüvvələri arasında ara-sıra baş verən qarşıdurmalardan sonra yanvarın 24-də Taliban qüvvələri Xost və Fərəng bölgəsinin Kozal və Çarx-e-Fələk məntəqəsində Əhməd Məsud qüvvələrinin mövqelərinə hücum ediblər.
On saat davam edən qarşıdurmada dörd Taliban üzvü öldürülüb, üçü isə yaralanıb. Əhməd Məsud qüvvələrinin iki üzvü də öldürülüb, üç nəfər yaralanıb.
Əhməd Məsud qüvvələrinə aid media mənbələrinin məlumatına görə, Taliban Kozal və və Çarx-e-Fələk məntəqəsinə hücum etdikdən sonra dinc sakinlərdən canlı qalxan kimi istifadə edib; nəticədə iki mülki şəxs yaralanıb.

Əhməd Məsudun Xost və Fərəngdəki qüvvələrinə keçmiş hökumət zabitlərindən biri olan “Beryali Səngin” adlı şəxs komandirlik edir.

Bu arada Məzari-Şərifin 10-cu məntəqəsində naməlum silahlı şəxslər Taliban toplumuna hücum edərək, bir Taliban üzvünü öldürüb, digərini isə yaralayıb.

Əfqanıstanda son bir ayda baş verən qarşıdurmada xüsusilə ölkənin şimal bölgələrində Taliban itkilərinin sayı artıb. Bir tərəfdən “Əhməd Məsud”un komandanlığındakı qüvvələr hərəkətlərini gücləndirib, digər tərəfdən isə İŞİD terror qruplaşmasının üzvləri Talibana və dinc əhaliyə qarşı həyata keçirdikləri sui-qəsdlərin və partlayışların həcmini artırıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir