Talibanın Bəlxabda dinc sakinlərə qarşı cinayətləri + VİDEO və FOTO

Çərşənbə axşamı, 28 İyun 2022 - 01:20
https://az.iswnews.com/?p=9479

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi cəbhə mənbələrinə istinadən xəbər verir ki, Taliban silahlıları Bəlxab şəhərinin müxtəlif ərazilərində nəzarəti ələ keçirdikdən sonra onlarla mülki vətəndaşı didərgin salıb və güllələyib.

Bəlxab şəhərində yerli mənbələrin məlumatına görə, Taliban silahlıları iyunun 25-də Jah Mirk, Qeluroz və kömür mədənlərində beş işçi, iki çoban və digər iki mülki olmaqla doqquz mülki şəxsi güllələyiblər. Digər tərəfdən, yüzlərlə insan Taliban silahlılarının zorakılığından qorxaraq Taxşar, Qəlee-Qaq, Larkord, Hoosh və… kəndlərindən şəhər ətrafındakı dağlara qaçıb. Bamyan əyalətinin Darreh Suf, Qor vilayətinin Lal və Sarcangal və Yakavlang şəhərlərində də qarşıdurmalar və etirazlar baş verib. Taliban silahlıları tərəfindən öldürülənlərin dəqiq sayı məlum deyil, lakin Bəlxabdan olan video sübutlar mülki şəxslərin öldürülməsi iddialarını sübut edir.

Taliban silahlıları Bəlxab şəhərinin mərkəzindəki Tarxoc şəhərinə nəzarəti ələ keçirdikdən sonra öz adamlarının əməkdaşlığı ilə narazı sakinlər və Moləvi Mehdi Mücahidin bəzi tərəfdarlarını müəyyən etməyə nail olublar. Yerli mənbələrin bildirdiyinə görə, onların evləri talan edilib və onların əksəriyyəti müxtəlif ittihamlarla əsir götürülərək işgəncələrə məruz qalıb, müqavimət göstərdikdə isə güllələniblər. Eyni zamanda, Bəlxabdakı Taliban hökuməti nümayəndəsi xalqla heç bir probleminin olmadığını və normal həyatlarını davam etdirə biləcəklərini açıqlayıb!

Bununla belə, Moləvi Mehdi Mücahidin silahlıları ilə Taliban arasında Bəlxabda baş verən toqquşmalar batil olsada mülki şəxslərin öldürülməsi Taliban tarix səhifələrində hər zaman olduğu kimi saçan ulduzlarındandır.

P.S: Moləvi Mehdi Mücahidlə Taliban hökuməti arasındakı münaqişə saxta və batil xarakter daşıyırdı və onun ziyanı yalnız Bəlxab şəhərinin mülki və məzlum əhalisinə dəydi.
İndi Əfqanıstandakı müharibənin tərəfdarlarına və təhrikçilərinə sual verilməlidir ki, həzara xalqının və şiələrin ədaləti uğrunda mübarizə aparan Mehdi Mücahid hara getdi? O, Əşrəf Qəni, General Dostum, Əta Məhəmməd Nur və … kimi heç yerə qaçmadımı?
Həmçinin, “Qəndəharın qeyri-islam din xadimlərindən tutmuş diplomatlara və Kabildə yerləşən medialara qədər” Talibanı gözləri bağlı müdafiə edənlərdən soruşulmalıdır: “Siz nəyə əsaslanaraq sünni və şiə mülki insanları öldürüb talayırsınız?”.

Daha çox oxuyun:
Bəlxabda Taliban və Mehdi Mücahid arasında toqquşma ilə bağlı son xəbərlər, 25 İyun 2022
Əfqanıstanda və Pakistanda baş verən son hadisələr, 24 İyun 2022
Bəlxabda Taliban daxili vətəndaş müharibəsi gözlənilir – Mehdi Mücahid kimdir və nə istəyir?

Video: Taliban qüvvələrinin mülki şəxsləri atəşə tutması (ehtimal ki, Balxabda)
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.