Video: Nar Və Ənar sənədli filmi; Azərbaycan Respublikası şiələrinin məzlumluğundan bəhs edən hekayə

Cümə axşamı 9 İyun 2022 - 21:43
https://az.iswnews.com/?p=8508

Nardaran Bakı yaxınlığında İmam Rza (ə)-ın əziz bacısı Bibi Rəhimənin (ə) hərəminin yerləşdiyi yerə görə Azərbaycan şiələrinin dini mərkəzinə və liderlik mövqeyinə malik olan qəsəbənin adıdır.

2015-ci ildə Azərbaycan hökuməti dindarların həbsləri dalğasına start verdi və bu müddət ərzində ölkədə məşhur din xadimi ruhani Hacı Taleh Bağırzadə başda olmaqla 150-dən çox dindar həbs edildi. Taleh Bağırzadə Qumdakı Beynəlxalq Əl-Mustafa universitetində dini və hövzə dərsləri oxuyub və Azərbaycan Müsəlman Birliyi Hərəkatının (MBH) yaradıcısıdır. O, 2015-ci il noyabrın 25-də bir qrup dindarla birlikdə Azərbaycan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin Sabunçu rayonunun Nardaran qəsəbəsindəki yaşayış evinə basqın etməsi zamanı həbs edilib. Hadisə zamanı 4 Nardaran sakini şəhid olub, 2 polis əməkdaşı isə həyatını itirib. Taleh Bağırzadənin sözlərinə görə, iki polis də dövlət məmurları tərəfindən öldürülüb.

Azərbaycanın Bakıdakı Mütəşəkkil Cinayətlər Üzrə Məhkəməsi 2017-ci il yanvarın 25-də Azərbaycan hökumətini devirməyə və İslam hökuməti qurmağa cəhddə ittiham olunaraq Bağırzadəni 20 il müddətinə azadlıqdan məhrum edib. Azərbaycan Müsəlman Birliyi Hərəkatının fəaliyyəti qadağan edilib və üzvləri cinayət məsuliyyətinə cəlb edilib.

Daha çox oxuyun: Taleh Bağırzadə aclıq aksiyasına başlayıb – Dəstəyimizi bildiririk!

Qeyd edək ki, Azərbaycan İslam Partiyası ilk dəfə bu qəsəbədə yaranıb və Azərbaycan Respublikasının siyasi səhnəsinə dini siyasətlə çıxıb, lakin bu respublikanın korrupsioner və sekulyar hökuməti hər zaman dini hərəkatları aradan qaldırmağa çalışıb. Bu ölkədə İslama zidd qanunlar qəbul etməkdən Nardarana hücum etməkdən və dindarları şəhid etməkdən belə çəkinmir.

Azərbaycan Respublikası İrandan sonra şiə əhalisinin ən yüksək faizinə malikdir və onun doqquz milyon yarımlıq əhalisinin təxminən 85%-i On iki imamlı şiədir.

Sənədli Filmi YouTube-də 1080 60fps keyfiyyətlə izləyə bilərsiniz:

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir