Redaktor seçimi - İslam Dünyası Xəbərləri

Çərşənbə 2 Avqust 2023 - 16:09

Silk Way Airlines Bakı reysləri; İsraildən İraqadək!

İşğal olunmuş Fələstinə fasiləsiz uçuşlar həyata keçirən və tarixçəsində İsrail silahlarının Bakıya daşındığı Azərbaycan Respublikasının Silkway Hava Yollarının təyyarələri son günlər İraqdakı Amerika bazalarında get-gəl edib; Mövzu, bu şirkətin fəaliyyətlərini nəzərə alsaq, çox vacib sayıla biləcək məsələlərdəndir.

Çərşənbə 19 İyul 2023 - 19:00

Hərbi Məlumat: Şahid 171 Dronu (Simurq) və Məxfi Şahid Dron Ailəsi

Şahid 171 dronu və məxfi Şahid dron ailəsi Amerikanın RQ-170 dronundan əks mühəndislik və modelləşdirilmiş dronlardır. Bu dronlara Şahid 171, Şahid 181, Şahid 191, Şahid 161 və Şahid 141 adlı beş model daxildir. Bu beş dronun əsas fərqi onların ölçüləri və mühərrik növüdür. Bu dron İran İslam Respublikasının Şahid Hava Sənayesi və SEPAH Hərbi Hava Qüvvələri tərəfindən istehsal olunur. İran yeganə ölkədir ki, indiyədək belə məxfi Baldis dronlarını əsl döyüş meydanında sınaqdan keçirib.

Cümə 16 İyun 2023 - 16:18

Hərbi Məlumat: Fəttah Hipersəs Raketi

“Fəttah” raketi iyunun 6-da Tehranda keçirilən xüsusi mərasim zamanı nümayiş etdirilən İranın hipersəs raket seriyasının ilk nümunəsidir. Orta fazada 13 maxdan çox, hədəfi vurmazdan öncəki son fazada isə 5 maxdan yüksək sürətə malik, həmçinin hədəfdən 100 kilometr əvvəl manevrlər edə bilən bu raket İranın raket arsenalında böyük inkişaf hesab olunur. Əslində “Fəttah” raketi son dərəcə təkmil olunmuş ballistik raketdir. Bu raket son mərhələ və ya MaRV-da (Maneuverable Reentry Vehicle) müxtəlif manevrlər edə bilir. Bu raketin bütün manevrləri və vurma zamanı hipersəs raketləri kateqoriyasına daxil olması üçün, 5 max və daha çox sürəti saxlamağa çalışılıb.

Bazar ertəsi 29 May 2023 - 23:31

Hərbi Məlumat: Xürrəmşəhr-4 (Xeybər) Raketi

Xürrəmşəhr-4 ballistik raketi İran Müdafiə Nazirliyi tərəfindən 2023-cü il mayın 25-də nümayiş etdirilən Xürrəmşəhr seriyalı raketlərin dördüncü nəslidir. Bu raketin mənzili 2000 km-dir və onun 1500 kq döyüş başlığı İran raketlərinin ən ağır döyüş başlıqlarından biri hesab olunur. Hiperqalik yanacağın istifadəsi, qabaqcıl “Ərvənd” mühərriki, atmosferdən kənarda 16 max, atmosfer daxilində 8 max sürəti, atmosferdən kənarda orta fazada döyüş başlığını idarə etmək qabiliyyəti Xürrəmşəhr-4 raketinin özəl xüsusiyyətlərindəndir.

Bazar ertəsi 27 Mart 2023 - 17:32

İlk dəfə yayımlanır: Suriyadakı amerikalı terrorçuların bazasını hədəf alan dron + VİDEO

Martın 23-də Suriyanın Əl-Ramilan bölgəsinin cənubundakı Xarabul-Ceer bazasında yeni yaradılmış Livaul-Ğalibun İslami Müqavimət dəstəsi amerikalı işğalçı terrorçuların mövqelərini kamikadze dronla hədəfə alıb. ABŞ-a görə, bir amerikalı podratçı öldürülüb; Amma müqavimət cəbhəsinə yaxın mənbələrdən gələn xəbərlər başqa şey deyir!

Çərşənbə axşamı 21 Mart 2023 - 23:06

Hərbi Məlumat: KA-52 Hücum Helikopteri

Kamov Ka-52 Alligator zirehli və zirehli olmayan yer hədəflərinə və aşağı sürətli hava hədəflərinə qarşı istənilən hava şəraitində gecə-gündüz əməliyyatlar apara bilən çoxməqsədli hücum helikopteridir. Bu helikopter Rusiyanın Kamov şirkəti tərəfindən hazırlanıb və NATO-da Hokum B kimi tanınır. Kamov 52 əslində Kamov şirkəti tərəfindən hazırlanmış Kamov 50-nin təkmilləşdirilmiş iki nəfərlik versiyasıdır.

Bazar 9 Oktyabr 2022 - 23:42

İranın İraqa xəbərdarlığı: İraqın Kürdüstan bölgəsindən terror qruplaşmalarını yığışdırın! + Terror qruplaşmalarının Kürdüstan bölgəsindəki xəritəsi

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqın Kürdüstan bölgəsində yerləşən terrorçu qruplaşmalarının İranın milli təhlükəsizliyinə qarşı dağıdıcı fəaliyyətlərinin artması və İraq hakimiyyətinin terror qruplaşmalarını çıxarmaq üçün lazımi qərarlar qəbul etməməsindən sonra SEPAH bu sahədə terror qruplaşmalarına qarşı yeni əməliyyat başlatdı.

Ən Çox Müzakirə Olunan