Yəməndə baş verən son hadisələr, 29 May 2022

Bazar 29 May 2022 - 23:52
https://az.iswnews.com/?p=7999

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Şəbvə valisi İvad bin Əl-Vəzir Əl-Avlakinin gündəlik hasilat gücü 35 min barrel olan Cenna neft yatağına nəzarəti Əl-Əmaləqə qüvvələrinə (Tariq Salehin nəzarətində olan) verib.

1- Sənaa:
Sənaa Beynəlxalq Hava Limanının direktoru Xalid əl-Şaifin sözlərinə görə, Yəməndə atəşkəs razılaşmasının şərtlərinə əsasən, beşinci kommersiya reysi sabah (30 may) Sənaa hava limanından İordaniyanın paytaxtı Əmmana həyata keçiriləcək. Təyyarə hazır olduqdan sonra reys Sənaaya qayıdacaq.

2- Əl-Hudəydə:

– Səudiyyə koalisiya qüvvələri son 48 saat ərzində atəşkəs rejimini 112 dəfə pozub.

– Səudiyyə koalisiya qüvvələrinin His qəsəbəsinim şimalındakı əl-Həşaş kəndində yerləşdirdiyi minanın partlaması nəticəsində 2 dinc sakin şəhid olub, bir uşaq isə yaralanıb.

– Əl-Hudəydə şəhərinin Əl-Rəbsə məhəlləsində minanın partlaması nəticəsində bir qadın şəhid olub. Minalar Əleyhinə Qrupun məlumatına görə, bu ilin əvvəlindən Yəməndə bomba və minaların partlaması nəticəsində 305 nəfər öz həyatını itirib.

3- Şəbvə:

– Şəbvə valisi İvad bin Əl-Vəzir Əl-Avlaki Cenna neft yatağına nəzarəti Əl-Əmaləqə qüvvələrinin 5-ci briqadasına təhvil verib. Bu, Tarik Salehin müttəfiqlərinin gücünü artırmaq və cənubluların Şəbvə vilayətində təsirini azaltmaq deməkdir. Bu neft yatağının hasilat gücü sutkada 35 min barel qiymətləndirilir. (Bu neft yatağının yeri yuxarıdakı xəritədə göstərilib.)

– 21-ci Mika Briqadasının komandiri və Cənub Keçid Şurasının hərbi komandirlərdən biri olan briqada generalı Cəhdəl Hənəşə qarşı sui-qəsd uğursuz olub.

4- Həzərmut:
Cənub Keçid Şurasının Həzərmutdakı nümayəndəsi Salem əl-Sayari Əl-Abr bölgəsində öldürülüb. Bəzi mənbələr Əli Möhsün əl-Əhmar qüvvələrinin digərləri isə Tariq Salehin qüvvələrini, günahlandırıb.

5- İordaniyanın paytaxtı Əmmanda general Yəhya ər-Rəzaminin sədrliyi ilə Yəmənin Qurtuluş Hökumətinin Hərbi Komitəsi Təiz və Yəmənin digər əyalətlərində yolların açılması üçün BMT və istefa vermiş Yəmən hökumətinin nümayəndələri ilə görüşüb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir