Taliban Tacikistan və Özbəkistana xəbərdarlıq edib

Cümə axşamı 13 Yanvar 2022 - 10:07
https://az.iswnews.com/?p=73

İslam Dünyası Xəbərləri agentliyinə əsasən; Talibanın müdafiə nazirliyinin rəhbəri vəzifəsini icra edən Molla Məhəmməd Yaqub Mücahid keçmiş hökumətin Tacikistan və Özbəkistanda olan qırıcı təyyarələri və helikopterlərini geri qaytarmağa çağırıb.

Taliban Müdafiə Nazirliyinin rəhbəri vəzifəsini icra edən Molla Məhəmməd Yaqub Mücahid Əfqanıstan Hərbi Hava Qüvvələrinin pilot və mühəndislərinin konfransında Tacikistan və Özbəkistanı keçmiş Əfqanıstan hökumətinə aid olan vertolyotları və qırıcı təyyarələrini qaytarmaq barədə xəbərdarlıq edib. Mücahid təhdidlərinə davam edərək bildirib ki, Tacikistan və Özbəkistan bunu etməsə, Talibanın sərt reaksiyası ilə üzləşəcəklər.

O əlavə edib: Biz zəif ola bilərik, amma biganə deyilik və əvvəlki hakimiyyətin süqutu zamanı Tacikistan və Özbəkistana gedən bütün helikopter və təyyarələrimizi geri alacağıq.

Taliban rəsmilərinin bildirdiyinə görə, Əfqanıstan Hərbi Hava Qüvvələrində ümumilikdə 289 helikopter və hərbi təyyarə var, onlardan 50-si uçuşa və əməliyyatlara hazırdır. Həmçinin əvvəlki hökumətin süqutu zamanı 62 helikopter və hərbi təyyarə Tacikistan və Özbəkistana sığınıb.

Taliban təhlükəsi ilə üst-üstə düşən Tacikistan prezidenti Emoməli Rəhmonov KTMT-yə üzv ölkələrin sonuncu birgə iclasında Əfqanıstanla Tacikistan-Özbəkistan sərhədində təhlükəsizlik xəttin yaranmasını istəyib və buna təhlükəsizliklə bağlı vəziyyətin mürəkkəbliyini və Talibanın daxili çəkişmələrini əsas gətirib.

Orta Asiya ölkələri arasında gərginliyin artdığı bir zamanda Taliban müdafiə nazirliyi 80 min əsgərinin Əfqanıstanı müdafiə etməyə hazır olduğunu bildirib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir