2021-ci ildə Yəmən cəbhələrindəki son dəyişikliklər + Xəritə

Bazar ertəsi 31 Yanvar 2022 - 14:31
https://az.iswnews.com/?p=699

2021-ci ildə Yəmənin qarşıdurma yaşanan cəbhələrdəki son dəyişikliklərin xülasəsi

Səədə:
2021-ci il may ayının axırları Ənsarullahın etdiyi əməliyyatı zamanı Səədə vilayətinin cənub-qərb cəbhəsində Məlahit bölgəsindəki və Səudiyyə Ərəbistanının cənubundakı Cizan əyalətində təxminən 150 kvadrat kilometr ərazisi olan ərazilər Səudiyyə koalisiyasının işğalından azad edildi.

Əl-Covf:
Ənsarullah etdiyi əməliyyatı zamanı 2021-ci il dekabrın 4-dən 24-sinə dək “Fəcr əs-Səhra” adı altında Əl-Covf vilayətində 1200 kilometrdən çox ərazi, o cümlədən Xobb Və Əş-Şəəf şəhərinin mərkəzi olan Əl-Yətməh qəsəbəsi Səudiyyə nəzarətindən azad edildi.
Əl-Covfun mərkəzi cəbhələrində, Əl-Xəncər bazasından Şərqi Əl-Mərəziq səhrasına və Əl-Ələm təpələrinə qədər toqquşmalar davam edir və döyüş xətləri hələ də tam Ənsarullah nəzarətində deyil.

Mərib:
Mərib əyalətində Ənsarullahın Səudiyyə koalisiyası ilə Məribin cənubunda üç cəbhədə, Rəğvan, Mədğəl və Sirvah şəhərlərində qarşıdurması davam edir.
Son bir ildə Rəğvan cəbhəsində ciddi dəyişiklik baş verməyib və Asadas qəbilələri koalisiyaya tabeçilik etməyə davam edirlər. Ənsarullahın da bu bölgədə irəliləmək niyyəti yoxdur və bu, Məribin digər cəbhələrini azad etmək üçün təsirli olub.
Mərib şəhərinin qərb cəbhəsində Ənsarullahın hücumları Kofel bazası və Zənnə düşərgəsinin azad edilməsinə səbəb olub. Bu bölgədəki qarşıdurmalar Əl-Atif və Əl-Xəshab yüksəkliklərinə qədər Mərib su səddinin arxasında müxtəlif səbəblərdən dayanıb, o cümlədən: Səudiyyə koalisiyasının müqaviməti, güclü bombardmanlar və s.
Bununla belə, Mərib vilayətinin cənubunda Ənsarullah Rəbi ən-Nəsr əməliyyatını uğurla həyata keçirərək Rəhbə, Hərib, Əl-Əbdiyyə, Cəbəl Murad (qarşıdurma olmadan) və Əl-Cəvbə şəhərlərini azad etməyə müvəffəq oldu. Bu mühüm irəliləyiş Ənsarullahı Mərib şəhərinin cənub girişinə çatdırıb. Şərqi Əl-Bələq və Əl-Bəlq Əl-Əvsət yüksəkliklərinin ətraf ərazilərində noyabrın 2-dən şiddətli döyüşlər gedir.

Əl-Bəyda:
Ənsarullah Fəcr Əl-Hurriyyə əməliyyatı zamanı təxminən 2500 kvadrat kilometr əraziyə malik Numan, Nate, Əl-Məsurə, Əl-Səvməə və Məkiras şəhərlərini Səudiyyə koalisiyası və Əl-Qaidə və İŞİD qruplaşması terrorçuları nəzarətindən tamamilə təmizləməyə müvəffəq oldu.

Şəbvə:
Yəmənin mərkəzi cəbhələrindəki hadisələrin ardınca Ənsarullah, Şəbvə və Mərib əyalətlərində 3200 kvadrat kilometr ərazini azad etdi; o cümlədən Şəbvə əyalətindəki Usəylan, Biyhan və Eyn şəhərlərini azad edilməsinə səbəb olan Ən-Nəsr əl-Mubin fon əməliyyatını üç mərhələdə həyata keçirərək, Rəbi ən-Nəsr əməliyyatını həyata keçirə bildi.

Təiz:
Təiz cəbhəsində Ənsarullah 9 yanvar 2021-ci ildə Təiz vilayətinin şimalındakı Əzlətul Himyə bölgəsində İŞİD-in fitnəsini təhlükəsizlik kəşfiyyat əməliyyatı ilə dəf etmişdir.
Əl-Kədhə və Muqbinə şəhərlərində qarşıdurmalar davam edir və qeyd olunan ərazilər bir neçə dəfə koalisiyanın nəzarətinə keçib-qayıtdıqdan sonra hazırda Ənsarullahın nəzarətindədir.

Əl-Hudəydə:
Noyabrın 12-də Səudiyyə koalisiyasının komandanlığı öz qüvvələrinin Əl-Hudəydə şəhərindən və Yəmənin qərb sahillərindən geri çəkilmələrini əmr etmişdir. Bu geri çəkilmə fonunda Vətən Müqaviməti qüvvələri, o cümlədən Tariq Saleh komandanlığı altında olan, Tuhamə, Əl-Əmaləqə və birgə qüvvələr Əl-Hudəydə şəhərinin şimal və şərq bölgələrini, qərb bölgələrini o cümlədən Əl-Durəyhəmi, Əl-Cah və Ət-Təhita rayonlarını boşaldıblar.
Digər tərəfdən, noyabrın 18-də Tariq Saleh qüvvələri Səudiyyə koalisiyasının Yəmənin qərb sahilindəki mövqelərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Əl-Hudəydə əyalətinin cənubunda və Təiz vilayətinin qərbində “Qızıl Qövs” adlı əməliyyata başlamışdılar; bu əməliyyat bu günə qədər ciddi nəticələr əldə etməmişdir. Ənsarullah bu günə qədər Tariq Salehin quru hücumlarının əksəriyyətini Səkkizinci Balanslaşdırma Əməliyyatı və bir sıra digər raket və dron əməliyyatları həyata keçirərək dəf etməyi bacarıb.

Münaqişə Əz-Zale və Həccə əyalətləri kimi digər cəbhələrdə də ara-sıra davam edir və demək olar ki, bu ərazilərdə münaqişə xəttində 2021-ci ildə heç bir dəyişiklik baş verməyib.

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir