Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı

Çərşənbə 4 May 2022 - 07:26
https://az.iswnews.com/?p=6502

Hüseyniyyun (Hüseynçilər) Azərbaycan İslam Müqavimət Hərəkatı ictimai-siyasi və hərbi hərəkatdır və Azərbaycan hökumətinin siyasətlərinə müxalifdir.

Bu hərəkatda Azərbaycan Respublikası azərbaycanlıları ilə yanaşı, Rusiya, Qafqaz, Türkiyə və Avropada yaşayan şiə azərbaycanlılar da var.

Şeyx Tohid İbrahimbəyli Hüseyniyyun hərəkatının qurucusu və ilk rəhbəridir.

Qrup keçmişdə Azərbaycan Respublikası hökumətinin şiələrə qarşı tətbiq etdiyi din əleyhinə siyasət və məhdudiyyətlərə etiraz edib və xüsusi bir adı olmayıb. Daha sonra dini fəalların geniş şəkildə həbs edilməsi və cəzalandırılması və Qafqaz Müsəlmanları İdarəsinin biganəliyi nəticəsində onlar Azərbaycan Respublikasını tərk ediblər. Sonrakı illərdə Suriya və İraq müharibələrinin başlaması ilə İŞİD və təkfirçi qruplarla mübarizə üçün və həmçinin müqəddəs hərəmlərin müdafiəsi naminə müqavimətin bir hissəsi olaraq iştirak ediblər.

Nəhayət, 2017-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Şəhid Hacı Qasim Süleymaninin birbaşa təsdiqi ilə bu qrup üçün rəsmi olaraq Hüseyniyyun adı seçildi və bu qrup öz fəaliyyətini rəsmən ictimaiyyətə elan etdi.

Qeyd edək ki, Suriyada Hüseyniyyun qrupu şəklində olan azərbaycanlılar öz ölkələrinə qayıtdıqdan sonra əsasən Azərbaycan Respublikası hökuməti tərəfindən həbs edilib və ya ağır şikəncələrə məruz qalıblar.

Amma Azərbaycan hakimiyyətini “Hüseyniyyun” qrupuna qarşı həssas edən əsas məsələ onların sosial şəbəkələrdəki media fəaliyyətidir. “Hüseyniyyun” müqavimət hərəkatı baş verən proseslərin arxasındakı əlaqələri ifşa etməklə sosial şəbəkələrdə maraqlı paylaşımlar edir.

İndiyədək “Hüseyniyyun”nun 6 üzvü Azərbaycan və Rusiyada həbs edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmələrdən sonra 12 ildən 14 ilə qədər həbs edilib. Bu qrupun görkəmli məhbusu ömürlük həbs cəzasına məhkum edilmiş keçmiş Gəncə İcra Hakimini güllələyən Yunis Səfərovdur.

Azərbaycan Respublikasının rəsmiləri əvvəlki görüşlərində Hüseyniyyun Müqavimət Hərəkatı üzvlərinin ölkəyə ekstradisiyasını vurğulayıblar və bunun müqabilində müəyyən iqtisadi imtiyazlar verməyə hazır olduqlarını bildiriblər. Onlar hətta geri qaytarılmadan qrup üzvlərinə məhdudiyyətlər qoymaq müqabilində imtiyazlar verməyə belə hazırdırlar. Təbii ki, bu, Azərbaycan hökumətinin tələbidir və İran İslam Respublikası müxtəlif görüşlərdə Azərbaycan rəsmilərindən tələb edib ki, İsraillə əlaqələri kəsərək Fələstin ərazilərinin işğalçılarının müttəfiqi olmasınlar və ya heç olmasa bu ölkədə və İran sərhəd boyunca İsrailin hərbi və təhlükəsizlik fəaliyyətlərinə mane olsunlar.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir