Azərbaycan prezidentinin İrana qarşı ittihamı; Terrora və separatizmə dəstək! + VİDEO və FOTO

Çərşənbə axşamı 3 May 2022 - 18:14
https://az.iswnews.com/?p=6455

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyev son anti-İran çıxışında onun hökumətini tənqid edən bir qrup vətəndaşı İran torpağından Bakıya qarşı terror və separatçı aktlar təşkil etməkdə ittiham edib. İlham Əliyev həmçinin İranın tənqidçi vətəndaşlara sığınacaq verdiyini iddia edib və İran hökumətindən 20 vətəndaşını Azərbaycan Respublikasına ekstradisiya etməsini tələb edib.

Günaz TV-nin məlumatına görə, Azərbaycan prezidenti cümə günü (29 aprel) “Cənubi Qafqaz, inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən mətbuat konfransında İrana qarşı ittihamı təkrarlayıb.

O, İranın keçmiş prezidenti ilə görüşünə toxunaraq deyib: “2018-ci ildə Aktau (Qazaxıstan) konfransında keçmiş prezident Həsən Ruhani ilə görüşdə ona İranda yaşayan və mütəmadi olaraq normal cəmiyyətdə ədəbsiz olan sözləri işlədən 20-yə yaxın azərbaycanlının siyahısını verdim. Bu insanlar Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alırlar. Biz bu konfransda onların Azərbaycana ekstradisiyasını xahiş etdik, lakin bu alınmadı”.

İran ərazisində qanunsuz fəaliyyətdə ittiham edən İlham Əliyev öz vətəndaşlarına sığınacaq verildiyini iddia edərək deyib: “Bir qrup Azərbaycan vətəndaşı İranda sığınacaq tapıb və onların cinayət əməllərində əli olduğuna dair sübutlar var. Həmin vətəndaşlar Azərbaycana qarşı nalayiq sözlər işlədirlər, ərazi iddiaları irəli sürürlər. Gəncə polislərinə olunan hücumlarda istirak etdiklərinə görə onların ekstradisiyasını tələb etdik və əlimizdə sübutlar var. Biz rəsmi müraciət etmişik, lakin İran onların heç birini bizə təhvil vermədi”.

Bakıda “Cənubi Qafqaz, İnkişaf və Əməkdaşlıq” mövzusunda keçirilən mətbuat konfransında Əliyevin İrana qarşı ittihamı

Təbii ki, Əliyev birbaşa olaraq heç kimin adını çəkməyib və bu ittihamlarla konkret qruplaşmanı ittiham etməyib. Amma bu ölkədə mövcud vəziyyətə görə, media məsələni elə işıqlandırır ki, siyasi şəxslər məsuliyyət daşımasın.

Bu qaydaya əsasən, hökumətyönlü medialara və Azərbaycan Daxili İşlər Nazirliyinə istinadən Günaz TV iddia edib: ”Yunis Səfərov 2018-ci il iyulun 3-də İran və Suriyada təlim keçmiş terror qruplaşmasının rəhbəri, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum etmişdir. Onlar əməliyyatdan sonra İran kəşfiyyatının köməyi ilə qaçaraq Quma gediblər”.

Söz azadlığı cinayətdirmi?

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə əsasən, İlham Əliyevin açıqlamalarından və Günaz TV-nin ittihamlarından belə anlaşılır ki, bu cümlələr Əl-Mustafa İnstitutunda təhsil alan azərbaycanlı din xadimləri və tələbələri və Qum şəhərində yaşayan Hüseyniyyun müqavimət qrupu üzvlərinə aiddir.

Bu insanlar Azərbaycan hakimiyyətinin siyasətinə meydan oxuyan tənqidçilərdir. Onların televiziya və radio kanalları olmadan və yalnız YouTube, Instagram, Telegram, sosial şəbəkələrdə canlı yayımlar, Telegram kanallarında və saytlarda fəaliyyət göstərməklə Azərbaycan hökumətinə ciddi təsir edə biliblər.

Daha çox oxuyun: Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı

Aşağıda qeyd olunacaq mövzularda verilən açıqlamalar Azərbaycan xalqının dövlətin fəaliyyətlərinə şübhə ilə davranmalarına səbəb olub:
– İsraillə olan münasibətlər və Azərbaycanda sionizmin tam təsiri
– Narkotik vasitələrin təbliği
– Xalq arasında ictimai fəsadların yayılması
– Dövlət məmurlarının maliyyə və əxlaqi fəsadları
– Şiə dindarları da daxil olmaqla etirazçılara olan repressiyalar
– Anti-İslam və şiə əleyhinə qanunların qəbulu kimi məsələlər
– Qafqaz Müsəlmanları İdarəsinin dini işlərlə bağlı etdiyi fəaliyyətlər
– Azərbaycan İslam modelinin sionizm ideyalarına uyğun təbliği
– Sair məsələlər

İttiham etmək üçün bəhanə

Həmçinin sığınacaq məsələsi və İran ərazisi vasitəsilə Gəncə şəhərinin İcra Başçısına qarşı əməliyyatın aparılması sübuta yetirilməmiş ittihamlardır. Gəncə İcra Başçısı güllələnən zaman Yunis Səfərov polis tərəfindən həbs edilib və o, məsuliyyəti öz üzərinə götürüb. O, gördüyü işin səbəbini Elmar Vəliyevin Məhərrəmlikdə şərab festivalı keçirməsi və əzadarlıq mərasimlərinin keçirilməyə imkan verməməsi kimi məsələləri bildirib. Azərbaycanlı Yunis Səfərovun İran vətəndaşlığı hüququ olmayıb və ona yalnız müvəqqəti yaşamaq hüququ verilib, eyni zamanda o Rusiya Federasiyasının vətəndaşı olub. Yunis Səfərovun Suriya torpaqlarında Türkiyənin dəstəklədiyi terror qruplaşmalarına qarşı mübarizədə olması Azərbaycan hökumətinin anti-İran əhval-ruhiyyəsinə bəhanədir.

Azərbaycan pantürk separatçıları üçün sığınacaq yeridir

Təbii ki, İlham Əliyevin açıqlamaları Azərbaycan hakimiyyətinin İranın separatçı və pantürk vətəndaşları üçün sığınacaq olduğu bir vaxta təsadüf edir.

Beləliklə, Günaz TV kanalı və saytında Azərbaycan Prezidentinin bəyanatları yayımlanır. Günaz sözü “Güney Azərbaycan” sözünün qısaldılmış formasıdır. Güney Azərbaycan isə Cənubi Azərbaycan deməkdir; yəni İranda Arazın cənubundakı Azəri əyalətlər. Azərbaycan hökuməti onlar üçün Bakıda televiziya kanalı, studiya və internet saytı ayırıb.

Bu media Gamoh qruplaşmasına aiddir. Gamoh İranın şimal-qərb bölgələrinin ayrılması və Azərbaycan Respublikasına birləşdirilməsi və qondarma Böyük Azərbaycan dövlətinin formalaşması üçün fəaliyyət göstərən pantürk yönümlü separatçı qruplaşmadır və Bakıda yerləşir. Bu hərəkatın liderləri Azərbaycan Respublikasına qaçaraq Azərbaycanda anti-İran və millətçi konfranslar keçirərək İranın azəri əyalətlərində etnik gərginliyə səbəb olurlar.

Bu media və Gamoh qruplaşması dəfələrlə İranda azəri əsilli xalqla onlarla qonşu olan kürdlər, talışlar və tatlararası münaqişəyə çağırışlar edib. Gamoha aid etnik gərginliyin son nümunəsi pantürk ünsürlərin Ərdəbildən Astaraya hücumu olub.

İki yüz dollarlıq lider

WikiLeaks-in sızdırdığı sənədlər də göstərilir ki, Azərbaycan hökuməti Ərdəbildən olan pantürk Abbas Lisaniyə ayda 200 dollar maliyyə yardımı edib. Lisani separatizmi və pantürkçülüyü təbliğ edən həmin qruplaşmanın tanınmış etnik və ona bağlı simalarından biridir. O, hazırda həbs cəzasını çəkir və 200 dollarlıq lider kimi tanınır.

Abbas Lisani silahlanmağa dəvət edir

Azərbaycan lobbisinin çətiri altında görülən işlər

Azərbaycan hökuməti hələ ki, İrandakı fəaliyyətlərinə münasibət bildirməyib. İran İslam Respublikası və Azərbaycanın siyasəti ilə bağlı son bir neçə onillikdə ortaya çıxan sual budur ki, bu ölkənin hökuməti bu cür hərəkətlərə necə cürət edir?

İki qonşu ölkə arasında iqtisadi əlaqələr ildə bir milyard dollara belə çatmasa da, Azərbaycanla ümumi sərhədi olmayan digər ölkələrin bu ölkənin bazarında ciddi yeri var.

Son zamanlar Azərbaycanla bağlı iranlı bir qruplaşmanın əlaqəsi məsələsi gündəmə gəlib. Azərbaycanlı ruhani, Hüseyniyyun hərəkatının rəhbəri, İlham Əliyevin nəzərdə tutduğu şəxslərdən biri olan Tohid İbrahimbəyli YouTube-da yayımladığı çıxışında Azərbaycan lobbisinin İrandakı təsirindən bəhs edib. O, bu qruplaşmanın fəaliyyəti barəsində deyib: “Bu lobbilər öz iqtisadi maraqlarını İranın milli maraqlarından üstün tutaraq İranın Azərbaycanda 30 illik uğursuzluğuna səbəb olublar.“

Daha çox oxuyun:
Bakı konfransında İrana qarşı yeni ittiham; Qarabağ müharibəsində tranzit olan silahlar!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir