İrəvanın Azadlıq meydanında Ermənistan hakimiyyətinə müxaliflər toplaşıblar

Bazar ertəsi 25 Aprel 2022 - 21:17
https://az.iswnews.com/?p=5916

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ermənistan parlamentindəki “Ermənistan Koalisiyası” və “İftixar Edirəm” fraksiyaları və “5156” hərəkatı 17 apreldə Nikol Paşinyan hökumətini devirmək üçün İrəvanın Azadlıq meydanında etiraz mitinqlərinin yeni mərhələsinə başlayıblar.

Müxalifətçilərin mitinqləri parlamenti dəyişmək, növbədənkənar parlament seçkiləri keçirmək, millətçi hökumət qurmaq və Ermənistanın hərbi və iqtisadi gücünü bərpa etmək məqsədi daşıyır. Onlar öz çıxışlarında etiraz aksiyalarını qeyri-müəyyən müddətəcən davam etdirəcəklərini bildiriblər.

Bu hərəkatın bütün görkəmli simalarının əsas istəkləri Azərbaycan qarşısında 44 günlük müharibənin məğlubiyyətinə, Dağlıq Qarabağın taleyinin hakimiyyətdə unudulmasına, Ermənistan ordusunun aşkar zəifliyinə, Paşiniyan hökumətində Osmanlı dövlətinin erməni soyqırımının inkar olunmasına və Azərbaycan hökumətinin beş bəndlik təklifinə yönəlmişdi.

Ermənistan polisi mitinq iştirakçılarının daha çox toplanmasından öncə onları həbs etməyə çalışıb. Nikol Paşinyanın aprelin 5-də Ermənistan parlamentindəki çıxışı onun bütün rəqiblərini səhnəyə çıxarıb və mitinqlərin təşkil olunmasına səbəb olub.

İrəvanın Azadlıq meydanındakı aksiyadan

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə bağlı Sputnik xəbər agentliyi etirazları işıqlandırmaqda davam edir.

Bu hadisələrdə maraqlı məqam Ermənistanın arxiyepiskopu Baqrat Qalestyanın Pasxa çıxışında Ermənistandakı hazırkı vəziyyətə açıq şəkildə qarşı çıxan müxalifəti dəstəkləməsidir. O, həmçinin Dağlıq Qarabağda erməni xalqının hüquqlarının bərpa olunmasına bir daha təkid edib və hər hansı çatışmazlıqları xəyanət adlandırıb.

Baqrat Qalestyan, erməni arxiyepiskopu

Ermənistanın baş nazirinin bu yaxınlarda Moskvaya səfəri və Rusiya Federasiyası ilə təhlükəsizlik razılaşması da bu etirazlar yönündə olub. Nikol Paşinyan Rusiyaya yaxın olmaqla rusiyayönlü müxalifətin təzyiqlərini azaltmağa çalışır.

Rusiya Federasiyası da fürsətdən istifadə edərək Ermənistanda itirdiyi nüfuzunu artırır və bu ölkədə Avropa İttifaqı, ABŞ və NATO-nu zəiflətməyə zəmin yaradır.

Bununla belə, Ermənistanda qüdrət balanslaşdırılması oyunu təzə başlayır və xaricdəki siyasi aktyorlar hökuməti və parlamentdəki fraksiyaları dəstəkləməklə öz mövqelərini möhkəmləndirməyə çalışırlar.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir