Nikol Paşinyan - İslam Dünyası Xəbərləri

Cümə axşamı 23 Noyabr 2023 - 09:37

İraq prezidenti Ermənistana səfər edib

Əbdül Lətif Camal Rəşid Qafqaza regional səfəri çərçivəsində Ermənistana səfər edib. Bu səfər zamanı o, bu ölkənin prezidenti və baş naziri ilə görüşüb söhbət edib.

Cümə 15 Sentyabr 2023 - 11:27

Ermənistanın Qərbə doğru addımları

Azərbaycan Respublikası ilə Ermənistan arasında sərhəd xətlərinin müəyyən edilməsi və Laçın yolunun bağlanması ilə bağlı geniş vüsət alan gərginliyin yaranması, iki ölkə qüvvələrinin beş sərhəd məntəqəsində yerləşdirilməsinə səbəb olub. Qarabağ bölgəsi ermənilərinin qeyri-sabit şəraiti və Ermənistanın zəifliyi və Rusiyanın onlarla ciddi siyasi əməkdaşlığın olmaması Ermənistanı daha da qərbə meyl etməyə vadar edib.

Şənbə 3 İyun 2023 - 17:58

Paşinyan və Əliyev; Qərbin Qafqazda Troya atları + VİDEO

Qərbin atdığı addımların tarixçəsi göstərir ki, onlar düşmənlərinə həmişə bir neçə istiqamətdən təzyiq göstərirlər və hər hədəfin yalnız bir variantı yox, bunun üçün bir neçə yol nəzərdə tutulur. Rusiya Ukrayna böhranında ciddi şəkildə iştirak edir və təzyiq altındadır və bu, danılmaz məsələdir. Ukrayna işinin davam etməsinin Rusiya Federasiyası və onun müttəfiqləri üçün itkilərdən başqa heç nəsi yoxdur və əgər bu, tezliklə bitməsə, onun ziyanı xeyli artacaq. Qərb bunu çox gözəl bilir və Rusiyaya daha çox təzyiq göstərmək və zəiflətmək üçün başqa böhranları aktivləşdirməyə çalışır. Ruslar üçün böhran yaratmaq hər yerdə ola bilər, amma Qafqazdan daha yaxşı olan yer var?

Cümə 2 İyun 2023 - 15:32

Məqalə: Qərbin tələbi ilə Paşinyanla Əliyev arasında Qafqazdan rusların çıxarılmasına dair razılaşmanın üzə çıxması

Ötən cümə axşamı (25 may) Putinin önündə Paşinyan və Əliyevin davranışları Rusiya vasitəçiliyinin məğlub edilməsi və Qafqazdakı sülh danışıqlarının mərkəzini Avropa İttifaqına və Qərbin nəzarətinə qəti şəkildə ötürülməsi üçün bir növ iş bölgüsü idi. Bu görüşün uğursuzluğundan sonra Bakının Fransadakı səfiri Moldovada iki ölkə arasında sülh sazişinin imzalanmasının mümkünlüyünü açıqladı. Tərəflər Rusiya prezidentinin qarşısında şifahi mübahisə edərək vəziyyəti elə gərginləşdirdilər ki, ruslarla üçtərəfli görüş cəmi 20 dəqiqə çəkdi və heç bir xüsusi anlaşma əldə olunmadı.

Çərşənbə 31 May 2023 - 23:56

Dağlıq Qarabağ: “Blef” əməliyyatı davam edir

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bəyanat yayıb ki, ABŞ “Ermənistan və Azərbaycan arasında danışıqların davam etməsindən məmnundur” və “iki Transqafqaz respublikasının liderləri Moldovanın paytaxtında avropalı tərəfdaşlarla görüşəcəklər”. Eyni zamanda, bəyanatda xüsusi olaraq vurğulanır ki, “ABŞ regionda davamlı və layiqli sülh sazişinin əldə edilməsi üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır”.

Çərşənbə 26 Aprel 2023 - 00:35

Qarabağ böhranı və Paşinyanın Əliyevə verdiyi xallar + FOTO və VİDEO

Çoxları hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan qərbyönlü müttəfiqdir və İkinci Qarabağ müharibəsində məğlubiyyətin əsas səbəbidir və o, hər böhranda Azərbaycanın qərbyönlü prezidenti İlham Əliyevlə koordinasiya edir. Rusiya sülhməramlı qüvvələrinin Qarabağ bölgəsindəki rolu və bu qüvvələrin və Rusiya hökumətinin Cənubi Qafqazda zəifləməsi ilə bağlı hər iki siyasi xadimin eyni mövqeləri bu fərziyyəni gücləndirir. İndi Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılması məsələsində iki tərəfin nəinki razılaşdırılmış, hərəkətlərinin eyni olmasının daha bir vərəqi üzə çıxır!

Çərşənbə axşamı 13 Dekabr 2022 - 23:19

Əliyevlərin Qarabağda “Qızıl” oyunu + VİDEO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, YAP rejimi ekoloji məsələləri bəhanə edərək “AzerGold” şirkətinin nümayəndələrini Qarabağ bölgəsinə ezam edib. Rejimi qəzəbləndirən səbəb isə, onlara Qızılbulaq və Dəmirli yataqlarından heç bir payın çatmamasıdır.

Cümə 28 Oktyabr 2022 - 17:38

Ermənistan KTMT-dan kömək istəyir

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan torpaqlarının Azərbaycan Respublikasının nəzarətindən geri alınması üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kömək istəyib.

Ən Çox Müzakirə Olunan