İran-Azərbaycan münasibətlərində son inkişafların pərdəarxası: I-ci HİSSƏ

Cümə axşamı, 27 Yanvar 2022 - 23:21
https://az.iswnews.com/?p=494

Hakimiyyət medialarının gizlətdiyi həqiqətlər

Azərbaycanın müdafiə naziri Zakir Həsənovun, 25 yanvarda İran İslam Respublikasına səfəri baş tutub. Elə həmin gün general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri arasında keçirilən görüşdən sonra, dövlət mediası və onlara yaxın müxtəlif sosial şəbələrdəki kanallar Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi Ayətullah Xameneini çox xoşbəxt etdiyindən yazır. Sanki iki yüksək vəzifəli məmur başqa heç nə danışmırdı və oturub yalnız Seyyid Əli Xameneinin sevincini müzakirə ediblər. Bizim media məkanımızda bu görüş sadəcə simvolik xarakter daşıdığı kimi təqdim olundu. Amma indi sizinlə bölüşəcəyimiz və daha ətraflı təhlil etməyə çalışacağımız İmam Xameneinin sevinci və Baqirinin Hasənova xəbərdarlığından danışaq;

• İlk öncə Ayətullah əl-üzma Seyid Əli Xameneinin sevincinə gəlincə, bizim buna heç zaman heç bir şübhəmiz olmayıb. İmam Xamenei Həzrətləri 90-cı illərdən bəri dəfələrlə Dağlıq Qarabağın islam torpağı olduğunu, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməli olduğunu vurğulayıb. İkinci Qarabağ müharibəsi zamanı da öz çıxışında bu məsələyə toxunub. Maraqlısı budur ki, ikinci Qarabağ müharibəsində də İmam Xamenei Həzrətləri Azərbaycan ərazisində sələfi və sionist terrorçuların varlığını, Azərbaycan hakimiyyətinin öz ərazilərini İrana qarşı israil rejiminə necə istifadəyə verdiyini və Azərbaycan hakimiyyətinin öz təhlükəsizliyini yad ölkələrə tapşırmasını dəfələrlə sərt tənqid edərkən niyə bu cür məsələlər bizim medianı əhatə etmirdi? Ən pisi isə odur ki, dostlarımız sionist medianın oynuna gəlib xəbərləri onların təqdim etdikləri formada sitat gətirirlər. Belə görsənir ki bu addımlarda məqsəd heç də İmam Xameneinin sözünün yayılması yox, pərdəarxası mənafelərdir…

Muhəmməd Baqiri Zakir Həsənovla birlikdə nəyi müzakirə etdilər?

• Bu görüşdə Məhəmməd Baqiri açıq şəkildə Zakir Həsənova hansı problemləri necə həll etmək lazım olduğunu və İslam Respublikasının qırmızı xətlərin bildirdi. İki ölkə arasında hərtərəfli əlaqələrin genişlənməsinin zəruriliyi mövzusundan sonra müzakirə olunan əsas problemlər sionist rejimin və terrorçu vəhhabilərin Azərbaycanda varlığı, həll yolu isə onların Azərbaycan ərazilərini və xüsusilə sərhəd ərazilərini tərk etmələri oldu. Habelə region ölkələrinin daxili problemlərinin o ölkələr tərəfindən həll edilməsinin zəruriliyinə toxunulub. Bu mövzu ilə bağlı general-mayol məhəmməd Baqiri deyib: ”Bizim köklü siyasətimiz regional məsələlərin region dövlətləri tərəfindən və yad müdaxilələr olmadan həll edilməsidir. Sionist rejimin bölgədə mövcudluğu təfriqə amili və region ölkələrinin təhlükəsizliyi və sabitliyinə təhdiddir.”

Baqiri Həsənova açıq şəkildə bildirdi ki, sionist rejimlə əməkdaşlıq edən ölkələr irəliləyiş əldə etmir və ölkənin azad siyasətini həyata keçirə bilməzlər.
General-mayor Baqirinin general-palkovnik Zakir Həsənova medialar tərəfində gizlədilən ikinci dediyi sözlər: Suriya və İraqdakı terrorçular məğlub olsalar da, məhv edilməyiblər. Bu terrorçular regionda, o cümlədən Əfqanıstanda, Qafqazda və Orta Asiyada yayılmağa çalışırlar. Bunun üçün region ölkələrinin əməkdaşlığı lazımdır.

• Ötən gün (26.01.2022) isə Azərbaycan Müdafiə Naziri Zakir Həsənov, İran İslam Respublikasına səfəri çərçivəsində, İRAN İR Prezidenti Ayətullah Rəisi ilə görüşüb. Azərbaycan mediası və TV kanallarında bu xəbərin təfərrüatı barədə şablon diplomatik söz toplusundan başqa bir şey müşahidə etmədik. Eyni zamanda bu məsələdə də dost mediaların hakimiyyətin qeyri-dəqiq medialarına istinad etdiyinə görə gileyimizi gizlətmirik. Maraqlısı budur ki, bu görüşdə də Ayətulah İbrahim Rəisi israil rejimi və terrorçu vəhabilərin varlığından və təhlükəsindən daha ciddi formada söz açıb.

Əsasən iki ölkə arasında iqtisadi potensiallara və bu imkanlardan hər iki ölkənin yararlanmasının zəruriliyinə toxunan Ayətullah Rəisi, Azərbaycan mediasında yayımlanmayan hissəsində sözünün davamı olaraq deyib: “Sionist rejim bəşəriyyətin düşmənidir və heç bir şəkildə müsəlman xalqların dostu ola bilməz.” Ayətullah Rəisi sözünün davamında Zakir Həsənova deyib: “Təkfirçi və İŞİD qüvvələrinin mövcudluğu heç bir yerdə region xalqının mənafeyi ilə uyğun deyil. Bu terror qruplaşmaları amerikalılar və sionistlər tərəfindən yaradılıb və harada olduqlarından asılı olmayaraq çoxlu cinayət əməlləri törədiblər.” Ayətullah Rəisi Müdafiə nazirimiz Zakir Həsənovla dünənki görüşdə Azərbaycan mediasında yayılmayan aşağıdakı sözlərlə bitirir: “Ümidvarıq ki, Azərbaycan Silahlı Qüvvələrinin diqqətli addımı və planı əsasında təkfirçi cəryanlar və müsəlmanlara düşmən olanlar bölgədə mövqe qazana bilməyəcəklər.”

Təbii ki, İran İR Prezidenti Ayətullah Rəisi və Silahlı Qüvvələrin Baş Qərərgah rəisi general-mayor Məhəmməd Baqirinin bu görüşdə təkidlə israil rejimi və vəhhabi terrorçuları faktorlarına toxunması heç də təsadüfi və sözgəlişi deyildi. Bundan öncə də İran rəsmiləri o cümlədən İmam Xamenei və baş nazir Əmir Abdullahian Azərbaycanda sionist rejimin və terrorçu vəhabilərin varlığından nigarançılıqlarını dilə gətirmişdilər. Əldə etdiyimiz dəqiq məlumatlar hər iki parazit ünsürün Azərbaycanda hal-hazırda varlığına, hətta saylarının və fəaliyətlərinin xüsusilə Azərbaycanın İranla olan sərhəd bölgələrində daha da çoxalmasından xəbər verir.

• Beləliklə Rəisi və Baqiri Azərbaycan rəsmisi Zakir Həsənova çatdırmaq istədi ki, bizim dərin tarixi, dini və mədəni cəhətdən ortaq dəyərlərə sahib olmağımıza və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarımıza baxmayaraq, bu iki çirkin faktor Azərbaycanda var olduqca iki ölkə arasında ciddi problemlər yaradacaq. Hətta cənab Rəisi bu görüşdə İranın əldə etdiyi uğurları Azərbaycanla bölüşməyi də təklif edərək deyib: “İran müxtəlif sahələrdə texniki və mühəndislik imkanlarını azərbaycanlı qardaşlara verməyə hazırdır.” 
Eyni Zamanda İranın Zakir Həsənova qarşı isti münasibəti İslam Respublikasının qonşularına qarşı səmimi niyyətini bir daha ortaya qoydu. Lakin qonşunun buna necə reaksiya verəcəyini zaman göstərəcək. Bu görüşdən sonra məlum olacaq ki, yenə 30 il ərzindəki kimi Azərbaycan höküməti tərəfindən İrana sionist nağılları danışılacaq, yoxsa Azərbaycan həqiqətən də sionist rejimlə münasibətini kökündən dəyişəcək? Ümumiyyətlə görəsən hərbi və xarici siyasət sahəsində Azərbaycan hakimiyyəti nə həddə müstəqil və ixtiyar sahibidir?

©ProAnalitika

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.