Hakimiyyətin şiələrin mediada səsini boğmaq siyasəti davam edir

Çərşənbə axşamı 5 Aprel 2022 - 21:54
https://az.iswnews.com/?p=4513

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, bu mərkəzə aid sayt Azərbaycan hakimiyyətinin sifarişi ilə bağlanıb.

Ölkə daxilində porno, pantürkçü, ateist, vəhhabi və “şiə” adı altında İran İslam inqilabı əleyhinə olan saytların rahat şəkildə fəaliyyət göstərməsinə baxmayaraq, Əhli-beyt (ə) məzhəbinin ardıcıllarına aid bir çox saytların Azərbaycanda fəaliyyəti dayandırılıb. O saytlardan biri də dünəndən ölkədə girişinə qadağa qoyulan “İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin saytıdır.

Azərbaycan hakimiyyət anlamalıdır ki, bu cür cılız addımlarla xalqa haqq sözü çatdırmağa heç bir vəchlə maneə ola bilməyəcək. Bu düşmənçilik bizə daha ciddi çalışmaq və daha çox güc toplamaq üçün ruhiyyə verir.

Bütün müsəlman bacı-qardaşlardan xahiş edirik ki, “İslam Dünyası Xəbərləri” teleqram kanalına üzv olmaq və bu xəbəri paylaşmaqla öz dəstəklərini göstərsinlər: https://t.me/iswnews_az

Ps: Sayta daxil olmaq üçün VPN proqramlarından istifadə edə bilərsiniz.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam