Təcavüzkarları xəbərdar edirik ki, fürsəti əldən versəniz peşman olacaqsınız + FOTO və VİDEO

Çərşənbə axşamı, 29 Mart 2022 - 15:28
https://az.iswnews.com/?p=4035

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi Əl-Məsirə agentliyinə istinadən xəbər verir ki, Ənsarullah hərəkatının baş katibi Seyyid Əbdülməlik Bədruddin əl-Husi dünən 28 mart 2022-ci il tarixində müqəddəs Ramazan ayının yaxınlaşması münasibətilə çıxış edib.

Yəmənin Ənsarullah Hərəkatının baş katibi Seyyid Əbdülməlik Bədruddin əl-Husi müqəddəs Ramazan ayının yaxınlaşması münasibətilə etdiyi çıxışında deyib:

Təcavüzkar Səudiyyə koalisiyasını üç günlük atəşkəs planının fürsətilə bağlı bir daha xəbərdar edərkən deyirik ki, bu fürsəti əldən versəniz, peşman olacaqsınız. Yəmənə qarşı təcavüz və mühasirə ilə heç bir şəkildə barışmayacaq və mühasirənin davam etməsini heç vaxt qəbul etməyəcəyik.

Təcavüzü dayandırmaq, mühasirəni qaldırmaq və işğala son qoymaqdan başqa təcavüzkarların heç bir yol yoxdur. Əks halda peşman olacaqlar.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.