Əfqanıstanda baş verən son hadisələr, 12 Mart 2022

Şənbə, 12 Mart 2022 - 23:24
https://az.iswnews.com/?p=2902

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, Əfqanıstanın keçmiş prezidenti Hamid Kərzai İranın Əfqanıstan xalqına iqtisadi və siyasi yardımını yüksək qiymətləndirib və Talibanı İrana daha çox su hüququ verməkdən çəkinməməyə çağırıb.

1-Bəlx:

– Martın 6-da Xolam qəsəbəsi hökumət binası məhəlləsində əvvəlki hökumətin Daxili İşlər Nazirliyinin məmuru “Məhəmməd Yusif Əndərabinin meyiti tapılıb. O, son günlər Taliban tərəfindən saxlanılmışdır.

– Martın 11-də Taliban silahlılarının Məzari-Şərifdə nəzarət-buraxılış məntəqəsində avtomobili atəşə tutması nəticəsində bir mülki şəxs həlak olub.

2- Kabil:
– Martın 5-də Taliban kəşfiyyatı intiqadçı Taliban analitiki və universitet professoru Seyid Baqer Mohseni Kazemi-ni həbs edib və bir neçə gün sonra onu sərbəst buraxıb.

– Martın 9-da dördüncü rayonun Karte Pərvan məhəlləsində Taliban silahlılarının atəş açması nəticəsində iki mülki şəxs həlak olub, daha biri yaralanıb.

3- Nənqərhar:

– Martın 6-da naməlum silahlı şəxslər Qani Xeldə yerli Taliban komandiri Molla Hafizullahın patrul maşınına hücum edib. Hücum zamanı Molla Hafizullah həlak olub, onunla olan beş nəfər yaralanıb.

4- Hərat:

– Martın 4-də İncil qəsəbəsində naməlum silahlı şəxslər bir ailənin 5 üzvünün başını kəsiblər. Bu ailənin üç üzvü uşaqdır.

– Martın 10-da Taliban kəşfiyyat qüvvələri dövlət məktəbinin direktoru Əhməd Əli Heydərini anti-Taliban təbliğatına görə həbs edib.

5- Qəndəhar:

– Martın 8-də Taliban qüvvələri Daman qəsəbəsində “Kuçi” silahlıları ilə qarşıdurma yaşayıblar. Toqquşmalarda 4 Taliban üzvü və 4 mülki şəxs yaralanıb.

6- Qəzni:

– Martın 8-də Qəzni şəhərində minaatan mərmisinin partlaması nəticəsində 3 uşaq həlak olmuş, bir uşaq isə yaralanmışdı.

7- Sarpol:

– Martın 8-də naməlum silahlı şəxslər Sançərək qəsəbəsində Aref Moradi adlı pul dəyişdiricisini qətlə yetiriblər.

8-Cəuzcan:

– Martın 6-da naməlum silahlı şəxslər İslam Hərəkatı Partiyasının cəbhə komandiri Xeyr Məhəmməd Pəhləvanı evinin qarşısında qətlə yetiriblər.

9- Bədəxşan:

– Martın 7-də Faizabad şəhəri üçüncü rayonunda partlayış nəticəsində iki Taliban üzvü yaralanıb.

10- Ğur:

– Martın 9-da Şəhrək qəsəbəsində Taliban kəşfiyyatının əməkdaşı “Məhəmməd İbrahim İslamyar” mühafizəçisi tərəfindən öldürülüb.

11- Ərzəqan:

– Martın 11-də naməlum silahlı şəxslər Nikrozu kəndində keçmiş Əfqanıstan hökuməti əsgərini öldürüblər.

12- Əfqanıstanın keçmiş prezidenti Hamid Kərzai:

“Mən İrana təsir edici iqtisadi və siyasi yardımına görə təşəkkür edirəm. İran İslam Respublikası Əfqanıstan xalqına heç bir yardımı əsirgəməyib.
Taliban Əfqanıstan və İran hökumətlərinin fikirlərindən asılı olmayaraq və rəsmi qonşuluq razılaşmalarından kənarda İrana su verməkdən çəkinməməlidir.
Prezident olduğum müddətdə Nazirlər Kabinetinə həmişə bildirmişdim ki, əgər bizim daha çox suyumuz olsa və əldə edilmiş razılaşmadan asılı olmayaraq, qonşu ölkənin su qıtlığı olsa və suya ehtiyacı duysa, İran bizim böyük qonşumuzdur və biz İrana daha çox su verməliyik.”

Daha çox oxuyun:

Əfqanıstan və Pakistanda baş verən son hadisələr, 26 Fevral 2022

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.