Seyid Həsən Nəsrullah: Amerikaya bel bağlamaq ağılsızlıqdır

Çərşənbə 9 Mart 2022 - 22:01
https://az.iswnews.com/?p=2629

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, Livan Hizbullahı hərəkatının baş katibi Seyid Həsən Nəsrullah dünən çərşənbə axşamı (8 Mart) Əl-Cərih (Qazilər Günü) münasibəti ilə çıxış edib.

Livanın Hizbullah hərəkatı Həzrət Əbül-Fəzlin (ə) mövludunun ildönümünü münasibətilə Qazilər Günü elan edir və bu gündə Livanda müqavimət qazilərindən təşəkkür və təltif edir.

Hizbullahın baş katibi çıxışının əvvəlində Şaban ayı münasibətilə təbrik edib və Hizbullahın qaziləri və onların səbr və dözümlülükləri ilə fəxr etdiyini vurğulayıb və bu mərasimi onlara bu hərəkətlərinə görə təşəkkür etmək üçün keçirib.

O, əlavə edib: Biz qazilərə təşəkkür etmək üçün bu günü qeyd edirik ki, bu gün ilahi nemətlərə şükür günüdür, qazilər İslam Müqavimətinin son 40 ildə əldə etdiyi nailiyyətlərin vicdanlı şahidləridir.

Seyid Həsən Nəsrullah Ukraynadakı hadisələrə toxunaraq deyib: ABŞ-ın Təhlükəsizlik Şurasındakı nümayəndəsi mülki insanlara qarşı hər hansı hücumun hərbi cinayət olduğunu bildirib, lakin ABŞ-ın öz müharibələrindəki cinayətləri, son 70 ildə Fələstində sionist rejimin cinayətləri barədə danışmayıb, həmçinin İsrailin Fələstindəki cinayətləri və 15 illik Qəzza mühasirəsi nə olacaq ?!

O əlavə edib: Yəmənin 7 illik mühasirəsi nə olacaq? Yanacağın Yəmənə çatmasının qabağı alınır və dünya buna susur, çünki Yəmən xalqı ağ dərili deyil!

O Yəmən xalqının mühüm olmaması bu ölkə xalqının ağdərili olmaması ilə bağlılığını deyərək bilidirib: “Hətta ağdərililər də Birləşmiş Ştatlar üçün sadəcə kölə və alətlərdir… ona görə də Amerikalılar və Britaniyalıların cinayətlərinə görə minlərlə məhkəmə işləri açılmalıdır”.

Pakistanın Pişavər şəhərində kamikadze tərəfindən şəhid edilən namazqılanların şəhadətinə dünyanın sükutunu tənqid edərək Nəsrullah deyib: “Bu sükutun səbəbi bu kamikadzelərin ABŞ və onun kəşfiyyat xidməti tərəfindən hazırlanması mənasını daşıyır. Onlar Amerika planları üçün çalışırlar. Bu səbəbdən Amerika standartlarının insani və əxlaqi dəyərlərlə heç bir əlaqəsi olmadığı getdikcə daha çox aydınlaşır”.

Seyid Həsən Nəsrullah qeyd edib: “ABŞ Rusiyanı məhkəmə ilə hədələməmişdən əvvəl ABŞ-ı cinayətlərinə görə mühakimə etmək üçün minlərlə iclaslar keçirilməlidir. Birləşmiş Ştatlar insani dəyərlərə və beynəlxalq hüquqa əhəmiyyət vermir. ABŞ cinayətləri qınamır ki, heç; habelə Təhlükəsizlik Şurasının Fələstin məsələsinə müdaxiləs etməsinə mane olur.”

O əlavə etdi: “Dünya hər gün anlayır ki, amerikalılara güvənmək cəhalət, axmaqlıq, ağılsızlıq və s. əlamətdir. Dünya ABŞ-ın Əfqanıstanı necə tərk etdiyini və Kabil hava limanında hadisələrin baş verdiyini gördü. Əfqanıstanın qaçmış prezidenti dedi ki, amerikalılara güvənmək mənim səhvim idi! Ukrayna rəsmiləri müharibədə tək qaldıqlarını bildirdilər.

Livan Hizbullahının baş katibi vurğulayıb: ABŞ hər gün Ukraynaya heç bir əsgər və ya təyyarə göndərməyəcəyini bəyan edir, bu, ABŞ-ı bəyənən hər kəs üçün dərsdir, ABŞ Ukraynaya deyib ki, heç vaxt bu ölkə üçün mübarizə aparmayacaq.

Nəsrullah əlavə edib: “Ukrayna prezidenti Rusiyanın tələblərini nəzərə almağa hazır olduğunu bəyan edib, çünki onun yanında qalmağa söz verənlərin yolun yarısında onu tərk etdiyini başa düşüb. Qaçqınarla münasibətdə Qərbin mənəvi tənəzzülü və onlar arasında din, irq və dəri rənginə görə ayrı-seçkilik özünü büruzə verdi.”

O, Bəzi Avropa ölkələri, o cümlədən Almaniya və müəyyən qədər Fransanın Ukraynadakı vəziyyətin bu həddə çatmasını istəməmələrini bildirərək deyib: “ABŞ və Britaniya Ukraynanı müharibəyə sövq etdi; Çünki Bayden ABŞ-ın prioritetinin Rusiya və Çinlə müharibə olduğunu da bəyan edib. ABŞ-ın planı Ukraynanı istənilən yolla müharibəyə sürükləmək və onunla Rusiya arasında hər hansı razılaşmanın qarşısını almaq idi”.

Nəsrullah Ukrayna prezidentinin Qərbin ölkəni təkbaşına buraxması ilə bağlı danışaraq əlavə edib: “Ukrayna prezidenti bu gün məyusdur; Çünki o, ABŞ-dan heç bir kömək görmədi. Amerikalılar hətta Ukraynaya bir əsgər də göndərməyəcəklərini bildirdilər. Ona görə də, Ukrayna prezidenti Moskvanın tələbləri barəsində fikirləşməyə hazır olduğunu bildirib”.

Hizbullahın baş katibi Qərbdə mövcud olan və dini, irqi və rənginə görə qeyri-münasib rəftar edilən qaçqınlara qarşı rəftarı tənqid edərək belə davam edib: “Bu gün hər kəs Ukrayna hakimiyyəti məmurlarının qəlbinə və ağlına diqqət etsə, zilləti və məğlubiyyəti hiss edəcək. Beləliklə, Zelenski başa düşdü ki, güvəndiyi və etimad etdiyi adam onu tək qoydu. Bu bir dərs və ibrətdir.”

O, çıxışının başqa bir hissəsində Livan məsələsinə toxunaraq, Livan rəsmiləri və xalqına xitabən deyib: “ABŞ-ın diktəsinə tabe olmaq Livanı xilas etməyəcək, əksinə, problemlərini daha da artıracaq. Əgər siz ABŞ-ın razılığını axtarırsınızsa, bilməlisiniz ki, uğur qazana bilməyəcəksiniz; Çünki bu ölkənin tələblərinin həddi-hüdudu yoxdur. Ancaq sual budur ki, Amerikanın diktələrini qəbul etməyin müqabilində nə əldə edəcəksiniz?”

Nəsrullah Livanın Rusiyaya qarşı rəsmi mövqeyinə və bitərəf qala bilsə də, ABŞ-ı dəstəkləməsinə işarə edərək, dedi: “Livanın bitərəf qalmağı onun xeyrinə idi. Livan Birləşmiş Ştatlara və onun səfirliyinə deməlidir ki, biz sizin qulunuz deyilik… Livanın bəyanatı ABŞ səfirliyinə çatdırıldı və Birləşmiş Ştatlar Livandan daha sərt olmasını istədi. Yəni Livan bəyanatı ABŞ səfirliyində yazıldı. Bu məsələ dəqiqdir.”

O, Livan hökumətinin qərarları üzərində Hizbullahın hər hansı hökmranlığını inkar edərək bildirib: “Bəzi Livanın siyasi qurumlarının Hizbullahın hökmranlığına dair yalançı şüarlardan başqa heç bir gündəmi yoxdur. Buna görə də xalqın hakimiyyəti ələ keçirməsi üçün Hizbullaha səs verməməli olduqlarını səsləndirdilər. Bunlar yalandır. Əgər Hizbullah hökumətin qərarlarına nəzarət etsəydi, Dövlət Departamentinin Rusiya ilə bağlı belə bir açıqlama verməsi mümkün olardımı? Əgər belədirsə, Livanın Birləşmiş Millətlər Təşkilatında ABŞ lehinə səs verməsi mümkün idimi?“

Nəsrullah bildirib: “Birləşmiş Ştatlar neft və elektrik enerjisi ilə bağlı çoxlu vədlər verib, amma hansını yerinə yetirib?” Bilirsinizmi ki, indiyədək ABŞ Dövlət Departamenti Misir və İordaniyaya elektrik enerjisi və yanacaq idxal edə bilmələri üçün Sezar qanunundan azad olduqlarını yazılı surətdə göndərməyib? Bu vahi düşüncələr haradan qaynaqlanır?”

Hizbullahın baş katibi Çin və Rusiya şirkətlərinin il yarım əvvəl təkliflər irəli sürdüyünə, lakin Livan rəsmilərinin ABŞ-ın təzyiqi səbəbilə təklifləri qəbul etmədiyinə diqqət çəkərək bildirib: “Rəsmilər dedilər ki, biz bunu edə bilməyəcəyik və ABŞ buna icazə verməyəcək. Bir Rusiya şirkəti də neft emalı zavodu tikməyi təklif etdi, lakin bu təklif də qəbul edilmədi. Bu şirkət hətta Livanın neft məhsullarına olan bütün ehtiyaclarını ödəməyə hazır olduğunu açıqladı. Şirkət neft məhsullarını Livan valyutası əsasında sata bilməsi və Livanı bu məhsulların ixracatçısına çevirə biləcəyini vurğuladı, lakin Livan bir il yarım davam edən danışıqlardan sonra bu günə qədər cavab verməyib”.

O, ABŞ səfirliyinin Livana Rusiya şirkətinin təklifinə cavab verməyə icazə verməməsi barədə bildirib: “Rusiya Livan rəsmilərinə bildirib ki, bizimlə müqavilə bağlasanız, sizə qaz verəcəyik və Misirə daha ehtiyacınız olmayacaq ama yenə də qəbul etmədilər. ABŞ Livanın Rusiyaya üz tutmasına imkan vermir və alternativ təklif də etmir. Bu təfəkkürlə qaz, işıq, neft məhsulları təmin oluna bilməz. Deməli, əgər Hizbullah hökumətə nəzarət etsəydi, bir il yarım əvvəl Rusiyanın təklifini qəbul edərdi.”

Livan rəsmilərindən təklifləri qəbul etmələrini tələb edən Nəsrullah sözlərini belə yekunlaşdırıb: “Biz Livan hökumətini möhtəkirlik üçün mal alma, qiymət artımına qarşı durmağa və mohtəkirləri həbs etməyə çağırırıq. Ukraynada olan qalan livanlılar xilas edilməlidir. Biz Livan hökumətini ən az həddə olsa belə müstəqillik, azadlıq və millətçiliyə malik olmağa və ölkənin maraqları üçün düşünməyə çağırırıq”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir