İsrail Suriyaya hava zərbələri endirib + FOTO

Cümə axşamı 14 Sentyabr 2023 - 11:33
https://az.iswnews.com/?p=25900

Sionist rejim ordusunun qırıcıları Suriyanın Tərtus vilayətinin cənubuna hücumu nəticəsində iki suriyalı əsgər şəhid olub, altısı isə yaralanıb. Həmçinin Homs və Həma vilayətlərinə də hava zərbələri endirib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, dünən çərşənbə günü yerli vaxtla saat 17:22 radələrində sionist rejim Ordusu Aralıq dənizindən bir neçə raketlə hava hücumundan müdafiə bazasını hədəfə alıb. Bu hücum iki suriyalı əsgərin şəhid olması, altısının isə yaralanması ilə nəticələnib.

Həmçinin yerli mənbələr sionist rejim ordusu qırıcılarının Homs və Həma əyalətlərindəki hədəflərə hücumundan xəbər veriblər.

Bəzi suriyalı sosial şəbəkə istifadəçiləri və yerli mənbələr İsrail ordusu qırıcılarının Homs və Həma əyalətlərindəki hədəflərə hücumundan xəbər veriblər.

Bununla əlaqədar olaraq dünən 13 sentyabr tarixində sionist rejimin 14 kanalı bu rejim qırıcılarının ikinci dəfə Suriyadakı hədəfləri bombaladıqlarını açıqlayıb. Livanın Əl-Məyadin kanalı da hücumun Livanın hava məkanından həyata keçirildiyini açıqlayıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir