Homsa daha bir dron hücumu! + VİDEO

Cümə 6 Oktyabr 2023 - 15:00
https://az.iswnews.com/?p=26792

Yerli mənbələr partlayış səsinin eşidildiyini və Suriya ordusunun hava hücumundan müdafiə sistemlərinin Homs şəhərinin kənarında işə düşdüyünü bildirib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, sosial şəbəkələrdə və yerli mənbələrdə bəzi suriyalı istifadəçilər Suriya ordusunun Homs şəhərinin kənarında hava hücumundan müdafiə sistemlərinin işə salındığını bildiriblər.

Bildirilir ki, bu sistemlər Homsun qərb ətraflarında hücum edən dronların qarşısını almaq və məhv etmək üçün işə salınıb. Bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, bu, son 48 saatda Homs şəhərinə ikinci dron hücumudur. Dünən Homs Hərbi Kolleci dronların hücumlarına məruz qalıb və bu hücumlar zamanı azı 89 nəfər şəhid olub, 277 nəfər yaralanıb.

Daha ətraflı: Homs Hərbi Kollecinə dron zərbələri endirilib; 80-dan çox şəhid var!

Suriya ordusunun hava hücumundan müdafiə sistemlərinin işə düşməsi
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir