Bədəxşanda Əhməd Məsud qüvvələri ilə Taliban silahlıları arasında ağır toqquşma olub

Bazar ertəsi 21 Avqust 2023 - 17:42
https://az.iswnews.com/?p=25534

Əfqanıstanın Bədəxşan əyalətindəki Şiva sərhəd keçid məntəqəsinə yaxın ərazilərdə o cümlədən, Şiğnan rayonunda və Şəhda rayonunun yüksəkliklərində Taliban silahlıları və Əhməd Məsud qüvvələri arasında baş verən qarşıdurma nəticəsində Əhməd Məsud qüvvələrinin dörd üzvü, o cümlədən Məhəmməd Tahir adlı cəbhə komandirlərindən biri öldürülüb, iki nəfər yaralanıb və üç nəfər Taliban tərəfindən əsir götürülüb.

Həmçinin, Əhməd Məsud qüvvələrinə yaxın mediaların verdiyi məlumata görə, bu toqquşmalarda Talibanın Bədri dəstəsinin cəbhə komandiri Qari Rəhmətullah Yaftali və Talibanın qərargah rəisi Qari Fəsihuddin də daxil olmaqla, 18 taliban silahlısı öldürülüb, 27 nəfər yaralanıb.

Adı çəkilən rayonlarda qarşıdurmanın intensivliyi o qədər yüksək olub ki, Taliban silahlıları Kunduz əyalətinin sərhəd bölgələrindəki Öməri və Bədri dəstələrindən əlavə qüvvələrin göndərilməsini tələb etməyə məcbur olub.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir