Bab Əl-Məndəb; Ənsarullah və Səudiyyə koalisiyası arasında dəniz müharibəsinin əsas meydanı

Çərşənbə 2 Avqust 2023 - 19:12
https://az.iswnews.com/?p=25104

Ənsarullah müxaliflərinin Yəmənin cənub-qərb sahillərində mövqelərinin gücləndirilməsi Amerika koalisiyasının gələcəkdə dəniz müharibəsi planlaşdırdığını göstərir. Bu plan BƏƏ-nin rolu ilə Yəmənin cənub-qərb bölgəsində həyata keçirilir. Bu plana əsasən, Tariq Saleh qüvvələri His rayonunun Bab Əl-Məndəb boğazına qədər sahillərini, Cənub Keçid Şurasının qüvvələri isə Rəs Əl-Arə bölgəsinin Ədənə qədər olan sahillərini nəzarətə götürəcək. Bu planın həyata keçirilməsinə Əs-Səbihə qəbiləsi mane olub və bu qəbilə bu əraziyə nəzarət etməyə çalışır.

Əl-Əmaliqə qüvvələrinin 7-ci briqadası və Əs-Səbihə qəbilələrindən ibarət qruplar iyulun 28-də Tariq Saleh qüvvələrinin Təiz vilayətinin cənub-qərbində yerləşən Bab Əl-Məndəb sahil zolağında nəzarət-buraxılış məntəqəsi tikmək və orada məskunlaşmaq cəhdinin qarşısını alıb. Bu gərginlik Tariq Saleh qüvvələrinin Zubab qəsəbəsi yaxınlığındakı hərəkatının dayandırılması ilə müşayiət olundu və Əs-Səbihə qəbiləsi Bab Əl-Məndəbə doğru hər hansı hərbi hərəkata qarşı Tariq Saleh qüvvələrinə açıq-aşkar xəbərdarlıq etdilər.

Bundan sonra Tariq Saleh Zubaba daha çox qoşun göndərilməsini əmr etdi, lakin sonda Əs-Səbihə qəbiləsinin müqaviməti ilə əlaqədar Zubabdan Əl-Məxaya çəkilməyə məcbur oldu. Əs-Səbihə qəbiləsi iddia edir ki, Təiz vilayətinin cənub-qərb torpaqları onlara məxsusdur və Tariq Saleh qüvvələri onlara məxsus digər mövqelərdən də geri çəkilməlidir. Onlar bu şərtlə kifayətlənməyərək, Səudiyyə koalisiya qüvvələri çərçivəsində silahlı qüvvələrinin tanınmasını və Əbu Ziyab Əl-Əlqəminin milli müqavimət qüvvələrinin dəstək komandanlığında (Tariq Salehin komandanlığında) vəzifəsinə qayıtmasını tələb ediblər və həmçinin Səədan Əli Səid adlı bir əsgərin qatillərinin təhvil verilməsini istəyiblər.

İyulun 30-da Bab Əl-Məndəbdə Əs-Səbihə qəbiləsi ilə qarşıdurmaya ilk reaksiyada Tariq Saleh milli müqavimət qüvvələrinin rəhbərliyinin bəyanatı başlıqlı bəyanat yaydı. Tariq Saleh bu bəyanatında Bab Əl-Məndəbi öz əməliyyat dairəsində hesab edib və Əl-Əmaliqə qüvvələrinin komandanı Əbdül Rəhman Əbu Zare Əl-Məhrəminin iştirakı ilə birgə əməliyyatda təsdiqlənmiş plana istinad edərək, Təiz vilayətinin bütün ərazilərində təhlükəsizlik yaratmaq və beynəlxalq naviqasiya marşrutunu təmin etmək onun təşkilatının vəzifələrindən biri hesab olunduğunu bildirib.

Bu gərginlikdən sonra Tariq Salehin müşaviri Nəbil Əl-Sufi tvitində elan etdi ki, birgə qüvvələrin yerləşdirilməsi planı (Tariq Salehin komandanlığı altında) BƏƏ tərəfindən hazırlanıb və Əl-Hudəydə əyalətinin cənubundakı His məntəqəsindən Bab Əl-Məndəbə qədər olan ərazini əhatə edir. Həmçinin, Cənub Keçid Şurası qüvvələri Bab Əl-Məndəb boğazının təhlükəsizliyini təmin etmək üçün Rəs Əl-Arə bölgəsinin Ədənə qədər olan sahillərini qoruyacaq. Bundan əlavə, boğazın o biri tərəfində Cibuti ordusunun əsgərləri yerləşdiriləcək.

Bununla bağlı bəzi yerli mənbələr Cənub Keçid Şurası qüvvələrinin iyulun 31-də Bab Əl-Məndəbdəki Əl-Ərzi bölgəsinə nəzarəti Tariq Saleh qüvvələrinə verdiyini bildiriblər.

Buna əsaslanaraq, bu planı Ənsarullahla gözlənilən dəniz müharibəsinə dəstək üçün Amerika koalisiyasına aid olduğunu hesab etmək olar. Ənsarullah son aylarda İran və digər müqavimət dəstələrinin dəstəyi ilə donanmasını gücləndirib və bu qüvvələri müxtəlif raketlər və sürətli qayıqlarla silahlandırıb.

Əs-Səbihə və Tariq Saleh qəbiləsi arasındakı gərginliyi bəzi Səudiyyə rəsmilərinin BƏƏ-nin planını pozmaq üçün atdığı addımlar kimi qiymətləndirmək olar, çünki onlar Ənsarullahla münaqişənin yenidən başlamasında maraqlı deyillər və digər tərəfdən Yəmənin cənub-qərb sahillərini BƏƏ-yə tamamilə təslim etmək istəmirlər. Ona görə də Əs-Səbihə qəbiləsi kartı ilə bu cəbhədə rol oynayırlar.

Ümumiyyətlə, Qırmızı dənizdə və mühüm olan Bab Əl-Məndəb boğazında münaqişə, Yəmən müharibəsinin ilk illərindən müzakirə olunan, Amerika dəniz koalisiyasının və yaxud 153-cü qüvvələrinin bu bölgənin sularına daimi yerləşdirilməsi ilə daha ciddiləşən bir məsələdir.

Amerika və İsrail Yəməndə sülh prosesinə müdaxilə edərək, İran və Səudiyyə Ərəbistanı arasında qurulan əlaqələri məhv etməklə səudiyyəliləri yenidən Ənsarullahla döyüşə daxil etməyə çalışırlar. Yəməndə növbəti müharibədən qaçmasına baxmayaraq, səudiyyəlilər öz mövqelərini qorumaq üçün danışıqlarda və hərbi təcavüzdə addım atmaqda davam edirlər! Bu məsələ Yəməndə sülhə nail olmaq üçün siyasi həll yolunun davamlılığına xələl gətirən bir hərəkətdir.

Daha çox oxuyun: Yəmən cəbhələrinin son vəziyyəti; İşğal olunmuş ərazilərdə nə baş verir? XƏRİTƏ

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir