Məqalə: Taliban və terrorizmin ögey qardaşlığı

Əhməd Ələvi
Yazar:Əhməd Ələvi
Bazar 18 İyun 2023 - 17:52
https://az.iswnews.com/?p=23170

Taliban və terrorçu qrupların, o cümlədən Əl-Qaidə və Təhrik-e-Taliban Pakistan (TTP) və s. əməkdaşlığı təkcə Əfqanıstanda onlara əsas hökumət vəzifələrinin verilməsi ilə məhdudlaşmır. Belə ki, ölkənin daxili işlər naziri, Taliban hökuməti və Taliban – Əl-Qaidə əlaqələrinin yüksək səviyyəli tərəfdarı Siracuddin Həqqani, Əfqanıstandakı terror qruplaşmalarının ailələrinə əfqan doğum şəhadətnamələri və pasportları, daha yaxşı yaşamaq üçün onlara Əfqanıstanın bəzi bölgələrində torpaq, aylıq maaş və digər imkanlar verib.

Taliban 2021-ci il iyulun 15-də ABŞ-ın yaşıl işığı ilə və Vaşinqtonla gizli razılaşma əsasında Əfqanıstanın əvvəlki hökumətini devirərək ölkəni nəzarətə götürdü. Taliban – ABŞ razılaşmasının gizli sövdələşmələrindən biri Taliban silahlılarının Əl-Qaidə, Ləşkər-e-Cahanquy, Sepahe Məhəmməd, Təhrik-e-Taliban Pakistan (TTP) və digər qruplar kimi terror qruplaşmaları ilə əlaqələrinin tamamilə kəsilməsi idi.

Hazırda, bu sazişin həyata keçirilməsindən iki ildən artıq müddətdən sonra nəinki Taliban hökuməti terror qruplaşmaları ilə əlaqələrini kəsmədi, həm də bu əlaqələr gücləndi və Əl-Qaidə və Təhrik-e-Taliban Pakistan (TTP) da daxil olmaqla terror qruplarının əsas üzvləri və digər qruplar Taliban hökumətinin Kəşfiyyat İdarəsi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və digər dövlət idarələrində mühüm vəzifələrə təyin edildi.

Bu yaxınlarda “Long War Journal” (Amerikanın terrorizm sahəsində xüsusi mediası) Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 10 iyun tarixli təhlil və monitorinq qrupunun hesabatına istinad edərək, Taliban hökumətinin Əl-Qaidə, Özbəkistanın İslam Hərəkatı, Şərqi Türküstan İslam Hərəkatı, Tacikistanın Camaat Ənsarullah qruplaşması və Təhrik-e-Taliban Pakistan (TTP) kimi terror qruplaşmaları ilə əlaqəni kəsmədiyini və bu əlaqələri daha da dərinləşdirdiyini açıqlayıb.

“Long War Journal” həmçinin əlavə edib: “Talibanın Əfqanıstanın keçmiş hökumətinə qarşı kamikadze hücumlarının təşkilatçısı, Taliban silahlılarının kamikadze bölməsi lideri və Taliban hökumətinin Baş İnformasiya Departamentinin hazırkı sədri olan Moləvi Tac Mir Cavad, Kapisa qubernatoru Qari Ehsanullah Briyal, Nuristan qubernatoru, həmçinin Taliban hökumətinin Müdafiə Nazirliyinin təhsil direktoru olan Hafiz Məhəmməd Ağa Hakim Əl-Qaidə terror qruplaşmasının əsas üzvlərindən və liderlərindəndirlər”.

Hafiz Məhəmməd Ağa Həkim Nuristanda Talibanın hazırkı qubernatoru, Molla Əbdül Qəyyum Zakirin əsas əməkdaşlarından biri, ikili Əl-Qaidə – Taliban liderlərindən biri və uzun müddət müttəfiqi, Talibanın Müdafiə Nazirliyindəki mühüm ünsürlərdən biri və Quantanamo həbsxanasında Talibanın keçmiş məhbuslarındandır.

Nuristandakı Taliban qubernatoru Əl-Qaidə terror qruplaşmasının idarə heyəti şurasının üzvü olmaqla yanaşı, həm də Taliban Silahlı Qüvvələrinin Bədri 313 Ordusunun əsas qurucularından biridir, ona görə də Əl-Qaidə qruplaşmasından çoxlu döyüşçülərin Taliban Silahlı Qüvvələrinin Bədri 313 Ordusuna üzv olduğunu güman etmək olar.

Taliban və terrorçu qrupların, o cümlədən Əl-Qaidə və Təhrik-e-Taliban Pakistan (TTP) və s. əməkdaşlığı təkcə Əfqanıstanda onlara əsas hökumət vəzifələrinin verilməsi ilə məhdudlaşmır. Belə ki, ölkənin daxili işlər naziri, Taliban hökuməti və Taliban – Əl-Qaidə əlaqələrinin yüksək səviyyəli tərəfdarı Siracuddin Həqqani, Əfqanıstandakı terror qruplaşmalarının ailələrinə əfqan doğum şəhadətnamələri və pasportları, daha yaxşı yaşamaq üçün onlara Əfqanıstanın bəzi bölgələrində torpaq, aylıq maaş və digər imkanlar verib.

Qeyd edək ki, Həqqani şəbəkəsinin komandirlərinin əksəriyyəti, o cümlədən hazırda Həqqani şəbəkəsinin yüksək səviyyəli liderlərindən biri və Taliban hökumətinin daxili işlər naziri Siracuddin Həqqani Əl-Qaidə terror qruplaşması, Özbəkistanın İslam Hərəkatı, Şərqi Türküstan İslam Hərəkatı, Tacikistanın Camaat Ənsarullah qruplaşması və Təhrik-e-Taliban Pakistan (TTP) silahlıları arasında çox yaxın, mürəkkəb və güclü əlaqələr var. Bu şəbəkə Əfqanıstanın Tacikistan, Özbəkistan və s. ölkələri ilə sərhədyanı ərazilərdə bu qrupların işlərinin idarə edilməsi və yerləşdirilməsində əsas icraçıdır və bu baxımdan pakistanlı mühacirlərin Əfqanıstanın şimalına köçürülməsi planı da bu şəbəkə tərəfindən həyata keçirilir. Bundan əlavə, yerli mənbələrdən Həqqani şəbəkəsinin İran sərhədinə yaxın Fərah əyalətində Ceyş Əl-Ədl kimi tanınan terror qruplaşmasının yerləşdirilməsi və onlara dəstək verməsi barədə xəbərlər var.

Daha çox oxuyun: Taliban Əfqanıstanın şimalında əhalinin strukturunu dəyişir! + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir