Kalın Türkiyə Kəşfiyyat Xidmətinin yeni rəhbəri olub

Çərşənbə axşamı 6 İyun 2023 - 21:51
https://az.iswnews.com/?p=22829

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Prezident aparatının sözçüsü ölkənin kəşfiyyat xidmətinin yeni rəhbəri təyin edilib.

Türkiyənin Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi yeni hökumətin kabinetinin siyahısının açıqlanmasından sonra Türkiyənin Milli Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin yeni rəhbəri də təyin edilib.

Türkiyə Cumhurbaşkanlığı Sarayının İnformasiya İdarəsi dünən axşam saatlarında məlumat yayıb: “Türkiyə Prezident aparatının sözçüsü İbrahim Kalın Türkiyə Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri təyin edilib.

Hakan Fidan bundan əvvəl 2010-cu ildən Türkiyə Kəşfiyyat Xidmətinin rəhbəri olub, bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən yeni xarici işlər naziri təyin edilib.

Qeyd edək ki, İbrahim Kalın 2014-cü ildən Türkiyə Prezidentinin sözçüsü və Prezidentin xarici siyasət məsələləri üzrə müşaviri vəzifəsində çalışan və dəfələrlə xarici rəsmilərlə danışıqlarda Ərdoğanın nümayəndəsi kimi çıxış edən Ərdoğanın köhnə etibarlı adamlarından biridir. O, Corc Vaşinqton Universitetində İslam Araşdırmaları üzrə ixtisaslaşmış doktorluq dərəcəsinə malikdir və Ankarada Siyasi, İqtisadi və Sosial Araşdırmalar Vəqfinin yaradıcılarından biridir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir