Talibanla qarşıdurmada iranlı əsgər şəhid olub + FOTO

Şənbə 27 May 2023 - 20:23
https://az.iswnews.com/?p=22436

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Sistan və Bəlucistan əyalətində İran və Taliban arasında baş verən sərhəd münaqişəsi zamanı bir əsgər şəhid olub, ikisi isə yaralanıb.

Taliban Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Nafi Takurun Twitter hesabından verdiyi açıqlamaya görə, İranın Sistan və Bəlucistan əyalətinin şimalında Taliban silahlıları ilə İran Sərhəd Mühafizəçiləri arasında baş verən qarşıdurma zamanı bir iranlı sərhədçi şəhid olub və bir Taliban silahlısı öldürülüb, hər iki tərəfdən yaralılar var.

Bu statistika Əfqanıstandakı yerli mənbələrin bu toqquşmalarda iki Əfqanıstanlının öldüyünü iddia edərək iki nəfərin şəklini dərc etdiyi bir vaxta təsadüf edir. Həmçinin Zaranc xəstəxanasının bir sıra əməkdaşlarının açıqlamalarına əsasən, Taliban hərəkatının 11 nəfər ölü və yaralısı olduğu bildirilir. Bundan əlavə, Xalid Pəncşiri kimi tanınan naməlum şəxslə bağlı başqa bir görüntü yayımlanıb, yerli qaynağımızın məlumatına görə, bu şəxs çox güman ki, əvvəlki hökumətin əsgərlərindən olub və Kabil şəhəri ətrafında Talibanla qarşıdurmada öldürülüb və bunun İranla sərhəd münaqişələri ilə heç bir əlaqəsi yoxdur.

İranın Sistan və Bəlucistan əyalətinin Sərhəd Mühafizə Komandanlığı da İranın Sasuli zastavasının sərhəd mühafizəsinin əsgəri Məhəmməd Mehdi Əhmədinin şəklini yayıb və İran sərhədçisinin Taliban hücumunda şəhid və bir neçə yaralı olduğunu bəyan edib. Şəhid Əhmədi subaydır və Şimali Xorasan vilayətindəndir.

Daha çox oxuyun:
Milak-Zaranc sərhəd-keçid məntəqəsi bağlanıb
Zabolun şərqində İran və Taliban arasında sərhəd münaqişəsi baş verib + VİDEO

Kabildə Talibanla qarşıdurmada öldürülən və İranla sərhəd münaqişəsi ilə heç bir əlaqəsi olmayan Xalid Pəncşirinin şəkli.
Sasuli zastavasında İran Sərhəd Qoşunlarının əsgəri şəhid Məhəmməd Mehdi Əhmədi
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir