İranın xarici işlər naziri: Biz Talibanı tanımırıq + VİDEO

Şənbə 27 May 2023 - 15:28
https://az.iswnews.com/?p=22380

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian Əfqanıstanla bağlı İranın mövqelərini açıqlayarkən bu ölkənin Əfqanıstandakı Taliban hökumətini tanımadığını və yalnız suveren dövlətin qurulmasını dəstəklədiyini bildirib.

İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian mayın 25-də İran Xarici İşlər Nazirliyinin rəsmiləri və İranın xaricdəki siyasi nümayəndəliklərinin rəhbərləri ilə İmam Xomeyni (r.ə) hərəminin məsul şəxsi Seyid Həsən Xomeyni ilə görüşündə deyib: “Biz Əfqanıstanda suveren hökumətin formalaşmamasından təəssüflənirik və biz bu məsələni Əfqanıstanın hazırkı hökmdarlarına bəyan etmişik. Biz Əfqanıstanın hazırkı hakim orqanını tanımırıq və Əfqanıstanda suveren hökumətin formalaşdırılmasının zəruriliyini vurğulayırıq. Həmçinin, Taliban Əfqanıstan reallığının bir hissəsidir, hamısı deyil”.

İranın xarici işlər naziri İran və Əfqanıstanın qonşuluğuna və iki ölkə arasında uzun sərhədlərin mövcudluğuna toxunaraq deyib: “Keçən aylarda bəzən İran-Əfqanıstan sərhədində baş verən dağınıq sərhəd toqquşmaları narahatlıq doğurur. İki ölkə arasında qarşılıqlı fəaliyyətdən başqa yol yoxdur. Biz istəmirik ki, Məzar Şərif faciəsi təkrarlansın. Biz Əfqanıstanda sülh və təhlükəsizliyə nail olmaq prosesinə kömək etmək istəyirik və Əfqanıstanın hazırkı hökmdarlarından qarşılıqlı gözləntilərimiz var”.

Əmirabdollahian İranın Hirmənd çayına iddiası ilə bağlı deyib: “Biz Əfqanıstan rəsmiləri ilə bu məsələ ilə bağlı müzakirələr aparmışıq və hesab edirik ki, 1972-ci il müqaviləsinə əsasən, bununla bağlı qanuni marşrut nəzərə alınmalıdır. Biz Əfqanıstan hakimiyyətinə bildirdik ki, su-haqqı problemi siyasi bəyanatla həll oluna bilməz və bu məsələ hüquqi tədbirlər çərçivəsində davam etdirilməlidir”.

İranın xarici işlər naziri Taliban hökumətinin qadın və qızlarla bağlı siyasətini qeyri-insani hesab etməkdə davam edib və vurğulayıb ki, İran bu siyasəti İslam Peyğəmbərinin (s) təlimlərinə zidd davranış hesab edir.

Taliban hökuməti quraqlıq və Kəcəki bəndində suyun olmaması bəhanəsi ilə İranın Hirmənd çayından su-haqqı iddiası ilə bağlı 1972-ci il müqaviləsinin icrası ilə əlaqədar İranın dəfələrlə etdiyi diplomatik tələbləri və həmçinin Talibanın İranın Kəcəki bəndində suyun mövcudluğunu yoxlamaq üçün texniki qrup göndərmək tələbini rədd etdikdən sonra Taliban ilə İran arasında şifahi gərginlik artıb.

Daha çox oxuyun: Əfqanıstanda Bəxş Abad su bəndi kanallarının tikintisinə start verildi; Hamun bataqlığının ölümü anbaan yaxınlaşır + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir