Hərbi Məlumat: KA-52 Hücum Helikopteri

Çərşənbə axşamı 21 Mart 2023 - 23:06
https://az.iswnews.com/?p=19176

Kamov Ka-52 Alligator zirehli və zirehli olmayan yer hədəflərinə və aşağı sürətli hava hədəflərinə qarşı istənilən hava şəraitində gecə-gündüz əməliyyatlar apara bilən çoxməqsədli hücum helikopteridir. Bu helikopter Rusiyanın Kamov şirkəti tərəfindən hazırlanıb və NATO-da Hokum B kimi tanınır. Kamov 52 əslində Kamov şirkəti tərəfindən hazırlanmış Kamov 50-nin təkmilləşdirilmiş iki nəfərlik versiyasıdır.

Bu helikopterin təkmilləşdirilməsi 1996-cı ildə başlanılıb və ilk uçuşu 1997-ci ilin iyununda uğurla həyata keçirilib. Kamov 52-nin rəsmi istehsalına 2008-ci ildə Rusiyanın Primorsk vilayətində yerləşən Progress Arsenyev zavodunda başlanılıb. Bu helikopterin 2020-ci ilə qədər 127 mərhələdə məhdud istehsalı (hər bir mərhələdə 10 ilə 13 helikopter arasında – təxminən cəmi 1270 ədəd) Rusiya hava donanmasında bu helikopterin az sayda xidmətə verilməsinə səbəb olmuşdur.

Kamov 52, Kamov 50-dən daha geniş buruna və daha uzun gövdəyə malikdir və görünüşcə çox oxşardırlar. Bu iki helikopterin gövdəsi, komponentləri, istifadə olunan hissələri və sistemləri təxminən 85% bir-birinə oxşayır. Bu helikopterin uzunluğu 15,8 metr, hündürlüyü 4,93 metr, əsas rotorun diametri isə 14,5 metrdir. Bu helikopterin maksimum uçuş çəkisi 12,200 kq-dır.

Ka-52 helikopterinin ümumi görünüşü – Tam ölçüdə baxmaq üçün klikləyin

Ka-52 helikopteri zirehli və zirehli olmayan maşınlara hücum etmək, aşağı sürətli hava hədəflərinə hücum etmək, cəbhə xəttində və düşmənin taktiki dərinliyində düşmən piyadalarına hücum etmək, ön cəbhə qüvvələrinə dəstək üçün atəşi təmin etmək, adi patrul uçuşları və hərbi karvanların müşayiəti və s. kimi geniş tapşırıqları yerinə yetirmək qabiliyyətinə malikdir. Kamov 52 həm də bir qrup hücum helikopteri üçün monitorinq platforması və hava komandanlığı qərargahı kimi istifadə edilə bilər.

Kamov 52 helikopteri manevr və çeviklik baxımından unikal imkanlara malikdir və dünyanın ən tez manevr edə bilən helikopterlərindən biri kimi tanınır. Bu yüksək manevr qabiliyyəti onun iki əsas anti-fırlanan koaksial rotorundan (koaksial pərlər) əldə edilir. Koaksial sistem bir-birlərinin əks istiqamətində fırlanan iki sıra kompozit pərlərdən ibarətdir ki, bu da quyruğun vibrasiyasını və fırlanmasını aradan qaldırır və quyruq hissəsində rotor və pərlərə ehtiyac olmur. Ümumiyyətlə, adi helikopterlərdə tarazlıq yaratmaq üçün quyruq hissəsindəki rotor helikopterin əsas pərlərinin fırlanmasına qarşı qüvvə yaradır ki, helikopterin tarazlığı qorunsun və helikopter öz ətrafında fırlanmasın.
Kamov 50 və 52-də koaksial sistemin istifadəsi bu helikopterlərin dayanıqlığını və manevr qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb. Bu məsələ hücum helikopteri üçün çox lazımlı və əhəmiyyətli bir məsələdir. Yüksək dönüş sürəti və sürətli mövqe dəyişikliyi, 30 və ya 35 dərəcədən artıq cəhətdə hədəf üzərinə hücum çəkməsi, yerində dönmələr (Flat Turns), yüksək sürətlə yanlara hərəkət (Side Ways) kimi hərbi manevrlər yerinə yetirmək xüsusiyyətləri digər helikopterlərin edə bilməyəcəyi və ya zəif edə biləcəyi qabiliyyətlər bu helikopterin xüsusiyyətləridir.

Kamov 52-də fırlanma əleyhinə koaksial sistem – sabitlik və manevr qabiliyyətinin əhəmiyyətli dərəcədə artımı

Kamov helikopteri bir çox müharibələrdə istifadə olunub və özündən yaxşı stabillik göstərib. Ukrayna müharibəsində Kamov 52-nin ukraynalılar tərəfindən vurulduğu zaman, yoluna davam edə bilməsi və ya bir çox hallarda helikopterin vurulduğu anda, pilotların xilas ola bilmələri bunun göstəricisidir. Bu helikopterin döyüş meydanında davamlılığının səbəblərindən biri də onun necə işləməsi haqqında yuxarıda izah edilən öz yerində fırlanma əleyhinə rotorun olmasıdır. Adi helikopterlərdə quyruq hissəsindəki rotor stabilizator rolunu oynayır, lakin o, çox həssasdır və vurulduğu halda vertolyotun tarazlığı əldən çıxır. Kamov helikopterinin quyruq hissəsindəki rotorun çıxarılması və fırlanma əleyhinə rotorun istifadəsi bu problemi həll edib və quyruq hissəsi zədələnsə, Kamov helikopteri hələ də hərəkət edə bilir. Kamovun dayanıqlığının digər səbəbi bir mühərriklə uça bilməsidir.

Mühərrik bölməsi:

Ka-52 helikopteri iki Klimov VK-2500 turbovallı mühərrikdən istifadə edir. Qeyd etmək lazımdır ki, bu mühərrik Kamov 50 helikopterində istifadə olunan TV3-117 mühərrikinin təkmilləşdirilmiş formasıdır. VK-2500 mühərrikinin üç fərqli növü var, birinci model 2000 at gücünə, ikinci model 2200 at gücünə, üçüncü model isə 2400 at gücünə malikdir. VK-2500P kimi tanınan bu mühərrikin başqa bir nümunəsi də var və 2500 at gücünə malikdir. Bu mühərriklərin maraqlı tərəfi onların 2700 at gücündə təcili güc rejiminə sahib olmasıdır. Bu xüsusiyyət mühərriklərdən birinin nasazlığı zamanı istifadə olunur və fövqəladə hallarda uçuş təhlükəsizliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

VK-2500 və VK-2500P/PS mühərriki arasındakı əsas fərq FADEC tipli müasir avtomatik elektron idarəetmə sisteminin və qızdırmadan qorunmanın istifadəsidir. Yeni dizayn sayəsində VK-2500P vertolyotların mülayim iqlimi və hətta yüksək temperaturu olan ərazilərdə və yüksək dağlarda daha etibarlı işləməsini təmin edir. Hər bir mühərrikin gücünü ötürmək üçün iki ayrı sürət qutusunun olması helikopterin kritik şəraitdə işləməsində mühüm amildir. Bu enerji ötürmə sistemi fövqəladə vəziyyətdə 2700 at gücünə çatmasından əlavə olaraq mühərriklərdən birinin itirilməsi halında pilotların sağ qalması və həyatının qorunmasında mühüm amildir. Həmçinin mühərriklərdə tozun mühərrikə daxil olmasının qarşısını alan filtr və yanğınsöndürmə sistemi var.

Kabin bölməsi:

Kamov 52 helikopteri öndə olan monitor (HUD), dörd SMD 66 çoxfunksiyalı monitor, pilot dəbilqəsində kamera, təsvir gücləndiriciləri və GPS qəbuledicisi ilə təchiz edilmiş müasir gülləkeçirməz şüşə kabinəyə malikdir. Vertolyotda həmçinin kabinə masasında radio lokator və helikopterlər üçün naviqasiya və hücum sistemi (NASH) var.

Rusiyanın RadioElectronic Technologies şirkəti tərəfindən helikopterdə quraşdırılmış SAU-800 avtomatik idarəetmə sistemi Kamov 52 pilotlarına helikopteri mexaniki, avtomatik və yarı avtomatik rejimlərdə idarə etməyə imkan verir. Həmçinin, SAU-800 sistemi hazırlanmış və SIVPV-52 meteoroloji məlumatların qeydiyyatı və emalı sistemi ilə təmin edilmişdir. Bu helikopterin silah idarəetmə sistemi RadioElectronic Technologies şirkətinin istehsalı olan SUO-806P modelidir.

SUO-806P silah idarəetmə sistemi

Pilotun dəbilqəsindəki kamera 2013-cü ildən 2020-ci ilə qədər Ka-52 hücum helikopteri və Ka-52K-nın təkmilləşdirilmiş dəniz versiyası üçün tələb olunan avionika avadanlığının bir hissəsi kimi Ramenskoye Dizayn Şirkəti (RDC) ilə uzunmüddətli müqavilə əsasında imzalanmış və təhvil verilmişdir.

Kamov-52 pilot dəbilqəsi

Ka-52 helikopterinin kabinəsi zirehlidir və pilotları yaxşı müdafiə edir. Bu kabinənin zirehləri üç qatdan ibarətdir. Tamamilə bir parça titan ərintisindən hazırlanmış pilot kabinəsinin daxili hissəsi pilotları “çəllək” kimi əhatə edir. İkinci qatda keramika lövhələrdən istifadə olunub. Üçüncü qatda isə keramika qatının mühafizəsini artırmaq üçün keramika lövhələr üzərinə yapışdırılmış Kevlar/Aramid-lə örtülüb. Həmçinin kabinəni daha da qorumaq üçün 44 mm-lik gülləkeçirməz şüşədən əlavə, pilotların yanında kabinənin yan hissəsində iki zirehli lövhədən istifadə edilib.

Kamov 52 helikopterinin zirehli və qoruyucu örtüyü

Kabinənin xarici hissəsi və yanacaq çənlərinin alt hissəsi də qalınlığı 20 mm olan alüminium və karbon ərintisindən hazırlanıb. Ka-50 helikopterinin hər bir pilotu üçün quraşdırıla bilən zirehlərin ümumi miqdarı təqribən 300 kq təşkil edir. Ama Ka-52 helikopteri üçün isə bu rəqəm bir pilot üçün 150-200 kq-a endirilib. Amerikanın Apaçi helikopterində isə hər pilot üçün təxminən 90 kq zirehdən istifadə edilb. Ka-52 zirehləri (ən azı teorik cəhətdən) 23 mm-lik güllələrə davamlıdır.

Kamov 52 helikopterinin gövdəsindən yaxından çəkilmiş görüntü – Daha böyük ölçüdə nümayiş üçün foto üzərinə klikləyin

Bu helikopterdə dörd ayrı yanacaq çəni var, bunlardan üçü gövdənin arxasında, biri isə pilotlar kabinəsinin arxasında yerləşir. Bütün dörd yanacaq çəni örtüklə tam üzlənmiş və bir-birindən ayrıdır.

Kamov 52-də yanacaq çənlərinin yeri

Qeyd edildiyi kimi, Kamov 52-də Kamov 50 ilə 85% hissələr eynidir. Amma görünüş baxımından daha geniş buruna malikdir və kabinədə iki pilot yan-yana oturur. Hər iki pilot helikopteri tam ayrı-ayrılıqda idarə edə bilir. Belə bir tənzimləmə döyüş zamanı helikopterin işini asanlaşdırır. Həmçinin, xüsusi təlim versiyasına ehtiyac qalmır və eyni helikopterdən təlim kimi də istifadə etmək mümkündür.

Katapult oturacaq sistemi:

Bu helikopterin digər unikal xüsusiyyəti katapult uçan oturacaqla təchiz edilməsidir. Kamov 52 helikopteri, Kamov 50 ilə birlikdə dünyada bu qabiliyyətə malik olan yeganə aktiv helikopterdir. Kamov 52 CAS K-37-800M katapult oturacağı bir neçə hissədən ibarətdir. ZSh-7VS dəbilqəsi və oksigen avadanlığı ilə birlikdə Ka-50 və Ka-52 helikopterinin pilot oturacağı kimi xidmət etmək üçün nəzərdə tutulmuş rahat oturacaq və əlavə hissədir. Təcili çıxış prosesində əvvəlcə vertolyotdan pərlər ayrılır, sonra təhlükəsiz təcili çıxış KCO-VK-LP sistemi pilotu raket mühərrikinin köməyi ilə 90-dan 350 km-ə qədər müəyyən uçuş sürəti ilə helikopterdən çölə atır və sonra paraşüt açılır. Bu sistem sıfırdan 5000 metrə qədər hündürlük tavanında işlədilə və istifadə edilə bilər. Qeyd edək ki, təcili eniş zamanı pilota təzyiqi azaltmaq üçün oturacaqda enerji uducu yastıqlardan istifadə edilib.

Kamov 52-də katapult oturacaq sisteminin necə işləməsini əks etdirən video

Radar bölməsi:

Radar bölməsində Kamov 52-nin burnu hissəsində Arbalet radarı kimi tanınan Phazotron FH-01 (MMW) millimetr dalğa radarından istifadə olunub. Bu radar Rusiyanın hərbi və avionik radarların ən böyük inkişaf etdiricisi olan Phazotron-NIIR şirkəti tərəfindən istehsal olunur.

Kamov 52 burnunda yerləşdirilmiş Arbalet radarı

Kamov 52 radarı orta çəkisi 140 kq olan Arbalet-52 iki diapazonlu impulslu doppler radarıdır ki, bu da helikopterə günün və ya gecənin istənilən vaxtında və istənilən hava şəraitində, hətta mütəşəkkil və ya təbii elektron müdaxilə mövcud olduqda belə döyüş tapşırıqlarını effektiv yerinə yetirməyə imkan verir. Arbalet-52 radarının maksimum radiusu 37 km-dir.
Ümumiyyətlə, Kamov 52 iki radardan, Arbalet-52 və ya Arbalet-M-dən istifadə edir ki, bunlar da Arbalet radarının daha güclü versiyalarıdır və Baguet seriyalı məxfi prosessordan istifadə edir. Bu radarda Ts181F prosessoru məlumatların işlənməsinə, Baget-55-04.01 prosessoru isə siqnalın işlənməsinə cavabdehdir.

Bu radarın hava-yer qabiliyyətlərinə aşağıdakılar daxildir:

– Müxtəlif xəritəçəkmə rejimləri
– 120 dərəcə ətraf mühiti əhatə etmə bucağı
– 32 km-ə qədər xəritə çəkmə məsafəsi
– 25 km-də körpülər və 12 km-də tanklar kimi yer hədəflərini aşkar etmək imkanı
– Yer xətlərini və aşağı hündürlükdə uçuş zamanı maneələri aşkar etmək imkanı (400 metrdə elektrik kabelləri və 1,5 km-də 10 dərəcə mailliyi olan yerləri)
– Hərəkət edən yer və hava hədəflərini aşkar etmək imkanı
– Hədəflərin prioritetini müəyyənləşdirmək imkanı
– Raketlərin yaxınlaşması barədə xəbərdarlıq etmək imkanı
– EO hədəfləmə sistemlərinin dəstəyi və işarələməsi
– Təhlükəli hava şəraitinin aşkarlanması
– Naviqasiya sistemləri (yeniləmə və modifikasiya)
– Raketləri kontrol və idarə etmək bacarığı
– Hədəf tipinin təsnifatı (IFF ilə əlaqədar – düşməndən dostun müəyyən edilməsi) Eyni vaxtda 20 hədəfi aşkarlama

Bu radarın hava-hava imkanları arasında aşağıdakılar mövcuddur:

– Hündürlüyü ± 30 km olan tavanda 360 dərəcə ətraf mühiti monitorinq etmə imkanı
– 15 km məsafədə düşmən helikopterlərinin aşkar edilməsi
– 5 km məsafədə Stinger raketlərini aşkar etmək qabiliyyət
– Qanadlı raketlər və dronlar kimi müxtəlif hədəflərlə üzləşmək imkanı
– ± 30 dərəcə yüksəklikdə izləmə bucağı ± 60 dərəcə
– 20-yə qədər hədəfi izləmək imkanı

Monitorinq və elektro-optik sistem bölməsi:

Monitorinq və elektro-optik sistem baxımından Kamov 52 GOES-451 optik sistemi ilə təchiz edilmişdir. GOES-451 sistemi Kamov 52 helikopterinin burnu altında quraşdırılmış giroskopik elektro-optik sistemdir. Bu sistem silahları müəyyən etmək, izləmək, nişan almaq və istiqamətləndirmək üçün istifadə olunur və maksimum 83,3 km məsafəyə qədər görən kamera, maksimum 55,6 km məsafəyə qədər infraqırmızı görən kamera, maksimum 18,5 km məsafəyə qədər məsafəti müəyyən edən lazer diapazonu və maksimum 14,8 km məsafə qədər lazer nöqtəsi izləyicisi ilə təchiz edilib.

GOES-451 optik sistemi

Qeyd edək ki, Max 2015 sərgisində GOES-451 elektro optik sistemi əvəzinə OES-52 (ECO-52) elektro-optik sistemindən istifadə edilən Kamov-52 Katran versiyası (Kamov-52-nin dəniz versiyası) nümayiş etdirilmişdir. Həmçinin, 2016-cı ildə Moskva səmasında OES-52 elektro-optik sistemi ilə təchiz edilmiş Kamov 52-nin başqa bir versiyası görünmüşdür. Sonradan məlum oldu ki, OES-52 elektro-optik sistemi Kamov-52-nin daha güclü və yenilənmiş variantı olan Kamov-52M (Ka-52M) helikopterləri üçün istifadə olunacaq. Buna baxmayaraq, bu sistemin köhnə və indiki 52 Kamovlarda quraşdırılması ehtimalı gözləniləndən uzaq deyil. Həmçinin Misirə satılan ixrac versiyaları, yəni Kamov-52 Nile Crocodile (Ka-52E) OES-52 elektro-optik sistemi ilə təchiz olunub.

OES-52 sistemi funksional olaraq GOES-451 sisteminə bənzəyir. Sistemdə beş sensor var: termal təsvir kamerası, televizor kamerası, lazer məsafə ölçən/designator, tank əleyhinə idarə olunan raketləri istiqamətləndirmək üçün lazer şüası, həmçinin lazer nöqtəsi izləyicisi. Lakin bu sistemin çəkisi 177 kq-dır və 220 kq olan GOES-451 sistemi ilə müqayisədə 43 kq yüngüldür.

Max 2015 sərgisində Kamov 52 Katran üzərində OES-52 elektro-optik sistemi
OES-52 sistemi ilə təchiz olunmuş Kamov 52 helikopteri Moskva səmasında

Mühafizə sistemi və elektron müharibə bölməsi:

Müdafiə sistemləri və elektron müharibə baxımından Kamov 52 President-S birgə mühafizə sistemi ilə təchiz olunub. President-S sistemi KRET və Ekran Elmi İnstitutu tərəfindən hazırlanmışdır və lazer detektorları, müxtəlif sensorlar, infraqırmızı tıxanma və məşəl emitentləri kimi müxtəlif qoruyucu hiss edən təchizatların dəstini ehtiva edir. Daha sonra President-S sisteminin hissələrini sizə təqdim edəcəyik:

Kamov 52-də President-S birgə mühafizə sisteminin hissələri

– “L370-0 idarəetmə bloku” helikopterə daxil edilmiş bütün elektron müharibə komponentlərinin idarə edilməsinə cavabdeh olan rəqəmsal kompüter moduludur. Helikopterin konstruksiyasında olan xəbərdarlıq sensorlarının bütün məlumatları idarəetmə bloku tərəfindən qəbul edilir və təhlil edildikdən sonra pilotun lazımi müdafiə tədbirləri görə bilməsi üçün pilota təqdim edilir.

– “L-136 MAK-UFM raket yaxınlaşma xəbərdarlığı sistemi” adından da göründüyü kimi, helikopterə atılan raketlərin yaxınlaşmasını aşkarlayan və xəbərdar edən sistemdir. Bu sistem helikopterə 10 km məsafədən atılan reaktiv yaylım atəş sistemlərini və 30-50 km məsafədən helikopterə atılan “hava-hava” tipli raketləri aşkar etmək qabiliyyətinə malikdir.

L-136 MAK-UFM xəbərdarlıq sistemi, ikisi vertolyotun qarşısında və ikisi arxasında

-“L-140 Otkilk lazer xəbərdarlıq qəbuledici sistemi” raket buraxılış qurğularını istiqamətləndirmək üçün istifadə edilən lazer məsafə ölçən sistemlərdən yayılan lazer şüalarını aşkar etmək qabiliyyətinə malik sistemdir.

L-140 Otkilk lazer xəbərdarlıq qəbuledici sistemi sağ qanadın ucunda və helikopterin ən arxa hissəsində

-“SPO-32 / L150 Pastel radar xəbərdarlığı qəbuledici sistemi” düşmən hava təchizatının radar sistemləri tərəfindən yayılan radiodalğaları aşkar edən və qəbul edən sistemdir. Təhlükə aşkar edildikdə, məsələn, qırıcı təyyarəsinin atəşə nəzarət radarının və ya əsgər tərəfindən daşınılan raketatarların radarının olması halda, təhlükənin mövcudluğu barədə xəbərdarlıq edir. Bu sistem 222,2 diapazona malikdir.

Helikopterin sol qanadın ucunda və aşağı sonunda SPO-32 / L150 Pastel radar xəbərdarlığı qəbuledici sistemi

– “L370-3 radar tıxanma sistemi” Kamov-52 helikopterinin daxilində quraşdırılmış sistemlərdir və onların vəzifəsi yerdən havaya, havadan havaya və s raket axtarış radarlarına qarşı geniş spektrli tıxanma tədbirlərini həyata keçirməkdir. Bu sistem L150 Pastel sistemi ilə birbaşa əlaqələndirilir. L150 Pastel sistemi radar dalğalarını aşkar etmək və onların mənbələrini müəyyən etmək üçün məsuliyyət daşıyır və L370-3 onları bloklayır.

– ” L-370-5 Vitebsk İnfraqırmızı tıxanma sistemi” helikopteri zenit raketlərindən qorumaq üçün tıxanma sistemidir. Bu sistem helikopterin aşağı hissəsində və hər iki tərəfində fırlanan təchizatda quraşdırılıb. Bu sistem ultrabənövşəyi və infraqırmızı diapazonda işləyən raketlərin tıxanmasına cavabdehdir. L-370-5 Vitebsk sistemi helikopterə atılan raketi çaşdırmaq və raketi helikopterə çatmaqdan yayındırmaq üçün raketin termal/elektro-optik axtarıcısına lazer dalğaları göndərir. Bu sistem helikopterə atılan raketləri bir neçə kilometr radiusda izləyə bilir.

L-370-5 Vitebsk infraqırmızı tıxanma sistemi

Qeyd edək ki, mövcud dəlillərə əsasən Kamov 52-nin yenilənmiş versiyasında, yəni Kamov Ka-52M-də L-370-5 Vitebsk sisteminin əvəzinə L418-5 DIRCM adlı daha təkmilləşdirilmiş sistemdən istifadə olunur. Bu sistemin köhnə və hazırkı Kamov 52-də quraşdırılması ehtimalı da gözləniləndən uzaq deyil. L418-5 DIRCM sistemi Misirə satılan ixrac versiyalarında, yəni Kamov 52E-də də istifadə olunub.

Kamov 52E yeni L418-5 DIRCM sensoru və yeni OES-52 optikası ilə təchiz olunmuş Misirə ixrac edilmiş və satılmış versiyası

-Kamov-52-də UV-26 (saman və məşəl) yayma sistemindən istifadə olunub. Bu sistem qanadların uclarında iki qoşa vəziyyətdə yerləşdirilib və bu mövqelərin hər birində 32 ədəd saman və məşəl var.

Kamov 52 UV-26 saman və məşəl yayma sistemi

Kamov 52 silah bölməsi:

Silah bölməsində Ka-52 helikopteri gövdəsinin sağ tərəfində 30 mm-lik Shipunov 2A42 avtomatik topu ilə təchiz olunub. Bu top aşağı hərəkət qabiliyyətinə malikdir və yalnız yuxarı və aşağı hərəkət edir. 30 mm-lik Shipunov 2A42 topu 1500 metr məsafədə yüngül zirehli hədəfləri, 4000 metr məsafədə zirehli olmayan hədəfləri, həmçinin 2000 metr məsafədə alçaqdan uçan subsonik hava hədəflərini vurmaq üçün nəzərdə tutulub. Shipunov 2A42 topundan tək atış və ya yaylım atəşi ola bilər. Bu top yağışda, küləkdə, şaxtada və çox quru mühitdə +50 dərəcədən -50 dərəcəyə qədər olan temperatur diapazonu kimi sərt şəraitdə işləmək qabiliyyətinə malikdir. Bu topun atış sürəti dəqiqədə 550 mərmi, çəkisi isə 115 kq-a çatır.

Shipunov 2A42 30 mm avtomatik top

Həmçinin, iki qanadın altında 2942 kq çəkiyə qədər müxtəlif kombinasiyalı silahların quraşdırılması və istifadəsi üçün istifadə oluna bilən 6 ədəd xarici silah askısı var. Saman və məşəl yayımlanması üçün qanad uclarında 2 qoşa yer də var.

Kamov 52-nin iki qanadı altında 6 xarici silah askısı

Kamov 52-nin hər qanadının altında 3 silah askısı var. Bunlar APU-6 askısı idarə olunmayan raket podu və üçüncü askıda tank əleyhinə raket və qanadın ucunda hər biri 32 ədəd olan saman və məşəl quraşdırma və daşıya bilən iki UV-26 sistemindən ibarətdir. APU-6 askısı əslində Kamov 52 helikopterinin daşıma qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş 6 tank əleyhinə raketin saxlanması və atılması üçün rəfdir.

Həmçinin, mənzili artırmaq üçün Kamov 52 xarici askılarında dörd 500 litrlik xarici yanacaq çənini daşıya bilir.

Kamov 52 üçün xarici yanacaq çəni

Kamovda idarə olunmayan raketlərin podları iki növ 20 raketdən ibarət S-8 80 mm raket (S8/80 mm) və 5 raketdən ibarət S-13 122 mm raketdir (S13/122 mm). Hər bir qanadda cəmi bir ədəd quraşdırıla bilər. Bunlardan ikisi əlavə olaraq hər qanadda APU-6 askısında 6 tank əleyhinə raket və cəmi 12 tank əleyhinə raketdir. Bu kombinasiya Kamov 52 helikopterinə döyüş meydanında zirehli və piyada qoşunlarının aradan aparılmasına böyük güc verir.

20 raketdən ibarət S-8 80 mm raket podusu (S8/80 mm) və 5 raketdən ibarət S-13 122 mm raket podusu (S13/122 mm)
80 mm S-8 raket üçün B8V20A pod və 122 mm S-13 raket üçün B-13L pod

APU-6-da 9K121 Vikhr və 9M120 Ataka kimi tank əleyhinə raketlərin quraşdırılması da mümkündür. “Vikhr” raketi 10-12 km məsafədəki hədəfləri məhv edə bilir, “Ataka” raketi isə Kamov 52 helikopteri üçün 400 metrdən 6 km-ə qədər hədəfləri hədəfə almaq imkanı verir.

Sağ: Vikhr raketi – Sol: Ataka raketi

Rusiya ordusunun 24 fevral 2022-ci il tarixində Kiyev şəhəri yaxınlığındakı Antonov (Qustumel) hava limanını ələ keçirmək əməliyyatı zamanı Kamov-52 kabinəsinin içindən video çəkilmiş idi. Bu videoda Kamov 52 alçaqdan uçur və rus piyadalarına və Rusiyanın Mil-8 nəqliyyat helikopterinə atəş dəstəyi verir. Kamov-52 bir neçə raketlə vurulmaqdan xilas olur və nəhayət, bir raketin zərbəsi nəticəsində təcili eniş etmək məcburiyyətində qalır.

Antonov hava limanının nəzarətə götürülməsi zamanı Kamov 52-nin kabinəsindən çəkilmiş video

Kamov 52-nin digər versiyaları barədə:

Kamov 52-nin yenilənmiş versiyası: Ka-52M helikopteri
Son illərdə Rusiya Müdafiə Nazirliyi Kamov 52-nin yeni versiyasının istehsalını elan etdi. Nəhayət 2018-ci ildə bu yeni istehsal ölunmuş versiya Ka-52M kimi tanındı. Kamov 52M əslində sistem və bəzi avadanlıq baxımından yenilənmiş Kamov 52-nin təkmilləşdirilmiş versiyasıdır. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bu modeldən 114 ədəd istifadəyə verilməlidir və son məlumata görə, 2023-cü il yanvarın 4-də Rusiya ordusu 10 Ka-52M helikopteri əldə edib.

Ka-52M helikopterinin yenilənmiş versiyası daha geniş diapazona və daha yaxşı performansa malik GOES-451M elektro-optik sistemlə təchiz edilib. Həmçinin, Ka-52M helikopterində yeni OES-52 elektro-optik sistemdən istifadə olunur.
OES-52 sistemi funksional olaraq GOES-451 sisteminə bənzəyir. Sistemdə beş sensor var: termal təsvir kamerası, televizor kamerası, lazer məsafə ölçən/lokator, tank əleyhinə idarə olunan raketləri istiqamətləndirmək üçün lazer şüası, həmçinin lazer nöqtəsi izləyicisi. Lakin bu sistemin çəkisi 177 kq-dır ki, bu da 220 kq olan GOES-451 sistemi ilə müqayisədə 43 kq yüngüldür.

Kamov 52M üçün GOES-451M və OES-52 elektro-optik sistemi

Daha güclü təkərlər, təkmilləşdirilmiş pilotların kabinəsi və daha yaxşı gecə görmə eynəklərinin uyğunluğu Kamov 52M-in digər dəyişiklikləri və yeniləmələridir.

Silahlanma baxımından Kamov 52M yüngül, çoxməqsədli, idarəolunan və havadan-yerə olan LMUR raketlərlə təchiz olunub. İzdeliye 305 və İtem 305 olaraq da tanınan bu raket 14,5 km mənzilə malikdir və müxtəlif yer hədəflərini məhv etmək üçün istifadə olunur.

İzdeliye 305 (İtem 305) çoxməqsədli hava-yer tipli idarə olunan raket

Radar bölməsində Kamov 52M Arbalet-52 radarı əvəzinə Rezets V006 (AESA) aktiv elektron skan edilmiş massiv radarı ilə təchiz olunub. Bu radar (təxminən) 150 km radiusa malikdir. Rezets V006 radarında 640 ötürücü modulu olan sabit 900×300 mm aktiv elektron skan edilmiş sıra antenası var.
Bu radarın istehsalçısının sözlərinə görə, Rezets V006 radarı 45 km məsafədən bir qrup tankı, 100 km-dən dəmir yolu körpüsünü, 150 km-dən isə döyüş gəmisini aşkar edə bilir. Hava-hava rejimində bu radar qabaqda 50 km məsafədən radar kəsişməsi 3 kvadratmetr olan bir qırıcı təyyarəsini və 20 km məsafədən bir helikopteri aşkarlaya bilir. Bu radarın çəkisi 130 kq-dır ki, bu da hazırkı Ka-52 FH01 (Arbalet) radarından 10 kq azdır.

Aktiv Elektron Skan Edilmiş Rezets V006 (AESA) radarı

Mühafizə və elektron müharibə bölməsində Kamov 52M helikopterində President-S birgə mühafizə sistemi dəyişikliklərə məruz qalmış və onun müxtəlif komponentləri təkmilləşdirilmişdir. Bu bölmənin ən vacib komponentlərindən birində L-370-5 Vitebsk sisteminin əvəzinə L418-5 DIRCM adlı daha təkmilləşdirilmiş sistem istifadə edilmişdir.

Kamov 52M helikopteri üçün yeni L418-5 DIRCM sistemi

Nəhayət, və bəlkə də helikopterin təkmilləşdirilməsinin ən mühüm hissəsi, helikopterin yeni döyüş meydanında idarəetmə və komandanlıq sistemində işə uyğunlaşması üçün yeni sistemlərin quraşdırılmasıdır.

Kamov 52 dəniz versiyası: Ka-52K Katran helikopteri
Ka-52K Katran helikopteri Kamov 52 helikopterinin dəniz versiyasıdır və Ka-52 Alligator helikopterinə əsaslanıb. Lakin bu helikopterin avadanlıq və təchizatları dəniz əməliyyatlarına uyğun olaraq dəyişdirilib və korpusu da elastik korroziyaya qarşı örtüklə təchiz edilib. Bu helikopter təyyarədaşıyan və döyüş gəmilərində istifadə üçün nəzərdə tutulduğundan ölçüləri kiçilib və anqarda daha az yer tutmaq üçün qatlanan qanadlara və pərlərə sahibdir. Bu helikopterin uzunluğu 13,8 metr, böyük qanadının uzunluğu isə 6,3 metrdir. Bu helikopterdə qanad uzunluğunun azaldılması silah asmasının 6-dan 4-ə azalmasına səbəb olub.
Kamov 52-nin bu versiyasının rotor sistemi daha çox çəki daşımaq üçün pər və mast arasındakı məsafədə elastik rulmanlarla (rezin və elastomer kimi elastik xüsusiyyətlərə malik material) təchiz edilmişdir.

Kamov-52 Katran helikopteri radio və peyk naviqasiya avadanlığına malikdir və bu naviqasiya gəminin göyərtəsində müşahidə qülləsindən müstəqil eniş etməyə imkan verir. Helikopter həmçinin rütubətli dəniz atmosferində missiyaları yerinə yetirmək üçün kondisioner sistemi ilə optimallaşdırılıb. KA-52K-nı qabaqcıl avionika sistemləri və güclü silahlarla təchiz etməklə, onu müxtəlif missiyalar üçün konfiqurasiya etmək olar.

Ka-52K helikopteri KRET tərəfindən hazırlanmış lazer şüası yönləndirmə sistemi və Okhotnik video emal sistemi ilə təchiz edilmişdir. Okhotnik sistemi helikopterin aşkarlama və identifikasiya diapazonunu artırır. Bu sistem avtomatik olaraq mühiti izləmək və müəyyən edilmiş hədəfin xüsusiyyətlərini təsvirlərlə uyğunlaşdırmaq, daha sonra hədəfin düzgün olub-olmadığını pilota bildirmək imkanına malikdir.

Ka-52K helikopterləri ilkin versiyalarda Arbalet radar sistemi ilə təchiz edilib. Daha yeni versiyalarda bu radar aktiv fazalı massiv radarı ilə dəyişdirilib. Rusiyanın müdafiə sahəsində fəaliyyət göstərən şirkət Radio-Electronic Technologies-in aktiv fazalı massiv radarı (AESA) Arbalet radarını əvəz etmək üçün Kamov 52-nin dəniz versiyası üçün hazırlanıb. Bu radar Ka-52K helikopterinə Kh-35 və Kh-38 gəmi əleyhinə qanadlı raketləri atmaq imkanı verir. Böyük dəniz hədəfləri üçün bu radarın aşkarlama radiusu 180 km-ə çatır.

Onu da qeyd etmək lazımdır ki, bu versiya adi Kamov-52 versiyaları kimi yeni təkmilləşdirmələr aldıqda Ka-52KM kimi tanınacaq. M şəkilçisi ən son yeniləmələri almış versiyalar üçün istifadə olunur.

Kamov-52 helikopterinin müsbət və mənfi cəhətləri:

Müsbət cəhətlər:
– Çoxməqsədli, çox sürətli, elastik və çevik helikopterdir.
– Pilotlar üçün nəzərdə tutulmuş kabinədə yaxşı səviyyədə zireh qorunması təmin olunub.
– Geniş qoruyucu tədbirlərə və elektron müharibə sistemlərinə malikdir.
– Müxtəlif növ sursatları daşımaq üçün 6 xarici askısı var.
– Vikher və Ataka raketləri ilə effektiv tank əleyhinə imkanlara malikdir.
– Çox yaxşı elektro-optik sistemə və güclü silah idarəetmə sisteminə malikdir.

Mənfi cəhətlər:
– Məhdud yer səbəbindən İqla hava-hava raketləri ilə zəif kilidləmə performansı.
– 30 mm-lik topun atəş qövsü və performansı helikopterin sağ tərəfində yerləşdiyinə görə məhduddur.
– Bu helikopterdə yüksək bucaqlardan hücum etmək qabiliyyəti yanacaq sərfiyyatının artmasına səbəb ola bilər.

K-52 hücum helikopterinin texniki xüsusiyyətləri:
İstifadəsi: Hücum Helikopteri
İlk Uçuşu: 1997
İstehsal İli: 2008
Uzunluğu: 15,8 Metr
Böyük Qanadının Uzunluğu: 7,8 Metr
Kiçik Qanadının Uzunluğu: 2,6 Metr
Əsas Rotorun Diametri: 2 x 14,5 Metr
Əsas Rotor Sahəsi: 330,3 Kvadratmetr
Hündürlüyü: 4,93 Metr
Ekipajı: 2 Nəfər
Boş Çəkisi: 7700 Kq
Maksimum Uçuş Çəkisi: 12,200 Kq
Mühərriki: Hər Mühərrikin Gücü 2400 At Gücü Olan 2 Klimov VK-2500 Turbovallı Mühərrik
Daxili Yanacağı: 1870 Litr
Xarici Yanacaq Çəni: 4 Çənə Qədər Və Cəmi 4070 Litr
Maksimum Sürəti: 315 Km/Saat
Döyüş Mənzili: 460 Km (Daxili Yanacaq Çəni İlə)
Maksimum Mənzili: 1100 km (Xarici Yanacaq Çənləri İlə)
Uçuş Tavanı: 5,500 Metr (18,000 Fut)
Qalxma Sürəti: Saniyədə 12 Metr

Silah:
30 mm Shipunov 2A42 topu, qanadlara 23 mm-lik UPK-23-250 top podunu (240 mərmi ilə) quraşdırmaq mümkündür.
Silah askıları: 2942 kq silah daşımaq qabiliyyətinə malik qanadların altında 6 askı + saman və alov atıcıları üçün qanadların ucunda 2 cüt yer

Aşağıdakı silahları birləşdirərək quraşdırmaq mümkündür:
Raketlər: 20 pod 80 mm S-8 raketləri 4 podlara qədər və 5 pod 122 mm S-13 raketləri 4 podlara qədər
9K121 Vikher və Altaka kimi müxtəlif tank əleyhinə raketlərdən istifadə etməyə imkan verən APU-6 raket dayaqlarının istifadəsi.
12-yə qədər lazerlə idarə olunan Vikher raketləri
İki Kh-25 lazerlə idarə olunan raket
Ka-52K versiyasında Kh-31 və Kh-35 gəmi əleyhinə raketlər
R-73 hava-hava raketi
Bombalar: 250 kq ağırlığında 4 bombaya qədər və ya 500 kq ağırlığında 2 bomba

Daha böyük ölçüdə baxmaq üçün klikləyin

Kamov 52 döyüş helikopterindən daha çox şəkillər:

Kamov-52 helikopterinin ingilis, rus, ərəb, fars və kürd dillərində poster toplusu:

Mənbələr:
Kamov Ka-50
Klimov VK-2500
Npk-spp.ru
Rostec.ru
Te.legra.ph
CMano-db.com
Naval technology
Airforce technology
Russian helicopters
Ka-52KM: possible modernization of “Katran
Thai Military and Asian Region
Radar warning receiver
Red Samovar
Russian Ka-52 with new OES-52
Egypt Defense Portal
Russia – Egypt military contracts
Russian-made Ka-52 in Egypt
The KA-52 Gunship at Army 2019
Russia’s Ka-52M to receive AESA radar
KA 52 How Military Coaxial Helicopter Works
Wiki.warthunder.com/Ka-52

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir