Əmircanın tarixi barəsində ətraflı məlumat
Əmircan adlanan kənd Abşeronun ən qədim kəndlərindən biridir. Yerli əhali bu kəndə Xilə deyir. Xilə toponiminə tək Abşeronda deyil Azərbaycanın bir çox başqa bölgələrində də rast gəlmək olur. Xilə adı İraqın Hillə bölgəsindən Azərbaycana köçən tayfa ilə bağlıdır.
Əmircan toponimi isə Əmir Hacan, Əmir Hacıyan sözlərinin tələffüzdə qısaldılmış formasıdır. Əmir Hacıyan və Əmir Hacan da eyni mənalı sözdür. Hər ikisi hacıların əmiri deməkdir. Kəndin Əmir Hacıyan adlandırılması Şirvanşahlar zamanında buraya Nizaməddin adlı birisinin əmir təyin edilməsi ilə əlaqəlidir. O Əmirhac adlanırdı.
Əmirhacın əsas vəzifəsi Məkkəyə həccə gedənlərə başçılıq etmək idi. Nizaməddin Əmirhac ləqəbi ilə yerli əhali içərisində böyük şöhrət qazanmışdı. Hazırda bu kənddə qalmış qədim Nizaməddin məscidi də 1329-1330-cu illərdə tikilmişdir. Məscidin üstündəki kitabədə aşağıdakı sözlər yazılmışdır: “Bu Allah evinin tikilməsini həşəmətli Fəxrəddin oğlu əmir Nizaməddin Əmirhac əmr etmişdir”. Əmirhacın sonuna artırılan “an” şəkilçisi fars dilində cəm bildirir…
Rəy