Bülbülənin tarixi barədə ətraflı məlumat

Cümə axşamı 16 Fevral 2023 - 18:19
https://az.iswnews.com/?p=18959

İrandan Bakıya işləməyə gələnlər dünyalarını dəyişdikləri zaman bu qəsəbədə dəfn olunurdular. Onların dəfn olunduğu ərazinin adı Salam təpəsidir. Bu təpə Bülbülə ilə Bakıxanov qəsəbəsi arasında yerləşir və həmşəhərli qəbristanlığı adı ilə tanınır.

Bülbülədə yerləşən Muhəmməd Sadiq İmamzadəsində beşinci İmam Muhəmməd Baqirin övladı Muhəmməd Sadiq, xanımı, bir də nökəri dəfn olunmuşdur. Beşinci İmam Muhəmməd Baqir 7-8-ci əsrlərdə
yaşamışdır. Buradan məlum olur ki, Bülbülədə hələ o zamanlar yaşayış var imiş ki, İmamın övladları da bura pənah gətirmiş və burada məskunlaşmışdılar.

Söyləyirlər ki, qədim əsrlərdə Bülbülə şorunun ətrafında şirin sulu bulaqlar qaynayarmış. Yayda şorun suyu quruyandan sonra üzə çıxan duzdan ceyranlar yalayar, şirin sulardan içərmişlər.

“Bülbülə” sözünün mənşəyi haqqında aşağıdakı rəvayətlər mövcuddur:

1- Bülbülə şorunun ətrafında şirin sulu bulaqlardan birini “pül-pül” adlandırmışlar.

2- Başqa bir rəvayətdə deyilir ki, eramızdan əvvəl təxminən 335-325-ci illər arasında Makedoniyalı İsgəndər öz qoşunu ilə Bülbülə torpaqlarından keçən zaman palçıq, bataqlıq olan yerlərdə əziyyət çəkmiş və bu yerlərə “buli-buli” demişdir.

3- Bir rəvayətə görə isə “Bülbülə” sözü burada olan bülbüllərin çox olması ilə əlaqələndirilir.

Bu toponim fars dilindədir. Yazılardan Bülbülə kəndinin dəqiq yaşını müəyyən etmək mümkün olmasa da,
məlum olur ki, bu kənd qədim tarixə malik olmuş və müqəddəs yer kimi tanınmışdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir