İraqda amerikalı terrorçuların logistika karvanına hücum olub
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əl-Müsənna vilayətində “Beynəlxalq Müqavimət” dəstəsi Amerika işğalçılarının logistika karvanına hücum edib.
Bu ay ikinci dəfədir ki, “Beynəlxalq Müqavimət” dəstəsinin üzvləri yerli vaxtla fevralın 6-da bazar ertəsi saat 21:30-da Əl-Müsənna əyalətində yerləşən Səmavə şəhərində Amerika hərbi logistika karvanına hücum ediblər. Ötən dəfə, yanvarın 26-da Bağdad əyalətinin Yusifiyyə bölgəsində amerikalı işğalçıların logistika karvanı bu müqavimət dəstəsinin hücumuna məruz qalmışdır.
Daha çox oxuyun: Amerika işğalçılarının İraqdakı logistika konvoyuna hücum olub
Bu, İraq müqavimət dəstələrinin yanvarın 12-dən İraqda amerikalılara qarşı yeni müqavimət hücumlarının başlamasından bəri İraqdakı Amerika işğalçılarının logistika karvanlarına qarşı dördüncü hücumudur.
“İslam Dünyası Xəbərləri”nin araşdırmalarına görə, bu, İraq müqavimət dəstələrinin 2022-ci il 21 mart tarixindən Amerikanın logistik mövqelərinə və konvoylarına qarşı həyata keçirdikləri 52-ci hücumdur. Həmçinin 2021-ci il 21 mart tarixindən “Əl-Müsənna vilayəti”ndə Amerika işğalçı konvoylarına və mövqelərinə qarşı 28 hücum həyata keçirilib.
Daha çox oxuyun:
İnfoqrafik: İraq müqavimət dəstələri
İnfoqrafik: 2021-ci ildə İraq Müqavimət Dəstələrinin Amerika qüvvələrinə qarşı əməliyyatları
İnfoqrafik: 2022-ci ildə İraq Müqavimət Dəstələrinin ABŞ qüvvələrinə qarşı əməliyyatları
Rəy