Amerika işğalçılarının İraqdakı logistika konvoyuna hücum olub

Cümə axşamı 26 Yanvar 2023 - 19:49
https://az.iswnews.com/?p=18338

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Bağdad vilayətinin Yusifiyyə məntəqəsində “Beynəlxalq Müqavimət” dəstəsi Amerika işğalçılarının logistika konvoyuna hücum edib.

Bu, son iki həftə ərzində üçüncü dəfədir ki, ABŞ-ın logistika konvoyları İraqda müqavimət dəstələri tərəfindən hədəfə alınır. Bu gün səhər yerli vaxtla saat 00:50-də Bağdadın Yusifiyyə məntəqəsində Amerika işğalçılarına məxsus hərbi logistika konvoyu “Beynəlxalq Müqavimət” dəstəsinin üzvləri tərəfindən hücuma məruz qalıb.

İraq müqavimət dəstələri yanvarın 12-dən İraqda Amerika terrorçularının konvoylarına qarşı yeni hücumlarının başlanğıcından bəri Bağdad vilayətində onları üç dəfə hədəfə alıb.

Daha çox oxuyun:
Amerika işğalçılarının İraqdakı logistika karvanına hücum olub
Bağdadda amerikalı terrorçuların logistika karvanına hücum olub

Demək olar ki, bu hücum, yanvarın 24-də İraqın milli təhlükəsizlik üzrə müşaviri Qasim Əl-Əərəcinin NATO-nun birgə qüvvələrinin komandanı general Stüart Münşlə görüşüb söhbət etməsi ilə bir zamanda baş tutub. Bu görüşdə Əl-Əərəci vurğulamışdır ki, İraq hökuməti təhlükəsizlik qüvvələrinin bacarıq və istedadlarını inkişaf etdirmək üçün NATO ilə əlaqələri gücləndirməyə ciddi yanaşır.

Daha çox oxuyun: İraqda baş verən son hadisələr, 25 Yanvar 2023

Bu sözlər, İraqın digər yüksək rütbəli rəsmilərinin, o cümlədən bu ölkənin baş naziri Məhəmməd Şəyya Əl-Sudaninin mövqeləri ilə birlikdə göstərir ki, müqavimət dəstələrinin xəbərdarlıqlarına baxmayaraq, İraq hakimiyyəti xarici hərbi qüvvələri İraqdan çıxarmaq əzmində deyil. İraqlı siyasətçilər tərəfindən Amerika əsgərlərinin qovulmasının təqib edilməməsini nəzərə alsaq, İraq ölkəsinin təhlükəsizliyini qorumaq və sabitliyini artırmaq üçün müqavimət dəstələri üçün yeganə çıxış yolu hərbi həll yolu olduğu görünür.

“İslam Dünyası Xəbərləri”nin araşdırmalarına görə, bu, İraq müqavimət dəstələrinin 2022-ci il 21 mart tarixindən Amerikanın logistik mövqelərinə və konvoylarına qarşı həyata keçirdikləri 51-ci hücumdur. Həmçinin 2021-ci il 21 mart tarixindən “Bağdad vilayəti”ndə Amerika işğalçı konvoylarına və mövqelərinə qarşı 52 hücum həyata keçirilib.

Daha çox oxuyun:
İnfoqrafik: İraq müqavimət dəstələri
İnfoqrafik: 2021-ci ildə İraq Müqavimət Dəstələrinin Amerika qüvvələrinə qarşı əməliyyatları
İnfoqrafik: 2022-ci ildə İraq Müqavimət Dəstələrinin ABŞ qüvvələrinə qarşı əməliyyatları

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir