Nardaran haqqında ətraflı məlumat

Çərşənbə axşamı 24 Yanvar 2023 - 20:19
https://az.iswnews.com/?p=18271

Nardaran – Bakının Sabunçu rayonunda, Bakıdan 25 kilometr şimalda yerləşir. Kəndin adının mənası barədə müxtəlif versiyalar söylənilir. Amma ən çox ehtimal olunan mənaları mətndə qeyd olunanlardır.

Tədqiqatçılara görə bu yaşayış məntəqəsinin adı fars dilindəki nər (ikihürgüclü erkək dəvə) və daran (yer məkan) komponentlərindən düzəldilib, “dəvə saxlanılan, yetişdirilən yer” mənasındadır. Etnoqrafik materiallar da yaşayış məntəqəsində əhalinin keçmişdə dəvəçiliklə məşğul olduğunu sübut edir.

Nardaran – (ə)nar və daran (Farscada: داران -olan) kəlmələrindən ibarətdir. Fars dilində “narı olan yer” anlamındadır.

Nardaran – yəni nur olan yer. Çünki bu müqəddəs torpaqda 7-ci İmam Museyi Kazimin qızı Rəhimə xanım, az yaşlı övladı və Xanımın həyat yoldaşı Mir Əbdullah ağa dəfn olunub. Hazırda onların qəbirlərinin üzərində ziyarətgah tikilib. Bununla yanaşı qədim tikili də qorunub saxlanılır.

Nardaran yəni – Qəlblərin nuru. Çünki bu kəndin adı bəzi mənbələrdə Nurdelan (farsca; qəlblər nuru) kimi qeyd olunub.

Nardaran sözünün digər bir mənası da “mərd insanların məskunlaşdığı məkan” kimi bilinir. Bu versiyada nər – igid, qəhrəman; daran isə məkan bildirən şəkilçi kimi hesab olunur.

1893-cü ilin statistikasına görə Nardaranın etnik tərkibini tatlar təşkil edirdi.

Nardaran qəsəbəsinin əhalisi islamın şiə məzhəbinə sadiq olmaları ilə fərqlənirlər. Kəndin mərkəzi meydanı İmam Hüseyn meydanı adlanır.

1991-ci ildə kənddə Azərbaycan İslam Partiyasının əsası qoyulub. Partiyanın fəaliyyətinə qadağa qoyulsa da, kənddə bu partiya fəaliyyət göstərmiş və əhali arasında güclü dəstəyə malik olmuşdur. Kənddə 2000, 2002, 2006, 2015-ci illərdə kütləvi iğtişaşlar baş vermişdir.

26 noyabr 2015-ci ildə Bakının Nardaran qəsəbəsində sionist Azərbaycan hakimiyyəti xalqımıza qarşı misli görülməmiş terror həyata keçirmişdir.  Baş vermiş hadisə zamanı 7 nəfər həyatını itirmiş, 4 nəfər yaralanmış və 14 nəfər həbs edilmişdir. Ölənlərin ikisi polis əməkdaşıdır və hadisə şahidlərinin bildirdiyinə əsasən həmin 2 polis əməkdaşını hakimiyyət özü qətlə yetirilmişdir ki, sonrada kənddə dini ayinlərə və ziyarətgaha qadağalar tətbiq edə bilsin…

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir