BƏƏ Şəbvə əyalətinin qərbində İslah partiyasına qarşı əməliyyat keçirib

Bazar ertəsi 23 Yanvar 2023 - 22:55
https://az.iswnews.com/?p=18218

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Şəbvə Müdafiə Qüvvələri BƏƏ-nin dəstəyi ilə Şəbvə vilayətinin qərbində yerləşən Nisab və Mərxə Əs-Sufla rayonlarında “İslah” partiyasının silahlılarına qarşı əməliyyat keçirib.

Yanvarın 22-si bazar günü Şəbvə Müdafiə Qüvvələri BƏƏ-nin dron dəstəyi ilə Şəbvə əyalətinin qərbində yerləşən Nəsab və Mərxə Əs-Sufla rayonlarında İslah Partiyası silahlılarının nəzarəti altında olan ərazilərdə əməliyyata başlayıb.

İslah Partiyasının silahlıları Ətəq şəhərində əldə etdikləri son məğlubiyyətdən sonra Şəbvə Müdafiə Qüvvələrinə və Cənub Keçid Şurasının silahlı qüvvələrinə hücum et-qaç taktikalı hücumları ilə xeyli itki veriblər. Bu itkilər BƏƏ qüvvələrinin Şəbvə əyalətinin qərbindəki əməliyyatlarının əsas səbəbi kimi göstərilə bilər.

BƏƏ qüvvələrinin Şəbvə əyalətinin əksər məntəqələrini və Ətəqi ələ keçirməsinə baxmayaraq, Şəbvə əyalətinin qərbindəki Nisab və Mərxə Əs-Sufla rayonları və bu vilayətin şimalındakı Curdan və Ərma rayonları hələ də İslah partiyasının nəzarəti altındadır. BƏƏ bu əraziləri təmizləməklə Şəbvənin şimalında və Məribin şərqində neft yataqlarını ələ keçirmək üçün qüvvələrini səfərbər edə bilər.

Daha çox oxuyun: Şəbvə qubernatoru BƏƏ-nin köməyi ilə İslah Partiyasını məğlub etdi + FOTO və VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir