İslah partiyasının tərəfdarları Yəmənin Əbyən əyalətinin şimalındakı Hizam Əl-Əmni bazasına hücum ediblər + FOTO

Çərşənbə 11 Yanvar 2023 - 18:55
https://az.iswnews.com/?p=17684

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, “İslah” partiyasının tərəfdarları və onlara bağlı silahlı qüvvələr Əbyən vilayətinin şimalında yerləşən Lavdar rayonunda Hizam Əl-Əmni qüvvələrinin hərbi bazasına hücum etdikdən sonra onlara aid silah anbarını qarət edib, maşınlarını yandırıblar.

Lavdarın rayonunda İslah Partiyasının tərəfdarları ilə Cənub Keçid Şurası arasında bir neçə aylıq gərginlikdən sonra İslah Partiyasına bağlı Cənub Müqavimət Qrupunun (Əl-Müqavəmət Əl-Cənubiyyə) tərəfdarları və silahlıları Hizam Əl-Əmni hərbi bazasına hücum ediblər. Nəticədə Cənub Keçid Şurasına bağlı olan Hizam Əl-Əmni qüvvələrinin bazasının silah anbarını oradakı texnikalar ilə birlikdə qarət ediblər. Hizam Əl-Əmni qüvvələri Lavdardan qaçdıqdan sonra İslah Partiyasının tərəfdarları onların maşınlarını yandırıblar.

Bu şiddətli qarşıdurma hər iki tərəfdən ən azı 10 nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnib.

Yerli mənbələrin açıqlamalarına görə, Cənub Keçid Şurası Lavdar-a artilleriya texnikası göndərməklə cənub müqavimətinin silahlı qüvvələri və Aali-Əvzələ (İslah partiyasının tərəfdarı) qəbilələrindən qisas almağa çalışır. Bu hücum Əbyən əyalətində İslah Partiyası ilə Cənub Keçid Şurası arasında qarşıdurmaların başlanğıc nöqtəsi kimi qiymətləndirilə bilər.

Daha çox oxuyun:
Yəmən cəbhələrinin son vəziyyəti; Yəmən müharibəsində iştirak edən tərəflər haqqında ümumi məlumat + AZƏRİ XƏRİTƏ
Yəməndə İslah Partiyası ilə BƏƏ-nin dəstəklədiyi qüvvələr arasındakı toqquşmaların son təfərruatları + FOTO

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir